Elan Konsertlər
Konsertlər
Miri Yusif - Canlı Solo Konsert

"Yaşıl Teatr" artıq bizim doğma məkanımıza çevirilib. Çünki son 2 ildi yay fəslinin ən gözəl gecəsini sizinlə bir yerdə məhz burada keçiririk. Bu il də istisna deyil. Əgər bu zövqü yenidən və ya ilk dəfə yaşamaq istəyirsinizsə o zaman sizi 7•8•9 İyun doğma məkanımızda gözləyirik.

Baku Summer Jazz Days

Artıq üçüncü dəfə Bakı 10-15 İyun tarixində keçiriləcək Baku Summer Jazz Days festivalının qonaq və iştirakçılarını qarşılayacaq. “Baku Summer Jazz Days” unikal və hərtərəfli layıhədir, hansı ki “Premier Art Management” prodüser agentliyinin təşəbbüsü və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi nəticəsində yaranmışdır.

Erik Truffaz Kvarteti - Baku Summer Jazz Days

İlk dəfə Bakıda, Baku Summer Jazz Days festivalı çərçivəsində avropanın ən dahi və fərasətli caz ifaçılarından biri Erik Truffaz öz kvarteti ilə 10 iyun Beynəlxalq Muğam Mərkəzində çıxış edəcək.

YARAT Freestyle: Musiqinin sehri

YARAT Müsir İncəsənət Məkanı YARAT Freestyle layihəsi çərçivəsində XX-XXI əsrlər Azərbaycan Rəngkarlığı Muzeyində yeni musiqi tədbirini təqdim edir. "Musiqinin sehri" adlı konsert proqramı əhvalınıza sehrli ovqat qatacaqdır. Tədbirdə bəstəkar, beynəlxalq müsabiqələr laureatı Lalə Cəfərovanın əsərləri müxtəlif musiqi alətlərində (saksofon, tar, fleyta, tar, fortepiano, truba, zərb alətləri) səslənəcəkdir. Konsertdən əvvəl tədbirə gələn qonaqlar XX-XXI əsrlər Azərbaycan Rəngkarlığı Muzeyində yeni açılmış Azərbaycanın görkəmli rəsamlarından biri olan Əşrəf Muradın "Sevgi və etiraz" adlı retrospektiv sərgisi ilə də tanış ola biləcəklər.

Tribute to Rock 8

Sizi böyük rok konsertə dəvət edirik, hansında ki, siz Metallica, Rammstein, AC/DC, Nirvana, Placebo, Linkin Park, Green Day, Pantera kimi qrupların rok hitlərini Azərbaycan rok qruplarının canlı ifasında eşidəcəksiniz. Konsert 18 May, saat 19:00-da, Albion klubunda (MUM-un yaxınlığında) keçiriləcək. Əlavə məlumat almaq və masa sifariş etmək üçün bu nömrə ilə əaqə saxlayın (və ya Whats app-dan mesaj yazın): (050) 340 70 84

Imagine Dragons / 21 Pilots Tribute

Sizi bugünki günə planetin ən populyar qruplarına həsr olunmuş Tribute konsertə dəvət edirik. Konsertdə siz Imagine Dragons və 21 Pilots kimi qrupların mahnılarının cover versiyalarını eşidəcəsiniz. Həmçinin, proqrama Coldplay və One Republic qruplarının da mahnılarının cover-ləri daxildir. Konsertdəki bütün mahnıları Bakının populyar Coda qrupu ifa edəcək.

Zamiq Hüseynov - Özü Bilər

Əziz dostlar! İyunun 5-də saat 20:00-da Mambo Beach Club restoranında milyonların sevdiyi POP ULDUZ ZAMİQ HÜSEYNOV “Özü bilər” adlı solo konsert proqramı ilə çıxış edəcək. ZAMİQ hər zamankı kimi canlı ifası ilə sizə möhtəşəm şou göstərəcək.Konsertdən sonra Dj Kenan Drums-la səhərə kimi olan “After Party” isə hər kəsin ürəyincə olacaq.

YARAT Freestyle

Mantra sanskrit dilində ürəyin (qəlbin) sözü deməkdir. Bu konsertdə ifa olunan mantralar Budda, Oşo, Şri Şri Ravi Şankar kimi müdriklərin bilikləri üzərində bəstələnib. Bu musiqilər sizə rahatlıq, müsbət enerji və yüngüllük bəxş edəcək və eyni zamanda sizi öz mənbənizə doğru aparacaq. Varqan, tar, oxuyan kasa, qarabağ kamanı və digər etnik musiqi alətləri isə bu ahəngə xüsusi bir zövq qatacaq. Dinləyəcəyiniz əsərlərin əksəriyyəti ilk dəfə ifa olunacaq və xüsusi olaraq bu konsertdə sizi canlı musiqi ilə meditasiya da gözləyir.

