CinemaPlus-da “Yay Uşaq Kino Festivalı”

  • 31.05.2018
  • 7161

  • Şəhər

Hər iyunun 1-i Uşaqların Beynəlxalq müdafiəsi günü qeyd olunur. “CinemPlus” kinoteatrlar şəbəkəsi də ənənələri pozmayaraq, iyunun 1-dən 10-dək yay uşaq kino festivalı keçirəcək və bütün ailə ilə izləmək üçün 6 cizgi filmi və 1 uşaq filminin nümayişi ilə həzz dolu anlar yaşadacaq.   
 “Leonardo: Mona Liza missiyası” Cinemazadeh studiyasında Azərbaycan dilində peşəkar dublyaj olunmuş cizgi filmində Leonardo özünü kəşflərə həsr edib, sakit və sülh içində yaşayır. Onun dostu Lorentso hər şeydə ona kömək edir və bütün başlamalarda dəstək olur, lakin gözəl Cokonda Leonordonun qəribə fikirlərini lağa qoyur. 

“Ağ atlı şahzadə” Cinemazadeh studiyasında Azərbaycan dilində peşəkar dublyaj olunmuş cizgi filmində yaraşıqlı şahzadəni hər kəs arzulayır, Ağ atlı şahzadəni isə ümumiyyətlə. Şahzadəyə vergi hələ doğularkən verilib: qızlar onun gülüşü üçün hər şeyə razıdırlar, o isə bunun əvəzində kişilərin mömin qəzəbinə tuş gələcək. 
“İki quyruq” cizgi filmində iki dost olan Pişik Maks və Qunduz Bobun sərğüzəştlərindən bəhs edən hekayə. Bu qədər bir birindən fərqli qəhrəmanlara rastlamaq mümkün deyil! 
“Kral Şakir” cizgi filmində hər kəsin sevərək izlədiyi Kral Şakir yeni macəraya dəvət edir. Laboratoriyada aparılan təcrübələrdən sonra Fil Necatinin telefonundakı oyun vasitəsi ilə real dünya arasında qapı açılır. 
 “Smeshariki. Dejavü” cizgi filmində Kroş Kopatıç üçün unudulmaz ad günü təşkil etmək qərarına gəlir – o, müştərilərinə zamana səyahət vəd edən “Dejavü” agentliyinə müraciət edir. 
“Sadko” cizgi filmində baş qəhrəman gözəl və şən oğlan. Lakin əsl sevgi naminə o həmçinin döyüşməlidirdə. Özü də, sualtı kaftar Barrrakuda ilə. Lakin sevgi hər halda qalib gələcək.  
“Məxfi itlər” filmində ciddi xəfiyyə qeyri-adi həmkarı – bir dəqiqə belə susmayan və repdən həzz alan, danışan köpək Maks ilə işləməlidir. Birlikdə onlar Las-Veqasa yollanırlar, harada ki, elit it sərgisində nadir heyvanların təkrarsatışında dələduzluq işləri baş verir. Və onlar fırıldaqçıların quyruqlarına düşürlər. 
Əziz valideynlər. Uşaqlarınızı bu bayram günlərində sevindirməyə tələsin.
Biletləri kinoteatrların kassalarından, rəsmi www.cinemaplus.az saytından, mobil əlavədən, 012 499 89 88 və ya 119 nömrələrinə zəng edərək əldə edə bilərsiniz.
“CinemaPlus” kinoteatrlar şəbəkəsi hər zaman sizlərə xoş sürprizlər etmək və kino dünyasında olan ən son premyeralar ilə sevindirməyə hazırdır. 



Şəhər
Bakıda piknik edə biləcəyiniz məkanlar

Bu gözəl yerlərdə siz pulsuz piknik edə, mənzərədən və gözəllikdən həzz ala bilərsiniz

Bakıda gedə biləcəyiniz 5 maraqlı anti cafe

Çox pul xərcləmədən dostlarınızla vaxt keçirmək və ya işlə məşğul olmaq istəyirsinizsə, antikafe ən yaxşı seçimdir. Anticafe sizə qeyri-məhdud sayda içki və şirniyyat təqdim edir, ancaq siz yalnız vaxt üçün ödəyirsiniz.

