Elan Konsertlər
Konsertlər
Riçard Bonanın konserti

Rus Dram teatrın səhnəsində caz bas-gitaristi, bəstəkar, müğənni və aranjirovşik Riçard Bonanın konserti keçiriləcəkdir. Qeyd edək ki, musiqiçinin debyut albomu 1999-cu ildə, və artıq bu vaxtadək 7 albomu işıq üzü görmüşdür.

Brendford Marsalisin konserti

Beynəlxalq Bakı Caz festivalın programı çərçivəsində tanınmış tenor- və soprano-saksofonçu, post-meynstrim və fyujin təmsilçilərindən biri olan Brendford Marsalisin konserti keçiriləcəkdir. 1984-cü ildə O, tanınmış Maylz Devislə birgə çalırdı, 1986-1986-cı illərdə Kenni Kerklendlə, Ömər Hakim və bas-gitarist Deril Consla birgə vokalist Stingin ifalarını yola verirdilər (albom - The Dream Of The Blue Turtles). 1986-cı ildə Herbi Henkokun kvartetinə daxil olur. 80-cı illərin ortalarından öz ansamblına rəhbərlik edir.

"Bizim rəngarəng dünyamız" konserti

2009-cu ilin "Uşaq İli" elan olunması ilə əlaqədar Heydər Əliyev Sarayında uşaq kollektivlərinin "Bizim rəngarəng dünyamız" adlı konserti keçiriləcək. Konsertdə "Çiçəyim" Uşaq Teatrı, "Azəri inciləri" mahnı və rəqs kollektivi, "Dəcəl qızlar", "Asiman" və "Şənlik" rəqs qrupları rəngarəng mahnı v ərəqs nömrələri ilə çıxış edəcəklər. Həmin gün azyaşlı tamaşaçıların qarşısında əməkdar artist Tünzalə Ağayeva və müğənni Ayaz Qasımov da çıxış edəcək. 

 

Rafet El Romanın konserti

Türkiyənin tanınmış müğənnisi Rafet El Roman Bakıda konsert verəcək. Konsert noyabrın 29-da, "Metkartinq" İstirahət mərkəzinin qış zalında baş tutacaq.  
 

Emil Afrasiyab oğlu (fortepiano) və Mircavad Cəfərov konserti

Beynəlxalq Bakı Caz festivalı çərçivəsində Caz Mərkəzində Emil Afrasiyab oğlu (fortepiano) və Mircavad Cəfərov konsert programı ilə çıxış edəcəklər.

Salman Qəmbərov və Vasumati Badrinatanın konserti

Caz Festivalda Azərbaycan caz metri Salman Qəmbərovun yeni və maraqlı proyektinin təqdimatı keçiriləcəkdir. Proyektdə həmçinin, Hindistanın tanınmış muğam ifaçısı Vasumati Badrinatan və ABŞ`dan musiqiçi Amir Elsaffarın iştirakı gözlənilir.

Cəmil Əmirov və "Savab" caz-grupu konserti

Teatr Xadimləri İttifaqı səhnəsində Beynəlxalq Bakı Caz Festifalı çərçivəsində Cəmil Əmirov və "Savab" caz-grupun konsert programı ilə çıxış edəcəklər.

Dövlət Simfonik Orkestrin konserti

Dövlət Filarmoniyasında Üzeir Hacıbəyov adına Azərbaycan Dövlət Simfonik Orkestrin konserti keçiriləcəkdir. Solistlər - Murad Hüseynov (fortepiano), Yeganə Axundova (fortepiano).

Çingiz Sadığovun yaradıcılıq gecəsi

Dövlət Filarmoniyası səhnəsində Azərbaycanın Xalq artisti, Prezident Təqaüdçü Çingiz Sadığovun yaradıcılıq gecəsi keçiriləcəkdir.

"Uşaq İli"nə həsr oluncaq konsert

Dövlət Filarmoniyasında "Uşaq İli"nə həsr oluncaq konsert programı keçiriləcəkdir. Konsertə Üzeir Hacıbəyov adına Azərbaycan Dövlət Simfonik Orkestri dirijor Azad Əliyevin rəhbərliyi altında çıxış edəcəkdir.

Timur Rodrigezdən «The Jazz Hooligunz»

28 noyabr şəhərin ən dəbdəbəli klublarından biri olan "Face" klubunda Moskva «Comedy Club»un rezidenti Timur Rodrigezin çıxışı keçiriləcəkdir.O, Bakıda ilk dəfə olaraq rusiyanın və dünya caz hitlərini özündə daşıyan «The Jazz Hooligunz» proyektini təqdim edəcəkdir. Timurun prodyuserliyin debyutu olan bu proyekt cazın  - pop, hip-hop, folk və digər musiqi stillərlə qarışıq kimi təqdim olunacaqdır. Konsert müəyyən olunmaz bir vaxta keçirilibdir.

