Elan Konsertlər
Konsertlər
Ələskər Ələkbərovun 100-illik yubileyi

2 aprel, Muzey Mərkəzinin akt zalında, SSSRi xalq artisti, SSSR Dövlət premiyası laureatı Ələskər Ələkbərovun anadan gəlməsinin 100-illik yubileyinə həsr olunacaq tədbir keçiriləcəkdir. Təşkilatçı - Azərbaycan Dövlət Filmfodu.

Vaqif Mustafazadənin yubileyinə həsr olunacaq tədbir

16 mart Ölkəmizin baş konsert zalı olan - Heydər Əliyev adına sarayda, Azərbaycan xalqının dahi caz pianisti və bəstəkarı - Vaqif Mustafazadənin yubileyinə həsr olunacaq tədbir keçiriləcəkdir. Konsertdə Azərbaycan, Rusiya və Gürcüstanın bir sıra caz musiqiçiləri iştirak edəcəklər. Giriş - dəvətnamə ilə.

Maksimin konserti təxirə salınıb!

21 may H.Əliyev adına sarayda konsert verəcəyi planlaşdırılan məşhur rus müğənnisi Maksimin konserti baş tutmayacaq.

Alim Qasımovun konserti

7 aprel, Beynəlxalq Muğam Mərkəzində, Azərbaycanın xalq artisti, muğamın dahi ifaçısı, xanəndə Alim Qasımovun konserti baş tutacaqdır. Konsert saat 20:00-da start alacaqdır.

Grigoriy Lepsin konserti

Ölkənin baş konsert zalı - Heydər Əliyev adına sarayda rus şansonun populyar ifaçısı - Grigoriy Lepsin konsert proqramı ilə çıxış edəcəkdir. Konsert gələn ayın 24-ü, saat 19:00-da start alacaqdır. Bütün rus şansonun pərəstişkarları konsertə dəvət olunur!

50 Cent Bakıda!

Gözlərinizə inanmırsınız? Bu həqiqətəndə odur! Kertis Ceyms Cekson III və ya sadəcə 50 Cent! Sky group şirkətinin mətbuat xəbərlərinə görə 50 Cent 11 aprel, Buta Palace məkanında konsert proqramı ilə çıxış edəcəkdir! «Before I Self Destruct» albomunun dəstək turu çərçivəsində onunla birgə G-Unit  komandası, xüsusəndə -Lloyd Banks, Tony Yayo, DJ Who Kidd çıxış edəcəklər.

İsfar Sarabski və Diana Hacıyeva konserti

26 və 27 mart tarixində, Bakı Caz Mərkəzində tanınmış musiqiçilər İsfar Sarabski və Diana Hacıyeva konsert proqramı ilə çıxış edəcəklər! Konsert saat 21:00-da start alır!

"Milan" və "Bende" qrupların konserti

Əsl Milli rok musiqisi üçün darıxmısınız? 11 aprel Cross Roads məkanında, "Milan" və "Bende" Milli rok qruplarımızın iştirakı ilə rok konserti keçiriləcəkdir. Konsert saat 18:00-da start alır. Əsl Azərbaycan rok musiqisini dinləmək şansı əldə verməyin.

Artur H konserti

Fransız müğənnisi, müəllif və bəstəkarı Artur H, cümə axşamı 8 aprel tarixində, saat 19.00-da, Bakı Jaz Mərkəzində solo konsert proqramı ilə çıxış edəcək. Yerlərin sayı məhdud olduğundan, dəvətnamə üçün əvvəlcədən müraciət etməyiniz xahiş olunur.

Elza Seyidcahanın solo konserti

Ölkənin baş konsert zalı - Heydər Əliyev adına sarayda Azərbaycanın əməkdar artisti, əvəzedilməz müğənni və bəstəkar - Elza Seyidcahan "Bü mənim şəhərim, planetim və ulduzlarım" adlı konsert proqramı ilə çıxış edəcəkdir. Konsert may ayın 25-i, saat 19:00-da start alacaqdır.

Əlibaba Məmmədovun 80 illik yubileyinə həsr olunacaq konsert

Azərbaycan Dövlət Filarmoniyasının səhnəsində Azərbaycanın Xalq Artisti, xanəndə Əlibaba Məmmədovun 80 illik yubileyinə həsr olunacaq konsert proqramı keçiriləcəkdir.

