Elan Konsertlər
Konsertlər
Eyyub Yaqubovun konserti

22 İyun 20:00-da, Yaşıl teatrın səhnəsində, Eyyub Yaqubovun konserti keçiriləcək. Biletləri şəhərin kassalarında və Asan xidmətdə yerləşən kassalarda əldə edə bilərsiz. Konsertdə bu günə kimi repertuarında yer alan ən sevilən mahnılarını ifa etməklə yanaşı, yeni bəstələri də dinləyicilərə təqdim edəcək.

Kənan Doğlunun konserti

Aprelin 20-i məşhur türk müğənnisi Kənan Doğlunun konserti olacaq. Türk estradasını sevənləri və müğənninin pərəstişkarlarını konsertə dəvət edirik. Xatırladaq ki, 2007-ci ildə o, Avroviziya 2007 mahnı müsabiqəsində «Shake It Up Şekerim» mahnısı ilə çıxış etmişdi.

“Bu şəhərdə”-nin konserti

8-12 Mart , saat 19:00-da, Heydər Əliyev adına sarayda “Bu şəhərdə”-nin növbəti yumoristik konserti keçiriləcək. Baş rollarda “Bu şəhərdə”-nin aktyorları Coşqun və Rafael. Biletləri şəhərin kassalarında əldə edə bilərsiniz. Telefon: 598-17-72/74. Biletin giyməti: 10-150 AZN

"Open Kids" qrupun konserti

Mayın 5-i Bakıda "Open Kids" qrupu çıxış edəcək. Ətraflı məlumat əldə etmək üçün qeyd olunan nömrə ilə əlaqə saxlayın: (+994 51) 303 35 40

Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin konserti

YARAT Mərkəzində baş tutacaq gözəl musiqili axşamdan zövq almaq üçün bütün tədbirləri hazırladıq.Canlı musiqi axşamımızın budəfəki qonağı Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri olacaqdır. Kollektivin dirijoru və bədii rəhbəri Teymur Göyçayevdir. Bununla yanaşı orkestrin müşayiəti ilə skripkaçı Rövşən Əmrahov bir sıra kompozisiyalar ifa edəcək. Həmçinin proqram çərçivəsində Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının aparıcı solistləri – Xalq artisti Gülağası Mirzəyev və Əməkdar artist Nigar İbrahimova çıxış edəcəklər.

Joss Stone "Odlar Yurdunda canlı"

“Grammy” mükafatının qalibi olmaq hissini yaşamış Joss Stone özünün “Ümumi Dünya Turu” nun bir hissəsi kimi BMT üzvü olan bütün ölkələrdə çıxış edən ilk ifaçı olmaq kimi məsuliyyətli bir vəzifəni üzərinə götürüb.

YARAT Freestyle: Ləman Dadaşova - Solo Konsert

YARAT Freestyle sizi gənc ifaçı Ləman Dadaşovanın konsertinə dəvət edir. Ləman Dadaşova – caz, pop, caz-rok, rok və klassika daxil olmaqla, ən müxtəlif musiqi janrlarında mahnılar ifa edən, çox nadir kontralto səs tembrinə malik gənc müğənnidir. 2016-cı ildə "Səs" (Azərbaycan) televiziya layihəsinin yarımfinalçısı olan müğənni, öz qeyri-adiliyi, səmimiyyəti, açıqürəkliliyi və təbiiliyi ilə tamaşaçıların yaddaşında qalıb. 2017-ci ildə "Tək deyiləm" adlı ilk mahnısına çəkilmiş klipi təqdim edib. Anar Yusufovun qrupunun müşayiəti ilə konsert zamanı Azərbaycan klassik mahnıları, həmçinin caz və pop üslubunda məşhur xarici mahnıların kaver versiyaları ifa olunacaq. 9 mart, 19:00 Yerlərin sayı məhduddur. Xahiş edirik, iştirak üçün (012) 5051414 nömrəsi ilə əlaqə saxlayaraq qeydiyyatdan keçəsiniz. Qeydiyyat bazar ertəsindən cümə gününə kimi, saat 10:00-dan 18:30-dək aparılır.