Baku Latin Festival

7-8-9 İyun Qlobal Latın Amerikan Festival MamboBeach Bakıda, Braziliyada Neymar-la ötən il qlobal futbol layihəsindən sonra. Dəniz,isti günəş,ilıq qum,baseyn,təravətli «Marqarita» kokteyli və s. #BakıLatınFestival Sizi Latın Amerikası mədəniyyəti ilə yaxından tanış edib,ecazkar ritmik musiqi aləminə və nəfis gastronomiya dünyasına səyahət etməyə dəvət edir!

Azercell-dən möhtəşəm rəqəmsal şou!

21 İyun Heydər Əliyev Mərkəzinin parkında Emin Azercell-in yeni brend kimliyinin açıqlanmasında iştirak edəcək- Giriş sərbəstdir. Azərbaycanın telekommunikasiya sektorunun lideri və mobil rabitə istifadəçilərinin əsas seçimi olan Azercell fəaliyyətinin yeni rəqəmsal dövrünə başlayır. İyun ayının 21-i Heydər Əliyev Mərkəzinin parkında keçiriləcək böyük tədbirdə Azercell bütün dünyaya dinamik telekom bazarının tələblərinə uyğun olan yeni brend kimliyini təqdim edəcək.

The Beatles Tribute Koncert

Sizi "The Beatles Tribute" konsertinə dəvət edirik, harada ki, siz, Liverpul dörtlüyünün ən sevilən hitlərini peşəkar qrupun ifasında eşidəcəksiz. İstirahət və şənliyə şərait yaradan canlı ifa, Albion klubunun ab-havası, hər kəs tərəfindən sevilən hitlərin keyfiyyətli ifası sizi laqeyd qoymayacaq, siz tanıdığınız mahnıları mütləq oxuyacasız və ola bilsin ki, yerinizdə dayana bilməyəcəksiniz!

Tribute To Rock Halloween

2 Noyabr tarixində, “Albion” klubunda böyük Rok Konsert təşkil olunacaq! Bütün rok musiqisi sevənləri əsl rok bayramına dəvət edirik. Konsertin proqramını təcrübəli Azərbaycan quplarının ifasında səslənəcək dünya şöhrətli, məşhur rok hitlər(Muse, Metallica, Nirvana, Arctic Monkeys, Rammstein, Linkin Park, AC/DC, Black Sabbath və s.) təşkil edəcək. Bu dəfə “Tribute to Rock” Halloween formatında keçəcək. Kostyumlar geyinin, qrim edin və konsertə gəlin! Ən yaxşı kostyumlar roknrol hədiyyələri alacaqlar! Biletin qiyməti: Standart 10 AZN; Oturacaqlar (masalarda) 20 AZN.

JAMIE DAVIS

Ceymi Devis, klassik bir "cazın siması" dır, mətbuatda görkəmli caz müğənnisi haqqında belə yazılır. Noyabrın 23-də ilk dəfə Bakıda, Beynəlxalq Muğam Mərkəzinin səhnəsində çıxış edəcək. O, yaradıcılıq karyerasına orduda xidmət edərkən, hərbi ansamblda başlamış və sonra Amerikanın əfsanəvi "The Count Basie Orkestri" nin (County Basie Orchestra) - dünyanın ən qədim caz böyük qruplarından birinin solisti olmuşdur.Ceymi Devis dərin, güclü, baritona sahibidir. Londonda keçirilən Beynəlxalq Caz Festivalındakıçıxışı zamanı sənətçinin səsi “şokolad” adlanırdı. Jamie Davis resenziyaları caz üslublarının qarışığıdır.Louis Armstrong və Ray Charles kimi əfsanələrin ifa etdiyi zamanla tanınan caz standartlarından müğənni asanlıqla Sting və Lionel Richie-nin repertuarından hitlərə, eləcə də populyar musiqilərdən ariyalara çəkilir. Bütün bunlar öz müəllif tənzimləmələrində.

Emir Kusturitsa və «The No Smoking Orchestra» qrupunun konserti

Noyabrın 29-da Heydər Əliyev Mərkəzində əfsanəvi Emir Kusturitsa və onun «The No Smoking Orchestra» qrupunun konserti keçiriləcək. Trend-in məlumatına görə, proqramda tamaşaçılara pozitiv emosiya dolu Balkan musiqiləri təqdim olunacaq.

