Elan Konsertlər
Konsertlər
“Şərəf tariximiz” adlı konsert proqramı

İyunun 12-də Heydər Əliyev Sarayında “Qurtuluş Günü”nə həsr olunmuş bayram konserti keçiriləcək. “Şərəf tariximiz” adlı konsert proqramında Respublikamızın sevilən və tanınmış sənətkarları Xalq artisti Gülyaz Məmmədova, Əməkdar artistlər Ədalət Şükürov, Gülüstan Əliyeva, Elza Seyidcahan, Zaur Əmiraslanov tanınmış müğənnilər Nazim Faytonçu, Nərmin Kərimbəyli, Yaşar Cəlilov, Leyla Ramazanlı, Könül Məmmədli, Əbdül Xalid, Tofiq Hacıyev, Nicat Cəfərzadə, Roza Zərgərli, Elxan Qaraxanoğlu, Lətifə Soyuöz, Nisbət Sədrayeva, Orxan Babazadə, Əhməd Mustafayev, Ramazan Mustafayev, Ramazan Şərifzadə və Dana Durdana iştirak edəcəklər.

YARAT Freestyle: Yay əhval-ruhiyyəsi

İyunun 9-u Sizi Müslüm Maqomayev adına 26 saylı Musiqi Məktəbinin şagirdlərinin və Bakı Musiqi Akademiyasının tələbələrinin konsertinə dəvət edirik. Yay konsertimizin rəhbərləri baş müəllim Naala Baratelia və bir çox beynəlxalq müsabiqələrin münsiflər heyətinin üzvü, pedaqoq Dmitri Babayevdir.

YARAT Freestyle: Gənc pianoçuların ifası

YARAT Müasir İncəsənət Məkanı sizə 14 iyun tarixində keçiriləcək istedadlı gənc pianoçuların ifasında musiqi axşamı proqramını təqdim edir. Kosertin içtirakçıları "TRİO" yaradıcılıq mərkəzinin yetirmələridirlər.

Musiqi Bayramı

21 iyun 2018-ci il tarixində Musiqi Bayramı Bakının küçələrini yenidən canlandıracaq! Peşəkar və həvəskar musiqiçilərə açıq olan bu festival müxtəlifliyi dəyərləndirən, musiqi janrlarına fərq qoymayan canlı musiqini bayram edir. Yay fəslinə düşən bu bayram küçələrdə, ictimai park və bağlarda, binaların həyətlərində və digər ictimaiyyətə açıq yerlərdə qeyd edilir. Musiqi ifası Bakının küçələrində səslənəcək, İçərişəhərin dar küçələrini canlandıracaq, Fəvvarə meydanı və Nizami küçəsi boyunca yayılacaq.

YARAT Freestyle: Macar xalq musiqisi

İyunun 30-u sizi Macarıstanın Vişeqrad qrupunda (V4) sədrliyinin başa çatması münasibətilə macar xalq musiqisi konsertinə dəvət edirik. Tədbir Macarıstanın Azərbaycandakı Səfirliyi və YARAT Müasir İncəsənət Məkanı tərəfindən təşkil olunur. Konsertdən əvvəl qonaqlar macar xalq rəqslərinin əsaslarını öyrənmək üçün peşəkarlar tərəfindən keçiriləcək dərslərdə iştirak etmək imkanı qazanacaqlar.

Topaz Football Fan Festival

Əziz dostlar, iyul ayının 1-dən 15-nə kimi TOPAZ futbolsevərlər üçün əyləncəli FESTİVAL keçirəcək! Sizi çoxsaylı müsabiqələr, ləzzətli təamlar, eləcə də şən musiqi sədaları və bol müsbət enerji gözləyir! Və ən əsası bütün festival boyu siz böyük ekranlar vasitəsilə oyunları CANLI izləyə biləcəksiniz!

Gəncliyin Dalğasinda Musiqi Festivalı

Xəzər Gənclər evinin təşkilatçılığı ilə bu yay Gəncliyin dalğasında adlı yay festivalı keçiriləcək. Festivalın açılışı 8 iyul 19:00-da MƏLİK RAMİZ və BUZZ BANDin canlı musiqi konserti ilə olacaq.

