İyunun 18-də, saat 20:00-da, M. Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında Azərbaycan Televiziya və Radiosunun Niyazi adına Simfonik Orkestrinin konserti təqdim olunacaq. Konsertin dirijoru Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi Azad Əliyev, solisti isə tenor Adil Abdullayevdir.
Bakı gənclərini KKM Prodaction`nan sürprizlər gözləyir: Paytaxtımızda Morandi grupun konserti keçiriləcəkdir! Marius və Randi "Love me" mahnısı ilə bütün düyaya məşhur olmuş grupun iştirakçıları artıq Bakıda da konsert programı ilə çıxış edəcəklər. Konsert Amburan beach clubunda keçiriləcəkdir.
Dövlət Filarmoniyasında Respublikanın Xalq artisti, "Şərəf" ordeni sahibi, prezident təqaüdçüsü, bəstəkar Oqtay Zülfüqarovun 80 illik yubileyi mərasimi keçiriləcəkdir.
17 iyul Yaşıl Teatrın səhnəsində hamımızın səbirsizliklə gözlədiyimiz Emin Ağalarovun konserti keçiriləcəkdir. İlk dəfə Bakıda canlı ifada keçirilən konsert programı EMIN-LIVE adı altında keçəcəkdir. Konsertdə Eminin bütün hit mahnıları ifa olunacaqdır.
İyulun 10-da, saat 19:00-da, M. Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında, Ü. Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin konserti təqdim olunacaq. Filarmoniyanın musiqi redaktoru Ayla Zəkəriyyənin verdiyi məlumata görə, konsertdə Simfonik orkestrin artistləri Zaman Həsənov və Şükür Səmədov (klarnetdə), Nicat Salmanov (fleytada), Vaxtanq İmanov (violada) və Rəna Rzayeva (fortepianoda) çıxış edəcək.
10 iyul Delfin Otelin Bergamo restoranında super əyləncə gecəsi baş tutacaqdır! Party`nın xüsusi qonağı - rus estradasının tanınmış ulduzu SERYOGA olacaqdır. Seryoga və Podium grupun ifasında ən son hit mahnılar sizlərə unudulmaz hip-hop musiqisi gecəsini bəxş edəcəkdir.
«Made in Baku» təşkilatçıları ilə görüşə artıq bir ay qalıb. 7 avgust 21:00-da "Amburan" istirahət mərkəzində «Made in Baku» stand up comedy məzəli-gülüş şou programı keçiriləcəkdir. Əlavə məlumat üçün əlaqə telefon nömrə - (+994 50) 225 72 72.
Avqustun 14-də Bakıda rep fesitvalı keçiriləcək. Tədbirdə məşhur yerli repçilər, o cümlədən "Dəyirman" qrupu, Xose, Anag Nağılbaz, Əli, DJ Shok, Klan-a-plan, Uran iştirak edəcək. Festivala Rusiyanın tanınmış "Sentr" , DJ Shved, Strij də qatılacaqlar. Sonuncunun azərbaycanlı repçilərdən biri ilə duet oxuyacağı da gözlənilir.
Qubanın Olimpiyskiy kompleksində milli estrada ulduzu Xəyyam Nisanovun "İstidir" adlı solo konserti keçiriləcəkdir! Əlaqə nömrələr: (+994 50) 570 80 90, (+994 169) 5 16 83.
Xırdalan təqdim edir! 80-ci illərinin Open Air Party! Heyrətamız şok-şou ilə əfsanəvi "Na-Na" gruppu, Rusiya ən geyri adı baleti "Rasiski balet" və valəhedici fire-şou ilə "Teatr Ekstrimer"! Disco səhər qədər! Həmçinin mobil telefonlar, super priz Toyota Camry avtomobil, sizin üçün çox başqa hediyyə və sürprizlərin oynanılması!
"Metkarting" idman və əyləncə kompleksinin səhnəsində pop -diva Aygün Kazımova və türk estradasının yeni ulduzu Yusif Güneyin konserti keçiriləcək. Konsertin əsas proqramını divanın 20 illik yaradıcılığı dövründə ifa etdiyi onlarla hit təşkil edir. Müasir səhnə dizaynı və səs effektləri konsertə xüsusi rəng qatacaq! Sizi 180 dəqiqəlik əsl şou gözləyir!
Opera və Balet Teatrda milli estrada ulduzu Royanın «Ulduz nağılı» adlı solo konserti keçiriləcəkdir!
31 oktaybr tanınmış rus grupu Lubenın konsert programı keçiriləcəkdir. Bu çıxış grupun ilk və çoxdan gözlənilmiş konserti olacaqdır! Konsert ölkənin baş konsert zalı - Heydər Əliyev adına sarayda keçiriləcəkdir!
12 sentyabr Yaşıl Teatrın səhnəsində milli estradamızın parlaq ulduzlarından biri olan müğənni Zamikin solo konserti keçiriləcəkdir. «Sən necə də gözəlsən» adlı konsert programına gənc müğənninin ən son və sevilmiş hitləri daxil olunacaqdır. Zamiqlə birgə konsertə tanınmış rəqs ansamblıda çıxış edəcəkdir.
Azərbaycan Dövlət Filarmoniyası səhnəsində Emil Afrasiyabın konserti baş tutacaqdır. Konsertdə caz və klassik musiqisi səslənəcəkdir. Dirifor - Fəxrəddin Kərimov.
Sentyabrın 5-də, “Buta Palace”da “Alla Puqaçova ilə şam yeməyi” adlı konsert proqramı təqdim olunacaq. Konsertdə Rusiyanın əməkdar artisti Alla Puqaçovanın ifasında müğənninin repertuarına daxil olan məşhur mahnılar səslənəcək.
Bakı caz mərkəzində 15 sentyabr Polşa səfirliyin təşkilatında caz konsert kemiriləcəkdir. Programda: Grzegorz Karnas (vokal), Emil Ibrahim (fortopiano), Michat Jaros (bas), Sebastian Franiewicz (baraban).
19 sentyabr Azərbaycan dövlət Filarmoniyasında Qara qarayev adına Dövlət Kamera Orkestrin konserti keçiriləcəkdir. Dirijor - Teymur Göyçayev, solist - Günel Ələkbərova (metso-soprano).
22 sentyabr, Dövlət Filarmoniyasında Xalq Alətləri Orkestrin konserti keçiriləcəkdir. Konsert tanınmış tarçı Əhsən Dadaşevin 85 illiyinə həsr olunacaqdır. Dirijor - Ağaverdi paşayev.
Dövlət Filarmoniyasında Rusiyanın dirijoru Maksim Vengerovun rəbərliyi altında Üzeir Hacıbəyli adına Azərbaycan Dövlət simfonik orkestrin konserti keçiriləcəkdir.
Video
Məlumat kitabçası
- Mətbəx:Avropa
- Ünvan:Nizami küç.,64
- Mətbəx:Avropa
- Ünvan:Alovsat Guliyev küç.,136
- Mətbəx:
- Ünvan:Mərdəkan yolunda
- Mətbəx:Avropa
- Ünvan:Nizami küç.,24
- Mətbəx:
- Ünvan:Üzeyir Hacibəyli küç.,69B
- Mətbəx:
- Ünvan:28 May küç., 7A