Kataloq Parklar Heydər Əliyev parkı
Heydər Əliyev parkı

Bakının ən gözəl parklarından biri şəhərin mərkəzində, Bakı Musiqi Akademiyasının yanında və H.Əliyev Sarayının qarşısında yerləşən Heydər Əliyev adına parkdır. Heydər Əliyevin 82 illiyi günü burada Heydər Əliyevin heykəli daxil olan memarlıq kompleksinin açılışı baş tutdu. Kompleks üzərində Moskvanın baş rəssamı İqor Voskresenskinin rəhbərliyi ilə Rusiya memarları və heykəltaraşları çalışmışlar. Abidənin ümumi hündürlüyü 12 metr, postamentsiz fiqurun hündürlüyü 5 metrdən hündürdür. Park bütünlüklə yenidən bərpa edildi və Heydər Əliyev Muzey -park kompleksi adlandırılmağa başladı.

Burada səkkizguşə (Azərbaycanın milli rəmzi) formasında üç yeni fəvvarə düzəldilib. Fəvvarələr kompüterlər vasitəsilə idarə olunur. Onların üzünə çəkilmək üçün Çindən 50 ton qranit gətirilmişdi. Kompleksin 23 min kv. metrlik böyük bir hissəsi Rusiya, Braziliya, İtaliya, Türkiyə və Qazaxıstandan gətirilən mərmər daşlarla örtülüb. Güllər və yaşıl qazon Hollandiyadan gətirilib. Axşam saatlarında kompleksə xüsusi gözəllik verən yeni işıqlandırma sistemi qurulub. Parkda fəvvarələr işləyir. Burada həmçinin Gül Bayramı kimi şəhər tədbirləri keçirilir.


Ünvan:
Telefon:
İş vaxtı:
Xəritədə yerləşmə



AFFA Yüksək Qızlar Liqasında "Baku Juniors" səfərdə Ağcabədinin "Aran" komandasına 52 - 0 hesabı ilə qalib gəlib.

Tripsome şirkətinin sponsorluq etdiyi "Baku Juniors" klubu bu il Yüksək Qızlar Liqasında çempionluq üçün oynayan klublardan biridir. 

Tripsome İlk Vençur İnvestisiyasını “Caucasus Ventures” - dan Cəlb Etdi

Turizm və səyahət sənayesində əyləncə, idman, incəsənət, mədəniyyət və istirahət xidmətləri üçün aparıcı onlayn bilet satışı və bron sistemi olan Tripsome, 300.000 ABŞ dolları dəyərində investisiya raundunu “Caucasus Ventures” vençur fondunun aparıcılığı ilə açıq elan edir.

UFAZ tələbələri Fransa Milli Kosmik Tədqiqatlar Mərkəzininin təşkil etdiyi uçuşlarda iştirak ediblər. 

Ömər Nuruzadə, Gülər İsmayılova, Sənan Çaharkamə, Araz Şəfiyev və Emin Xəlifəyev Act In Space Beynəlxalq kosmik hakatonun qalibləri kimi bu uçuşa vəsiqə qazanmışdılar. 

2023 ilin ən yaxşı İncəsənət Qalereyaları

Bu top 7 incəsənət qalereyası sizin bədii səyahətinizdə qalıcı təəssürat yaradacaq heyranedici sənət əsərləri təklif edir.

Bakı Piano Festivalında ispan ustaları Max Villaveccia & Los Aurora rəqsləri ilə hərarətli axşam

Küləkli Bakı axşamında rəqs, ispan ehtirası, emosiyaların intensivliyi və heyrətamiz ritm hissi - bu, Max Villaveccia & Los Aurora-nın konsertidir. Tamaşaçılar ən çox rəqqasə Miranda Alfonso və onun ifa olunan motivlərin rəqsindəki filiqran vizual təcəssümünə heyran olub.