Bashirovbeats - Live Drum Show

Barrel Playground konsertlərə davam edir. Bu Cümə Axşamı səhnəmizdə zərb alətlərinə öz alternativ baxışıyla fərqlənən Elvin Bəşirov olacaq. Canlı, ritmik və həddindən artıq maraqlı #BASHIROVBEATS konsert proqramını izləmək üçün sizi 12 İyul saat 20:00-da meydançamıza dəvət edirik.

YARAT Freestyle: Yay musiqi klassikası

İohan Sebastyan Bax, Lüdviq van Bethoven və Jül Massnenin sehrli musiqisi ilin istənilən vaxtında aktualdır və maraqla dinlənilir. İyulun 20-i YARAT mərkəzində sizin üçün parlaq duet – Günel Bəkirova (piano) və Aydan Salamova (skripka) çıxış edəcəklər.

Dihaj

Sizi Dünya Kubokunun Final oyunu olan Fransa-Xorvatiya oyununa baxmağa və əyləncəli musiqidən həzz almaq üçün Topaz Futbol Fan Festivala dəvət edirik. Bununla belə, sizin üçün OD, Paster, DMC, REMO və Eurovision `dan olan digər xüsusi qonaqlar - DİHAJ qrupu ifa edəcək.

BURN FEST

27, 28, 29 iyul tarixlərində Dənizkənarı Milli parkda BURN FEST – Musiqi və Rəqs Festivalı keçirildi.  Festival iştirakçıları BURN səhnəsindəki məşhur musiqi və rəqs qruplarının, DJ-lərin möhtəşəm performanslarını izləyib, BURN əyləncə zonasındakı fərqli və maraqlı oyunlar və yarışmalarla əyləndilər. Festivaldan görüntüləri təqdim edirik.

«Turetski xoru»nun konserti

Oktyabrın 10-da Heydər Əliyev Mərkəzində «Turetski xoru»nun konserti keçiriləcək. Art qrupu Bakı konsertində repertuarında olan ən məşhur kompozisiyaları – dünya klassikasının şedevrlərindən tutmuş xalq mahnılarına qədər müxtəlif hitləri təqdim edəcək. Turetski xoru» 21-ci əsrin musiqi fenomeni, dünyanı heyrətləndirən unikal səsə, geniş vokal imkanlara, aktyor ustalığı və qeyri-adi xarizmaya sahib ifaçıların sinerjisidir. «Turetski xoru» debütünü 1990-cı ildə edib. Art qrupunun yaradıcısı və bədii rəhbəri Rusiyanın Xalq artisti Mixail Turetskidir.

Vyana Ştraus Festival Orkestrinin konserti

Vyana Ştraus Festival Orkestri noyabrın 26-da Heydər Əliyev Mərkəzində çıxış edəcək. Bu, Vyana Ştraus Festival Orkestrinin Heydər Əliyev Mərkəzində üçüncü konserti olacaq. Musiqi kollektivi 2014 və 2016-cı illərdə Azərbaycandakı tamaşaçılarına maraqlı repertuar, peşəkar ifa və bayram ovqatlı konsert proqramı təqdim edib. Hər iki konsert anşlaqla keçib.

DanceAbility İnklüziv Rəqs Dərsləri Nəsimi Festivalı

DanceAbility Azərbaycan təşkilati hər kəsi “Nəsimi Festivalı” çərçivəsində təşkil olunmuş DanceAbility İnklüziv Rəqs ustad dərslərində iştirak etməyə dəvət edir. Dərslər 4-25 Sentyabr tarixilərində Daş Salnamə muzeyində Nigar Sultanova-Yıldırım tərəfindən keçiriləcək və iştirakçıların birgə yekun performansı ilə başa çatacaq.

Baku Rock Fest 2018

Bütün rok musiqisi sevənləri, Bakıda keçirilən böyük rok bayramına dəvət edirik! Oktyabrın 27-si və 28-i iki günlük böyük rok konsert baş tutacaq! Birinci gün Tribute To Rock vol.6 olacaq, hansında ki, siz Metallica, AC/DC, Rammstein, Linkin Park kimi qrupların və bir çox digər qrupların dünya üzrə məşhur rok xitlərinin kaver versiyalarını Azərbaycan rok qruplarının ifasında eşidəcəksiz. İkinci gün Azərbaycan rok qrupları öz müəllif mahnıları ilə çıxış edəcəklər. Hazırda qeyd olunan bu qruplar öz iştirakını təsdiq ediblər: Sirr, Sadnos, Milan, Altun Zeynalov. İştirakçıların sayı artırılacaq.

