Elan Konsertlər
Konsertlər
6-cı ANİMAFİLM Beynəlxalq Animasiya Festivalı

2023-cü ilin sentyabr ayında Nizami Kino Mərkəzində 6-cı ANİMAFİLM Beynəlxalq Animasiya Festivalı baş tutacaq. Festival 5 gün davam edəcək. 

"Bürclər" Partisi

Payızı əylənərək qarşılamaq istəyən hər kəsi sentyabrın 2-də keçiriləcək "Bürclər" Partisində iştirak etməyə dəvət edirik. Sevilən sənətçilər Miro, Elvin Babazadə, Renka və DJ L-Ween həmin gün sizlərlə olacaq!

Sevil Fest

IV Sevil Beynəlxalq Qadın Sənədli Film Festivalı 15-22 sentyabr tarixlərində eyni anda Bakı, Şəki, Lənkəran şəhərlərində baş tutacaq.

Single's Party

Bu party “single” qalmağı üstün tutanlar üçündür! Nadir Rüstəmli, Azər Zeyn və DJ L-Ween çıxışları ilə gecəyə xüsusi rəng qatacaqlar. Party-də iştirak etmək üçün biletləri tripsome.az saytından əldə edə bilərsiniz.

Tribute To Rock / Metallica Tribute

Konsert 25 Noyabr, saat 19:00-da, Hayal Kahvesi klubunda (Park Bulvar 4-cü mərtəbə) keçiriləcək və 2 hissədən ibarət olacaq.

DokuBaku Beynəlxalq Sənədli Film Festivalı

DokuBaku Beynəlxalq Sənədli Film Festivalı bu il 26 Sentyabr – 01 Oktyabr həyata keçiriləcək və festivalın 7-ci buraxılışı "KosmoDarvinizm: Dolça Əsri"nə həsr olunur.

Yuri’s Night Baku IAC2023

“Yuri's Night IAC2023” kosmosa uçan ilk insan olan Yuri Qaqarinin inanılmaz nailiyyətlərinə həsr olunmuş tədbirdir. Musiqi, rəqs və kosmik atmosferlə dolu olacaq unudulmaz gecəyə hazır olun.

Halloween Night

Halloween festivalının həyəcanını yaşamaq istəyənlər üçün gözəl fürsət! Halloween Night qaranlığı əyləncəyə çevirməyə cəsarəti olanlar üçündür. Burada ruhlar və lənətli varlıqlarla dolu hotelin dərinliklərində gizlənən sirləri kəşf edəcəksiniz.

Festoween / Kamp Festivalı

Cəsarətini topla və 28-29 oktyabr tarixlərində Festoween kempinq festivalında iştirak et. Festivalın proqramına yarmarka, müxtəlif əyləncələr, musiqiçilərin ifası, DJ çıxışı, yoga təlimi, təbiətdə gəzinti, müxtəlif oyunlar və s. daxildir. 

Miro. "Nə isə" adlı Solo Konsert

Noyabrın 18-də Miro’nun “Nə isə” adlı solo konserti baş tutacaq. Miro sevilən mahnıları və müəllifi olduğu digər bəstələri ilə dinləyicilərinin qarşısında olacaq. Miro'nun möhtəşəm mahnılarını canlı dinləmək fürsətini qaçırmayın!

Bakıda II Braziliya Film Festivalı

30 oktyabr - 3 noyabr tarixlərində keçiriləcək festivalda müxtəlif Braziliya filmləri nümayiş olunacaq. Filmlər Portuqal dilində, Azərbaycanca subtitrlarla nümayiş olunacaq.

Tarkan - Bakıda konsert

Noyabrın 25-də Türkiyənin məşhur sənətçilərindən olan Tarkan'ın növbəti konserti baş tutacaq.İşıqlı səhnə performansı ilə seçilən ifaçının bu konsert proqramının hər zaman olduğu kimi möhtəşəm olacağı gözlənilir.

"Mulan" Animasiya Filminin nümayişi

Dekabrın 3-də dünyanın ən böyük animasiya studiyası olan "The Walt Disney Studio"nun yaradılmasının 100 illiyi münasibətilə yubiley tədbiri keçiriləcək. Tədbir çərçivəsində “Mulan” (1998) animasiya filmi nümayiş olunacaq.

Amerikan Sayağı BBQ Party

Sizi fevralın 10-da şəhərin ən maraqlı motolarını görməyə və onların sahibləri ilə maraqlı ünsiyyətə dəvət edirik. Party ərzində food truck-dan müxtəlif qəlyanaltılar və içki satın ala bilərsiniz.

Jay Kim ilə KPop Masterklası

Masterklass Cənubi Koreyadan xüsusi rəqqas Jay Kim tərəfindən keçiriləcək. O, Cənubi Koreyalı müğənni, reper və aktyordur.

Novruz Festivalı

15-16-17 MART tarixlərində Elxan Paşayev, Azerbaijan Business Partners Club və Blue Mall-ın birgə təşkilatçılığı ilə BAHAR FÜRSƏTLƏRİ adı altında BLUE MALL-da NOVRUZ FESTİVALI baş tutacaq!

Jan Blomqvıst Konserti

Novruzun ilk günlərini, baharın isti günəşini, tonqalın sevincini və musiqinin nəbzini daha dərindən hiss etmək üçün qədim və xüsusi atmosferə malik olan Atəşgahda sizi qarşılayan dünya şöhrətli JAN BLOMQVIST olacaq!

Linkin Park Tribute / Tribute to Rock

Sizi böyük rok konsertə dəvət edirik! Konsert 2 hissədən ibarət olacaq. Linkin Park-ın əsas və hər kəs tərəfindən sevilən hitləri səslənəcək.

Video

Məlumat kitabçası

Beer Station
  • Mətbəx:Avropa
  • Ünvan:Təbriz Xəlilbəyli küç
13 Restaurant
  • Mətbəx:Avropa
  • Ünvan:Mikail Müfviq küçəsi, Pulman oteli ilə uz-bə-üz
Konti Pub
  • Mətbəx:Beynəlmiləl
  • Ünvan:Nizami küç., 117
The Albion Club & Concert Hall
  • Mətbəx:Beynəlmiləl
  • Ünvan:
Gallery for kids
  • Mətbəx:
  • Ünvan:S.Vurğun küç. 62
Seiko
  • Mətbəx:
  • Ünvan:SUM, 2-ci mərkəzi