Elan Konsertlər
Konsertlər
Zamiq Əliyevin yubiley gecəsi

Əziz Bakı əhli, 31 may tarixində tanınmış tarçı Zamiq Əliyevin 60 illik yubileyinə həsr olunacaq tədbir baş tutacaqdır.

Skripkaçı Pelin Halkacı Akın konserti

Azərbaycan Dövlət Filarmoniyasında Qara Qarayev adına Dövlət Kamera Orkestrin konserti keçiriləcəkdir. Baş dirijor və bədii rəhbər - Fəxrəddin Kərimov. Solist - Pelin Halkacı Akın (Türkiyə, skripka).

Gülüstan Əliyevanın konserti

31 may tarixində Beynəlxalq Muğam Mərkəzində Azərbaycanın əməkdar artisti Gülüstan Əliyeva konsert proqramı ilə çıxış edəcəkdir. Konsert proqramında milli xalq mahnılarımız və muğam əsərləri səslənəcəkdir. Konsertdə müşaiət edir - Milli İnstrumental Ansambl Azrbaycanın Xalq Artisti Ağacəbrail Abbasəliyevin rəhbərliyi altında.

Jazzy Khazar Golden Beach

Əziz dostlar və Cazz sevərlər! 19 iyun tarixində dənizin sahilində  "Khazar Golden Beach" -də  "Jazz Centre" rezidentlərinin iştirakı ilə konsert keçiriləcək! Bu yayın həftə sonunda sizinlə olacaqlar: İsfar Sarabski, Ülviyyə Rəhimova, Elnur Hüseynov, Elçin Şirinov, Ruslan Hüseynov, Tofiq Cabbarov! Sizi dəniz sahilində unudulmaz gecə gözləyir.

Milan qrupun konserti

30 may Corner Pub məkanında Milan qrupu konsert proqramı ilə çıxış edəcəkdir. Konsertdə qrupun "Unutma" adlı ikinci diski təqdim olunacaqdır. 8 yeni mahnı daxil olan bu yeni albomu konsert zamanı əldə etmək olar.

"Orient Xpress" qrupun konserti

14 may Corner Pub məkanında "Orient Xpress" qrupun konsert proqramı təşkil olunacaqdır. Konsert saat 20:00-da start alır. Konsertdə qrup artıq sevilmiş "Flying Falling Diving" albomundan mahnıları ifa etməklə savayı həmçinin yeni "Escape" albomundanda tam yeni mahnıları ifa edəcəkdir. Konsertə giriş pulsuzdur!

"Sad Clouns" qrupun rok konserti

23 may "The Corner Pub" klubunda "Sad Clouns" qrupun rok konserti keçiriləcəkdir. Gecənin xüsusi qonağı - INKIN ( ex - ferrum). Konsert saat 18:45-də start alır. giriş - 5 AZN.

"Miss Azərbaycan 2010" gözəlik müsabiqəsinin finalı

"Miss Azərbaycan 2010" gözəlik müsabiqəsi sonuncu mərhələyə qədəm qoyur. Müsabiqənin finalı 23 may tarixində H.Əliyev adına Sarayda keçiriləcək. Gecənin aparıcısı- Loenid Yakuboviç olacaq. Konsertdə dünya şöhrətli qruplar "Ricchi E Poveri" və "Morandi" iştirak edəcəklər. Biletləri şəhərin bütün mərkəzləşmiş kassalarından əldə etmək olar.

Sergey Lazarevin konserti!

Rusiyanın sevilən muğənnilərindən biri Sergey Lazarev 2010-cu ilin "Lazerboy" adlı yeni albomu ilə Bakıya konsert verməyə gəlir.Təşkilatçıların sözlərinə görə əfsanəvi  lazer şou olmaqla möhtəşəm 80 dəqiqəlik konsert gözlənilir. Bakıya ilk qastrol səfərində Lazarev öz şou-baleti ilə 12 nəfərlik heyətdə gələcək.İnsan həmişə qarşısına  yüksək məqsədlər qoyur  və başa düşür ki, bu nə qədər vaxt və güc tələb etsə də sevimli işinə bütün varlığını həsr etməlidir. 
 

Timati Bakıda!Tezliklə!

Rusiya şou-biznesinin ən populyar hip-hop ifaçısı, müvəffəqiyyətli biznesmen, cavan, müstəqil, azad, özünəməxsus üslublu insan, tamamilə nadir və nəzərləri özünə cəlb edən Timati fanatların çoxsaylı xahişlərini nəzərə alaraq, yenidən günəşli Bakımıza gələcək! Məhz o, Rusiyada hip-hopu tamamilə yeni səviyyəyə çatdırıb.Onun mahnıları rus hit-paradlarına başçılıq edir, uğurlu duetləri isə ona ölkə sərhədlərindən uzaqlarda şöhrət qazandırıb. Hər dəfə cəmiyyət arasına çıxanda o, pərəstişkar izdihamı və minlərlə fotoapparat işıqları ilə müşayiət olunur...
Timatinin konsertinə bilet qazanmaq üçün keçirilən müsabiqə başa çatdı!

Röyanın solo konserti

Yaşıl Teatrda Azərbaycanın estrada ulduzu Röya solo konsert verəcək. Müğənninin pərəstişkarlarını öz yaradıcılığı ilə sevindirəcəyi iki axşamın əfsanəvi olacağına söz verilir! Röya həm artıq sevilən hitlərini, həm də yeni mahnılarını ifa edəcək.
Röyanın konsertinə bilet qazanmaq üçün müsabiqə!

"Reflex" qrupunun konserti!

