Elan Sərgilər
Sərgilər
İslam mədəniyyəti mövzusunda əl işlərindən ibarət sərgi

Azərbaycan Respublikası Mədəniyyət və turizm Nazirliyi və Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin təşkilatçılığı ilə «Bakı - İslam mədəniyyəti paytaxtı - 2009» layihəsi çərçivəsində Qala Dövlət Tarixi-Etnoqrafiya Qoruğunda İslam mədəniyyəti mövzusunda əl işlərindən ibarət sərgi keçiriləcək.

Mais Əliyevin sərgisi

Muzey Mərkəzinin İncəsənət Galereyası salonunda Azərbaycan rəssamı Mais Əliyevin əsərlərinin şəxsi yubiley sərgisi baş tutacaqdır. Sərgi May ayının 15-dən 22-dək davam edəcəkdi. Geyd edək ki, sərginin açılış mərasımı 15 may saat 18:00 olacaqdır.

Mədəniyyət rəngarəngliyi

Qeyd olunacaq "Mədəniyyət rəngarəngliyi" bayramı münasibəti ilə, Fransız Mədəniyyət Mərkəzi "France 2008" cultures france kolleksiyasının fotosərqisini təqdim edir.

Heykəltəraş və rəssamın sərqisi

Rəssamlar İttifaqin Sərqi salonunda, tanınmış mədəniyyət xadimlərin Arif Qazievin və Ənvər Qaraevin fərdi sərqisi keciriləcək. Sərqi saat 17:00 acılacaq.

Alman caz musiqisinə aid fotosərgi

14-16 may Almaniyanın Bakıda həftəsi çərçivəsində, Azərbaycandakı Almaniya səfirliyi "Alman cazın Bakı Festivalı" tədbiri keçirəcəkdir. Festivalda Almaniyanın tanınmıç caz musiqiçiləri iştirak edəcəkdirlər. Festivalın programı çərçivəsində seminarlar, master-klass, konsertlər, və Alman caz musiqisinə aid fotosərgi keçiriləcəkdir.

“Azərbaycanımızı təmiz saxlayaq” adlı ekoloji fotosərgi

“Yeni Gallery” (Bakı İncəsənət Mərkəzi)-də 14 may 2009-cu il, saat 18:00-da “Azərbaycanımızı təmiz saxlayaq” adlı ekoloji fotosərgi həyata keçiriləcək. Sərgidə eyni zamanda Yaşıl  Velosipedçilər
Klubunun müxtəlif veloturlardan çəkilmiş fotoşəkilləri də nümayiş olunacaqdır.

 

Den Barmasın sərgisi

30 may İran forografi Den Barmasın əl işlərinin sərgisinin açılış mərasimi baş tutacaqdır. "Çərçivələr xaricində" adlı fotosərgi Kapellhaus səhnəsində keçirilir və iki gün davam edəcəkdir.

Məhər Sahiboğlunun sərgisi

Müasir İncəsənət Mərkəzində gənc və istedadlı rəssam Məhər Sahiboğlunun "Arzular gerçəkləşir" adlı rəsm sərgisi baş tutacaqdır. Onun qeyri adi rəsm tərzləri, real və həm də nağıllarda olan saflığlı əl işləri Azərbaycan mədəniyyətində vacib bir aşkarlıq olubdurlar.

"Muzeylər gecəsi" aksiyası

16 may Bakı muzeyləri Beynəlxalq "Muzeylər gecəsi" aksiyasına qoşulurlar. Aksiya Beynəlxalq Muzey gününə həsr olunmuşdur. Bakı muzeylərinin hər birində bu gün maraqlı şou-programlar, tamaşalar, konsertlər, qeyri adi ekskursiyalar, viktorina və müsabiqələr olacaqdır.

Namik Zeynalovun xatirəsinə həsr olunacaq sərgi

Bakı İncəsənət Mərkəzində Əməkdar İncəsənət Xadimi, dahi rəssam və heykəltərraş Namik Zeynalovun xatirəsinə həsr olunacaq sərgi keçiriləcəkdir. Qeyd edək ki, rəssamın əl işləri Fransa, İspaniya, Çexiya, Almaniya, Norveç və Avstriya kimi Avropa ölkələrində sərgilərə iştirak etmişdir. O, həmçinin Brüseldəki "Dədə Qorqud" heykəlinin müəllifidir.