YARAT Freestyle: "Ten" rəqs tamaşasının nümayişi"

Birləşmiş Krallığın eşitmə qabiliyyəti məhdud olan peşəkar rəqqaslardan ibarət unikal və məşhur rəqs ansamblı "British Council"ın təşkilatçılığı ilə Azərbaycana gəlir. British Council Azərbaycan Böyük Britaniyanın Azərbaycandakı Səfirliyi, YARAT Müasir İncəsənət Məkanı və Nizami Kino Mərkəzi ilə əməkdaşlıq və tərəfdaşlıq şəraitində "Deaf Men Dancing" rəqs ansamblı tərəfindən səhnələşdirilmiş "Ten" rəqs tamaşasını qürurla təqdim edir.

YARAT Freestyle: Cavad Cavadzadə

Martın 14-ü Sizi YARAT Müasir İncəsənət Mərkəzində istedadlı kontrabas ifaçısı Cavad Cavadzadə ilə görüşə dəvət edirik. Cavad Cavadzadə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının məzunudur, Azərbaycan Dövlət Simfonik Orkestrinin solisti olub və Gürcüstan Filarmoniyasının orkestrində baş kontrabasçı vəzifəsində çalışıb. O, Maestro Rauf Abdullayev, Nikoloz Rahveli, Ennio Morrikone, Maksim Vengerov, Laurent Petiggirard, Peter Rundel, İqnat Soljenitsın və Ser Neville Marriner kimi dirijorların rəhbərliyi altında çıxış edib.

The Greek Rock Concert

Sizi Cənubi Avropanın ən məşhur metal qrupu olan Demetrious Katis’s “Exoristoi”-nun martın 9-u, saat 21: 00-da Rotunda, The Landmark da keçiriləcək Yunan Rok Konsertinə dəvət edirik. Konsert Landmark and United Cultures-in birgə əməkdaşlığı ilə Yunan Səfirliyi tərəfindən təşkil olunur. Demetrios Katis “Exoristoi”- yunan dilindən tərcümədə “Sürgünlər”- in təsisçisi, bəstəkarı və əsas giitaraçısıdır.

Azərbaycanda ilk uşaq müziklının premyerası “Ələddin”

Azərbaycanda “Ələddin” adlı ilk uşaq müziklının premyerası olacaq. Premyera 15 aprel, saat 13:00-da, Heydər Əliyev sarayında keçiriləcək. Müziklın quruluşçu-rejissoru – Azərbaycan Respublikasının Əməkdar artisti İnarə Babayevadır. Rollarda –populyar estrada ulduzları Zamiq Hüseynov, Sevda Yəhyayeva, Emiliya Yaqubova, Azərbaycan Respublikasının Əməkdar artisti Ələkbər Əliyev, Hüseyn Abdullayev və başqa tanınmış aktyor və müğənnilər çıxış edəcəklər.

Mübariz Tağıyev - 70

Aprelin 25-də Heydər Əliyev Sarayında Azərbaycanın xalq artisti Mübariz Tağıyevin 70 illik yubiley gecəsi keçiriləcək. Yubiley gecəsində, Xalq artistləri Flora Kərimova, Yalçın Rzazadə, Samir Cəfərov, Aygün Kazımova, Faiq Ağayev, Zülfiyyə Xanbabayeva, Əməkdar artistlər Tünzalə Ağayeva, Manana, Sevda Ələkbərzadə, Teymur Əmrah, sevilən müğənnilər Cavan Zeynallı, Samirə Allahverdiyeva, Eldar Qasımov, İlqar Xəyal, Fuad Musayev, Səbinə Babayeva, Emiliya Yaqubova, Abbas Əhməd.

“Bayramlar gözəli, Novruz bayramı”

Heydər Əliyev Sarayı bayram tətili günlərində uşaqları maraqlı, musiqili və əyləncəli proqram ilə sevindirəcək. Martın 24-də milli bayramımız Novruz münasibətilə Sarayının səhnəsində möhtəşəm bayram konserti keçiriləcək. Hər il olduğu kimi Novruzun sevilən personajları Kosa və keçəl, Bahar qız şənliyin əsas simaları olacaqlar. Sevimli qəhrəmanlar uşaqlara Novruz bayramı, baharın gəlişi, Novruz çərşənbələri və digər adət-ənənələr haqda məlumat verəcək, müxtəlif oyunlar keçirdəcəklər.