Musica Viva

Dekabrın 17-də Heydər Əliyev Mərkəzində “Musica Viva” Moskva Kamera Orkestrinin konserti keçiriləcək. Konsert proqramında dünya şöhrətli bəstəkarlar V.A.Motsart, İ.S.Bax, A.Arenski və D.Şostakoviçin əsərləri ifa olunacaq. Orkestrin bədii rəhbəri və dirijor Aleksandr Rudin (violonçel), Aleksey Volodin (piano) və Andrey Yerşov (truba) konsertdə solist olaraq çıxış edəcəklər. Biletləri Mərkəzin kassasından, iTicket.az saytı və satış məntəqələrindən əldə etmək olar. Biletlərin qiyməti 35, 40, 45, 50, 55, 60, 70 və 80 AZN-dir.

Baku Rock Fest 2019

Sizi Baku Rock Fest-ə dəvət edirik. Hər il olduğu kimi, bu il də bakıda azərbaycan dilində ifa edən bütün rok qrupları birləşdirən festival planlaşdırılır. Konsertin məqsədi, azərbaycan rokunun irsini qorumaq və bu janrı ölkədə inkişaf etdirməkdir. Bu dəfə siz azərbaycan rok qruplarının müəllif mahnılarını və həmçinin ‘Yuhu’, ‘Coldünya’, ‘Sirr’ kimi azərbaycanın əfsanəvi rok qruplarının mahnılarının cover versiyasını eşidəcəksiniz.

Taste of Steel Vol.3 / Ravekiller

onsertdə, uzun fasilədən sonra, yeni proqramla Midnight və Evil Decay qrupları çıxış edəcəklər. Həmçinin, çoxsaylı müsbət rəylərə görə, biz bir daha ikinci Taste of Steel in iştirakçıların - Hoar Demigod qrupunu dəvət etdik. Sonda sizin üçün W:O:A Metal Battle Caucasus 2016/2019 qalibləri, Wacken Open Air dünya metal festivalının iki iştirakçısı - Pyraweed və Goat Ripper qrupları çıxış edəcəkdir. 23 noyabr, Albion Pub, Saat 20:00, giriş:10 AZN

HammAli & Navai konserti

14 Dekabr, 20:00, Elektra Hall. Kiçik bir qeydi bildirmək istərdik: konsertdə iştirakla bağlı yaş məhdudiyyəti 16 yaşdan yuxarıdır. 16 yaşdan aşağı şəxslər tədbirdə yalnız valideyni ilə birgə iştirak edə bilər.

Just Jazz

14 yanvar 2020-ci il tarixində Heydər Əliyev Sarayında "Just Jazz" adlı möhtəşəm caz gecəsi keçiriləcək. Gecədə Respublikanın Əməkdar artisti Şəhriyar İmanov, Əməkdar artist Vüsal İskəndərzadənin (tarzən) rəhbərliyi ilə Shur Trio kollektivi, Coffee Band, H3 collective, Nicat Aslanov, Tural Rafael, Nərmin Məmmədli, Aytən Orucəliyeva, Suada Hacızadə və Ləman Abbaszadə iştirak edəcəklər.

CEZA

REPSTAR CEZA 21 Dekabr 2019-cu il tarixinde Elektra Events Hall səhnəsində. CEZA, canlı (live) orkestr ilə birlikdə 21 Dekabr 2019-cu il tarixində Bakıda Elektra Events Hall-da Azərbaycanlı heyranları ilə görüşəcək. Ceza, 2002-ci ildə ilk albomu Med Cezir'i, ardından "Rapstar", "Feyz Al", "Yerli Plaka", "Evin Delisi", "Bomba Plak", "Onuncu Köy", "Türk Marşı" ve "Suspus" adlı albom və single işlərini yayımladı. ABŞ-ın əfsanəvi rep sənətçisi Tech N9ne-nin "All 6's & 7's" albomundakı "Worldwide Choppers" adlı mahnıda rep musiqisinin dünyada əhəmiyyətli adlarla yanaşı nümayiş olundu.

Video

Məlumat kitabçası

Villa
  • Mətbəx:Fast food
  • Ünvan:Azadlıq pr., m. 28 May, "28 Mall" Ticarət Mərkəzi (4-cü mərtəbə)
Malacannes
  • Mətbəx:
  • Ünvan:Rəsul Rza küç., 11
The Rock Club
  • Mətbəx:
  • Ünvan:Həzi Aslanov küç. 109
Mojito Beach Cafe
  • Mətbəx:Fast food
  • Ünvan:Bilgəh Qəsəbəsi (Amburan Beach)
Ev Konsepti
  • Mətbəx:
  • Ünvan:Azadlıq pr., m. 28 May, "28 Mall" Ticarət Mərkəzi (3-cü mərtəbə)
Gallery For Kids
  • Mətbəx:
  • Ünvan:Neftçilər prospekti (Park Bulvar)