Bu qrupu ilk akkordlardan tanıyırlar, solistlərinin üzləri isə ən dəbli jurnalların üz qabığından düşmür. Kassada biletlər heç bir gündən qalmır, qrupun qastrol səfərlərinin cədvəlini isə bir neçə il qabaqcadan yazmaq olar. Deyəsən, qərb pop səhnəsinin hər bir meqaulduzu haqqında bu sözləri demək olar.Əslində isə bütün bunlar yaxın vaxtlarda konserti Novxanı Aqua parkında baş tutacaq rus-pop qrupu Refleks haqqındadır!

"Satori-Quartett" dördlüyünün konserti

Alman dördlüyü "Satori-Quartett"-in ifasında gitara musiqisinin konserti "Каppelhaus" Alman-Azərbaycan Mədəniyyət Cəmiyyətinin səhnəsində baş tutacaq. Konsert proqramında Intibah dövrünün əsərləri və müasir əsərlər səsləndiriləcək. Konsert 19:00-da başlayır.

V&V company mükafatının verilməsi

H.Əliyev adına sarayda V&V company - nin  illik müstəqil ictimai milli mükafatının təqdim etmə mərasimi keçiriləcək. Əziz bakılılar, sizləri yerli estrada ulduzlarının iştirakı ilə inanılmaz şou proqram gözləyir. Biletlər şəhərimizin bütün mərkəzləşdirilmiş kassalarında satılır.

Ülvi Vəliyev və Aysel Məlikovanın konserti

25 May tarixində Üzeyir Hacıbəyov adına Bakı musiqi akademiyasının konsert zalında Ali məktəbin magistratura məzunları Ülvi Vəliyev və Aysel Məlikovanın duet - konserti baş tutacaq. Konsertdə Astor Piyatsoll, Sebastiyan Bax, Arifə Məlikova və Azər Rzayev kimi bəstəkarların əsərləri səsləndiriləcək. Proqramın adı - "Dance with me" ("Mənimlə rəqs et").

Həsənova Nərgizin solo konserti

Bakı Musiqi Akademiyasının Böyük zalında Üzeyir Hacıbəyli  adına Bakı Musiqi Akademiyasının 4-cü kurs tələbəsi Həsənova Nərgizin solo konserti baş tutacaq. ( dosent Elnarə Kəberlinskaya). Həsənova Nərgizin ifasında səsləndiriləcək: İ. Bax - Prelüdiya və Fuqa; L. Betxoven - Sonata; S. Raxmaninov - Etüd; F. Şopen - Fantaziya, R. Şuman - Konsert; F. Əmirov - "1001 gecə" baletinin motivləri əsasında Fantaziya; A. Tsfasman - İntermetso və s.

Respublika Gününə həsr olunmuş konsert

27 May tarixində Rəşid Behbudov adına Mahnı Teatrında Respublika Günü münasibəti ilə Dünya azərbaycanlıları Konqresinin Gənclər təşkilatı konsert təşkil edir. Konsert proqramında Azərin, Şəmistan Əlizamanlı, Nuriye Hüseynova, Əlirza Amanbəyli, Dilbər Kazımova, Mahirə Şirinova, "Savalan" qrupu və "İstiqlal" rep qrupu çıxış edəcəklər.

Hüseyn Dəryanın konserti

Məşhur azərbaycan reperi Hüseyn Dərya Yaşıl Teatrın səhnəsində çıxış edəcək. Reperin bütün fanatları onun "ikinci dəfə dünyaya gəlişini" çoxdan gözləyirdilər və nəhayət ki, 29 may tarixində onlar sevimli ifaçının yeni mahnılarını eşitmək imkanı tapacaqlar. Konsert 20:30 -da başlanır.

"Dəyirman" qrupunun konserti

"Dəyirman" qrupunun konsertini fanatlar çoxdan gözləyirdi. Pərəstişkarların intizarına son! 5 iyun "Metkartinq" əyləncə mərkəzində yerli reperlər  "Milyonerlər məhəlləsi" adlı konsert proqramı ilə çıxış edəcəklər. Konsertdə qrupun populyarlıq qazanmış mahnıları ilə birlikdə, yeni potensial hitləri də səsləndiriləcək. "Milyonerlər məhəlləsi" şousunda Röya, Samirə, Natavan Həbibi, Elşad Xose...

"Made in Baku"!

Tezliklə Bakı sakinlərini və şəhərimizin qonaqlarını yumoristik, əyləncəli və musiqili "Made in Baku" şousu gözləyir. Şou (Land Mark) Rotunda zalının səhnəsində baş tutacaq. Qonaqları xoş sürpriz gözləyir! Çünki bizim bakılı uşaqlardan başqa "Made in Baku" -nın qonaqları - "Maxaçkaladan Avaralar" da çıxış edəcək! Sizləri dabl sürpriz gözləyir, bunu isə konsert zamanı biləcəksiniz...
 

Video

Məlumat kitabçası

Metropol Restaurant & Pub
  • Mətbəx:Avropa
  • Ünvan:Lətif İmanov küç.,37
Royal Garden
  • Mətbəx:Azərbaycan
  • Ünvan:Kichik Qala., 114
Mojo club
  • Mətbəx:Avropa
  • Ünvan:13, Tarlan Aliyarbekhov str.
Billionaire club
  • Mətbəx:Avropa
  • Ünvan:Süleyman Rüstəm küç.,47
The Entertainer
  • Mətbəx:
  • Ünvan:Neftçilər pr., 151, Port Baku Mall (3-cü mərtəbə)
Byt
  • Mətbəx:
  • Ünvan:Neftçilər pr., "Park Bulvar" Ticarət Mərkəzi