Müasir estrada ifaçılarının konserti

Martın 18-də Heydər Əliyev Sarayında Müasir estrada ifaçılarının konserti keçiriləcək. Konsertdə Eldar Qasımov, Nərmin Kərimbəyova, Kənan Qədimov, Vlada, Rauf, Samirə Əfəndi, Şölə, Ləman Dadaşzadə, Ceyla, Aliyə Novruzova, Kazımcan, Şakir Mərdanov, Hüseyn Akifoğlu, Anar Bəylər, Ayaz Babayev, Tofiq Hacıyev, Elvin Novruzov və başqaları iştirak edəcəklər.

YARAT Freestyle: Anton Ripatti / Babaka musiqisi

Əziz musiqisevərlər, YARAT Sizi Rusiya musiqiçisi və psixodelik musiqilərin müəllifi, permli Anton Ripattinin performansına dəvət edir. Anton Ripattinin musiqisi qeyri-adi olduğu üçün, onları Avropa müəllif filmlərinin saundtrekləri kimi təqdim etmək olar. Bu musiqidə müəmma və sirli məqamlar, Tom Ueytsın elektron stilistikası ilə qarışmış ahəngdar melodiyalar var.

YARAT Freestyle: Mugham Souls

Fransanın Azərbaycandakı Səfirliyi və Azərbaycan Fransız İnstitutu, Azərbaycanda Frankofoniya Həftələri çərçivəsində Pyer de Treqoman və Qoçaq Əsgərovun "Mugham Souls" adlı konsertini təqdim edirlər. Tədbir YARAT Müasir İncəsənət Mərkəzində 12 aprel tarixində, saat 19:00-da baş tutacaq.

Üzeyir Mehdizadə solo konsert

Üzeyir Mehdizadə Bakıda ilk böyük solo konserti ilə qarşınızda! 16 İyun saat 20:00 Yaşıl Teatr səhnəsində böyük fanat ordusu olan Üzeyir Mehdizadə canlı solo konsert proqramı ilə çıxış edəcək!

Milan Live

Hamını mayın 19 - u Milanın canlı konsertinə dəvət edirik. Konsertdə hər kəs tərəfindən sevilən dünyaca məşhur mahnılar, həmçinin özünün müəllif mahnıları da ifa olunacaq. Konsertdə artıq hər kəs tərəfindən tanınan musiqiçilər Ramin Sadıqov (Bakı) və Vitaliy (Qazaxıstan) iştirak edəcəklər. Giriş sərbəstir

Orqan konserti

4 may 2018-ci il tarixində "İtaliya Opera Günləri" çərçivəsində təşkil olunan İtaliyalı orqan ifaçısı Maurizio Saverna möhtəşəm Savior Kilsəsində orqan konserti keçiriləcəkdir. Konsert İtaliya Respublikasının Azərbaycandakı səfirliyinin təşəbbüsü çərçivəsində keçirilir.

Tribute to Rock vol.5

27 May tarixində, “The Drunk” klubunda böyük Rok Konsert təşkil olunacaq! Bütün rok musiqisi sevənləri əsl rok bayramına dəvət edirik. Konsertin proqramını təcrübəli Azərbaycan quplarının ifasında səslənəcək dünya şöhrətli, məşhur rok hitlər(Metallica, AC/DC, Nirvana, Scorpions, Pink Floyd, Linkin Park, Rammstein) təşkil edəcək.

Video

Məlumat kitabçası

Cafe del Mar
  • Mətbəx:Avropa
  • Ünvan:Sea Breeze
1001 Gece
  • Mətbəx:Avropa
  • Ünvan:Şixov qəsəbəsi
Cratos lounge club
  • Mətbəx:Avropa
  • Ünvan:Azadliq prospekti
Long Island
  • Mətbəx:
  • Ünvan:Mardanov Qardaşları küç., 15
Gallery for kids
  • Mətbəx:
  • Ünvan:S.Vurğun küç. 62
Ambiance
  • Mətbəx:
  • Ünvan:28 May küç., 5A