Feydi

Müğənni, mahnı müəllifi, prodüser - bunlar, dünya musiqi səhnəsini fəth etmiş Sidneyli Feydi Fatroniyə aiddir. Məşhurluğu tədricən qazanan müğənninin ulduzu, 2012-ci ildə «Laugh Till You Cry» və «Cant Let Go» mahnıları ilə Avstraliyada, Avropada və Yaxın Şərqdə parladı. Lakin dünya üzrə məşhurluğu Feydi, «Habibi (I Need Your Love)» mahnısı ilə qazandı.

Aygün Kazımovanın konserti

Yenilikləri ilə hər zaman təəccübləndirən Azərbaycan şou-biznesinin öndə gedən isimlərindən biri, Azərbaycanın Xalq və Əməkdar artisti Aygün Kazımova bu dəfə də onu sevənləri heyrətləndirəcək! Dünya üzrə məşhur fransız DJ - Davit Vendetta ilə birlikdə "Duy" mahnısını ərsəyə gətirən Aygün Kazımova, Dekabr ayının 1-i Elektra Events Hall-da David-lə birlikdə səhnəni coşduracaq! Məhz bu gün, əvəzolunmaz performans, heyrətamiz bir şou, güclü səs və illərin DJ təcrübəsi bir araya gələcək!

Aybəniz Haşımovanın konserti

Gözəl musiqi və unudulmaz ifa! Hamınızı Oktyabr ayının 24-ü Azərbaycan Dövlət Akademik Filarmoniyasında Aybəniz Haşımovanın ustadı - Azərbaycan SSR xalq artisti Şövkət Ələkbərovanın xatirinə həsr olunmuş yubiley konsertinə gözləyirik! Biletləri şəhərin bütün kassalarından, 28 Mall, Ganjlik Mall ticarət mərkəzlərindən, ASAN Xidmət mərkəzlərindən və www.iticket.az saytından əldə edə bilərsiniz.

Bayram konserti

Musiqi həzzi! Oktyabr ayının 18-i Heydər Əliyev sarayında baş tutacaq konsertdə Respublikanın Xalq artistləri Aftandil İsrafilov, Faiq Ağayev, Əməkdar artistlər Elza Seyidcahan, Sevil Sarıyeva, Səlim Abbasov(skripka), Nuriyyə Hüseynova, Rəşad İlyasov, Cavanşir Məmmədov, Firuzə İbadova, Əməkdar Mədəniyyət işçisi Aşıq Əhliman, Populyar müğənnilər Günay İbrahimli, Emil Bədəlov, Vüqar Əbdülov (meyxana), Əlikram Bayramov, Günay İmamverdiyeva, Rüfət Axundov, Bahar Lətifqızı, İlqar Sail, Pərviz Bülbülə, Türkan Vəlizadə, Elxan Qaraxanoğlu, Orxan Babazadə, Firuz Səxavət, Sadıx Mustafayev, İlham Kərimli və Röya Əliyeva (rəqs) iştirak edəcəklər.

Ebru Gündeş

Güclü bir səs, valehedici səhnə və parıldayan bir gözəlliyi bir arada görmək istəyən, Ebru Gündeşi konsertinə gəlsin! Noyabrın 3-ü Heydər Əliyev Sarayında möhtəşəm və unudulmaz bir konsertin şahidi olmaq istəyənlər, Ebru Gündeş konsertinə olan biletləri şəhərin bütün kassalarından, 28 Mall, Ganjlik Mall ticarət mərkəzlərindən, ASAN Xidmət mərkəzlərindən və www.iticket.az saytından əldə edə bilərsiniz.

Video

Məlumat kitabçası

Chayki Restaurant
  • Mətbəx:Avropa
  • Ünvan:Neftçilər pr.,24/1
Nikki
  • Mətbəx:
  • Ünvan:Novxanı, Corat. Mərkəzi hissə, dənizkanarı, sıradan 5ci restoran
Qrasiya women club
  • Mətbəx:
  • Ünvan:M.Muxtarov küç.,184
The Albion Club & Concert Hall
  • Mətbəx:Beynəlmiləl
  • Ünvan:
Imaginarium
  • Mətbəx:
  • Ünvan:Azadlıq pr., m. 28 May, "28 Mall" Ticarət Mərkəzi (4-cü mərtəbə)
Pink accessories
  • Mətbəx:
  • Ünvan:M. Rəsulzadə küç., 8