Oktyabrın 14-də Landmarkda Bakı Caz Festivalının mətbuat konfransı keçirildi

Mətbuat konfransı, Qız Qalası yanında açıq konsert, festivalın başlanğıcı, beynəlxalq festival olan gənc ifaçıların "I’m Jazzman" müsabiqəsi, caz festivalı çərçivəsində bir film proqramı mövzularına toxundu

18 may-Beynəlxalq Muzeylər Günü

Beynəlxalq Muzeylər Şurasının (ICOM) təşəbbüsü ilə 1977-ci ildə təsis olunmuş Beynəlxalq Muzeylər Günü hər il 18 may tarixində dünyada müəyyən bir deviz altında qeyd olunur.

Bütün məqalələr
Bakıda gecə həyatı: Barlar, Klublar və Canlı musiqi

Bakıda gün batdıqca, şəhər tamamilə başqa bir havaya bürünür. Damüstü klublardan tutmuş rahat barlara və canlı musiqiyə qədər, burada gecə saatlarında həmişə nəsə baş verir. Əgər içki içmək, musiqi dinləmək və ya dostlarınızla əyləncəli bir yer axtarırsınızsa, bu məkanları mütləq yoxlamalısınız. Gəlin, Bakının gecə həyatına qısa bir səyahət edək!

Filmə bir baxış : 7-ci ANIMAFILM festivalının izləməli məqamları 2024

Animasiya sevənlər, hazır olun! 7-ci ANIMAFILM Beynəlxalq Animasiya Festivalı yaxınlaşır və bu ilki proqram elə filmlərlə doludur ki, kinoteatrı tərk edərkən ya gözləriniz parlayacaq, ya da bir neçə damla göz yaşı siləcəksiniz. Bu il festivalın mövzusu "Sevgi"dir, yəni bizi ürəyimizi yerindən oynadacaq, güldürəcək və bəlkə də son Tinder görüşümüzü yenidən düşündürəcək hekayələr gözləyir. İstər emosional dağa-dərəyə çıxmaq, möhtəşəm vizuallar, istərsə də sadəcə popkorn üçün gəlmisinizsə, burada qaçırmamalı olduğunuz filmlər var. Kiçik bir xəbərdarlıq: biletləri dərhal tripsome.az saytından əldə etməlisiniz—yoxsa evdə Netflix izləyib və popkorn yediyiniz günlər geri dönə bilər!

Gənclər üçün balanslı həyat tərzi üçün məsləhətlər

Həyat tərzinizi yaxşılaşdırmaq həmişə həyatınızda çox da faydalı hesab edilməyən sevimli şeylərdən imtina etmək deyil. Amma əslində bəzi şeylər təsəvvür etdiyimizdən də asandır – bizə sağlam həyat tərzi keçirmək üçün həyatımıza bir neçə faydalı vərdiş əlavə etmək kifayətdir. Təkmilləşmədə ən vacib şey nizam-intizamdır ki, bu da bizə daim irəliləməyimizə kömək edəcək. Bir neçə gün ərzində bir şeyi edib dərhal nəticəsini gözləmək düzgün deyil. Bu məqalədə biz gənclər üçün bəzi sağlam vərdişləri və daha sağlam gələcəyə nail olmağa kömək edəcək balanslaşdırılmış həyat tərzi məsləhətlərini əhatə edəcəyik.

Yeni başlayanlar üçün investisiya : Erkən yaşda sərvət qurmaq

Təsəvvür edin: 70 yaşındasınız, dəniz kənarında istirahət edirsiniz və həyatın dadını çıxarırsınız. Bu, lotereya qazanmaqla deyil, sadəcə ağıllı investisiya etməklə mümkündür. Tez başlamaq, sadəcə maliyyə mütəxəssislərinin işi kimi görünsə də, əslində, sadəcə pulunuzu zamanla işləməyə buraxmaqdır. Bu bələdçi sizə hər şeyi əyləncəli və asan dildə izah edəcək. Hazırsınız? Maliyyə ağacınızı əkməyə başlayın!