Bakı Beynəlxalq Caz Festivalı

Mədəniyyət və Turizm Nazirliyinin təşkilatında Bakıda oktyabrın 21-dən - 27-dək Beynəlxalq Caz Festivalı keçirilir. Bu dəfə festival paytaxtımızda Riçard Bona, Brenford Marsalis və sair tanınmış dünya caz ulduzlarını bir yerə yığacaqdır.

"Polşa musiqisinin tarixi barədə qısaca" konserti

Azərbaycanda Polşa Səfirliyin təşkilatında Konservatoriyada "Cantores Minores Wratislavienses" Kamera Xorun "Polşa musiqisinin tarixi barədə qısaca" adlı konserti keçiriləcəkdir. Fortepianoda - İoanna Karpeta. Konsertin Programında: Friderik Şopen, Stanislav Manyuşko, Karol Şimanovskiy.

Xalq Çalğı Alətləri Orkestrin konserti

Azərbaycan Dövlət Filarmoniyası səhnəsində Dövlət Xalq Çalğı Alətləri Orkestrin konserti keçiriləcəkdir. Baş dirijor və bədii rəhbər - Ağaverdi Paşayev. Solistlər - Sahib Paşazadə (tar), Xəyyam Məmmədov (kəmança).

Əlixan Səmədovun konserti

Azərbaycan milli çalğı alətlərindən biri olan barabanda ifası ilə tanınmış musiqiçi Əlixan Səmədov Heydər Əliyev adına sarayda konsert programı ilə çıxış edəcəkdir. Konsert Turizm və Mədəniyyət Nazirliyinin və Dünya Azərbaycanlılarının İctimai İttifaqı dəstəyində keçiriləcəkdir. Konsert həmçinin "Bakı- İslam Mədəniyyətinin paytaxtı" ili çərçivəsində keçiriləcəkdir.

Maestro Ceyhunun konserti

Dövlət Opera və balet teatrın səhnəsində estradamızın tanınmış musiqiçisi Maestro Ceyhunun konserti keçiriləcəkdir. 22 noyabr Ceyhun İsmaylov sizlərə unudulmaz musiqi gecəsini və ən xoş istirahət bəxş edəcəkdir.

"Bakı küləyi" rok-konserti

Teatr Xadimləri İttifaqının səhnəsində "Ozan" və "Sıfırın Altında" (Türkiyə) rok-grupların iştirakında "Bakı küləyi" rok-konserti keçiriləcəkdir. Konsert Azərbaycan rok musiqisini dəstəkləmək və onun inkişafina köməklik məqsədiylə təşkil olunur.

Əmin Babayevin konserti

4 noyabr R. Behbutov adına Manı teatrında tanınmış estrada müğənnisi, Rusiyanın əməkdar artisti Emin Babayevin Rusiyanın Milli Bayramı - Milli dirçəliş gününə həsr olunacaq konsert programı keçiriləcəkdir. Konsert Rusiyanın Azərbaycanla əməkdaşlıq əlaqələrin təşkilatçısı - Rusiya məlumat və mədəniyyət mərkəzi Rusiyanın Azərbaycandakı səfirliyi ilə birgə təqdim olunacaqdır. Konsertdə rus, azərbaycan və xarici tanınmış mahnıları ifa olunacaqdır.

"Narkotiklərə qarşı" rep konserti

Bütün Rep musiqi pərəstişkarların nəzərinə! Biləcəri parkında (90, 162 nömrəli avtobusların sonuncu dayanacağında) "Narkotiklərə qarşı" adlı pulsuz rep konserti keçiriləcəkdir. Bütün gənc və tanınmış reperlər konsertdə iştirak edəcəklər. Parkın girişində face kontrol.

Yalçın Adıgözalovun 50 illik yubileyi

Dövlət Filarmoniyası səhnəsində Simfonik Orkestrin Dirijoru Yalçın Adıgözalovun 50 illik yubileyi qeyd olunacaqdır. Konsertdə Simfonik Orkestri yubilyar diriorun rəhbərliyi altında, Dövlət Xor Kapellası - bədii rəhbər Gülbacı İmanovanın rəhbərliyi altında.

Video

Məlumat kitabçası

Iguana Restaurant & Bar
  • Mətbəx:Azərbaycan
  • Ünvan:Alovsat Guliyev küç.,136
13 Restaurant
  • Mətbəx:Azərbaycan
  • Ünvan:Mikail Müfviq küçəsi, Pulman oteli ilə uz-bə-üz
Women Cafe Mandarin
  • Mətbəx:Avropa
  • Ünvan:S. Vurğun küç., 110
Billionaire club
  • Mətbəx:Avropa
  • Ünvan:Süleyman Rüstəm küç.,47
Gallery for kids
  • Mətbəx:
  • Ünvan:S.Vurğun küç. 62
Swatch 1
  • Mətbəx:
  • Ünvan:28 May küç. 20