Murad Adıgözəl-zadənin konserti

Azərbaycan Dövlət filarmoniyasının səhnəsində Elşad Bağırovun rəhbərliyi altında Üzeir Hacıbəyli adına Dövlət Simfonik Orkestri konsert proqramı ilə çıxış edəcəkdir. Solist - Murad Adıgözəl-zadə (fortepiano). Konsertdə tanınmış bəstəkarların əsərləri səslənəcəkdir.

Fridrix Şopenin 200 illiyinə həsr olunacaq konsert

9 aprel saat 17:00-da Üzeir Hacıbəyli adına Bakı Musiqili Akademiyasının böyük zalında Fridrix Şopenin 200 illiyinə həsr olunacaq konsert proqramı baş tutacaqdır. Konsertdə Akademiya tələbələri - Gülər Ağayeva, Aidə Qədimova, Səbinə Mustafayeva vəBül-Bül adına məktəbin şagirdi Qəmər Mahmudova çıxış edəcəklər. TədbirBakı Musiqili Akademiyasının dosenti Nəzakət Rimazi tərəfindən təşkil olunur.

Caz konserti

10 aprel Baku Jazz Center məkanında Bakı Caz Mərkəzin direktoru, Beynəlxalq Bakı Caz Festivalın prodyuseri, jam session Montreux-jazz festival təşkilatçısı və iştirakçısı Emil İbrahimov və jam session Montreux-jazz festival iştirakçısı, pianoçu Aysel Quliyeva konsert proqramı ilə çıxış edəcəklər.

"Unplugged 23.61" rok konserti

Love Fist - "Unplugged 23.61" rok konserti təqdim edir! 18 aprel, 18:30-da The Corner PUB məkanında Sad CLOWNS, EMPATHY və The voice of streets rok qrupların konserti keçiriləcəkdir. Konsertdən yığılan gəlir xeyriyyə işlərə sərf olunacaqdır. Biletləri konsert günü, yerindəcə əldə etmək olar.

Tünzalə Ağayevanın konserti

Ölkənin baş konsert zalı - Heydər Əliyev adına sarayda Azərbaycanın Əməkdar Artisti Tünzalə Ağayeva "Dünyamızı yaradaraq" adlı konsert proqramı ilə çıxış edəcəkdir.Qeyd edək ki,  biletləri tezliklə şəhərin bütün mərkəzi kassalarından əldə etmək olar.

Smolenskdə baş verən facıyəyə həsr olunacaq konsert

17 aprel Filarmoniyanın səhnəsində Smolenskdə baş verən və Polşanın rəsmi üzvlərin dəhşətli ölümünə səbəb olan facıyəyə həsr olunacaq konsert proqramı keçiriləcəkdir. Konsert Polşanın Azərbaycan Səfirliyi tərəfindən təşkil olunur. Tədbirdə çıxış edəcəklər: Ü. Hacıbəyli adına Dövlət Simfonik Orkestri. Dirijor - Elşad Bağırov, solist - Əməkdar Artist, tanınmış pianoçu - Murad Adıgözalzadə.

Gülsin Onayın konserti

16 aprel türk pianoçusu Gülsin Onay Beynəlxalq Muğam Mərkəzində konsert proqramı ilə çıxış edəcəkdir. Konsert  "Nə yaxşı ki sən doğuldun, Fridrix Şopen" adı altında və Türkiyənin Azərbaycan Səfirliyi və Mədəniyyət və Turizm Nazirliyinin dəstəyində keçiriləcəkdir.

Video

Məlumat kitabçası

Keyf-i-Dem
  • Mətbəx:Türk
  • Ünvan:Həsən Əliyev küç.,119
Yellow Door
  • Mətbəx:Avropa
  • Ünvan:28 May küç., 15A
Capitol Baku
  • Mətbəx:Avropa
  • Ünvan:Nizami küç.,24
Zayna
  • Mətbəx:Azərbaycan
  • Ünvan:Azadlıq pr., S.Zeynalov küç., 19
Max Mara
  • Mətbəx:
  • Ünvan:Neftçilər Pr., 151
The Entertainer
  • Mətbəx:
  • Ünvan:Fətəli xan Xoyskiy küc., (Ganjlik Mall, 3-cü mərtəbə)