15-ci Azərbaycan Beynəlxalq “Qida Sənayesi” sərgisi

Hörmətli xanımlar və cənablar! Sizi 25 may 2009-cu il tarixində, saat 11.00-da Heydər Əliyev adına İdman və Sərgi Kompleksində keçiriləcək 15-ci Yubiley Azərbaycan Beynəlxalq “Qida Sənayesi” Sərgisinin rəsmi açılış mərasiminə dəvət edirik. Sərgi Böyük Britaniyanın “ITE Group PLC” şirkəti tərəfindən, Azərbaycan Respublikasının Ticarət və Sənaye Palatasının  tərəfdaşlığı ilə təşkil olunub.

Yay ekspozisiyası

Əziz Bakılılar və şəhərimizin qonaqları, Sizləri yay ekspozisiyamıza seyr etməyə dəvət edirik. Ekspozisiyada rəsm əsərləri, heykəltərraşlıq işləri və grafik üslubunda işlər mövcuddur. Sərgi salonumuzda Əli Şəmsinin, Arif Əmirovun və Hüseyn Haqverdini əl işlərinə seyr edə bilərsiniz!

"Birgə" adlı sərgi

Rəssamlar ittifaqının sərgi salonunda Alman və Azərbayacanın rəssamların birgə əl işləri sərgisi baş tutacaqdır. Sərgidə Ulla Vindhejzer-Shvartsın, Rafael Muradlının, Huseyn Hagverdiyevin, Rəşid Ismailin əl işləri təqdim olunacaqdır.

Mülaim Qasımovanın şəxsi sərgisi

Şəhərin ən dəbdəbəli sərgi salonlarından birində tanınmış art-dizayner Mülaim Qasımovanın əl işləri sərgisi baş tutacaqdır. Qeyri adi, heyrətamiz və analogu olmayan əl qayırmaları, qadın aksessuarları və rəsm əsərləri sərgidə təqdim olunacaqdır.

16-cı Beynəlxalq "Neft və Qaz, Neftayırma və Neftkimyası" Sərgi və Konfrans

Sizi 2 İyun 2009-cu il tarixində keçiriləcək XƏZƏR NEFT VƏ QAZ 2009 - 16-cı Beynəlxalq "Neft və Qaz, Neftayırma və Neftkimyası" Sərgi və Konfransa həsr olunmuş mətbuat konfransına dəvət edirik.
Mətbuat konfransı üçün təşkil olunmuş pulsuz avtobus KİV nümayəndələrini Heydər Əliyev adına İdman və Sərgi kompleksinin ərazisində saat 12:30-dan 13:15-dək gözləyəcək. 

Uşaq İlinə həsr olunan sərgi

Abşeron Galereyasının sərgi salonunda 6 yaşlı gənc rəssam Fərəc Fərəcovun əl işlərinin sərgisi baş tutacaqdır. Bu rəssamın ilk sərgisi olaraq, Uşaq İlinə həsr olunan bir programdır. Sərgidə rəssamın grafika və rəsm üslubunda olan 50 çox əl işləri təqdim olunacaqdır.

Katar Respublikasının Azərbaycan Günləri

Katar Respublikasının Azərbaycan Günləri programı çərçivəsində paytaxtımızda bir sıra tədbirlər qeyd olunacaqdır. Programın Açılış mərasimi Muzey Mərkəzində saat 16:00 baş tutacaqdır. Mərasimdə tədbiqi incəsənət sərgisi (4-cü mərtəbədə) və Katar Respublikasına aid filmin təqdimatı (2-ci mərtəbədə) keçiriləcəkdir.

Gənc rəssamları sərgisi

Muzey Mərkəzinin İncəsənət Galereyası salonunda Azərbaycan rəssamları Halima Əleskerova, Nahid Vahabov, Farid Bayramov sərgisi baş tutacaqdır. Sərgi iyun ayının 16-dən 18-dək davam edəcəkdi. Geyd edək ki, sərginin açılış mərasımı 16 iyun saat 17:00 olacaqdır.

İlhamə Həsənovanın sərgisi

Fransız Mədəniyyət Mərkəzinin sərgi salonunda ağac heykəltərraş İlhamə Həsənovanın şəxsi sərgisi baş tutacaqdır. Sərgi iyunun 11-dən 30-dək davam edəcəkdir. Açılış mərasimi 11 iyun 18:30-da baş tutacaqdır. Sərgidə artistin ən yaxşı ağacdan kəsilmış heykəlləri iştirak edəcəkdir.

Natavan Fashion Studio sərgisi

Yeni Gallery və Natavan Fashion Studio böyük məmnuniyyətlə sizi fərdi yanaşma və ideyalara söykənən, böyük zövq və keyfiyyətlə hazırlanmış dəb-dəbəli ziyafət geyimləri sərgisinin açılıs mərasiminə dəvət edir.

Video

Məlumat kitabçası

Balkon
  • Mətbəx:Avropa
  • Ünvan:Aydın Məmmədov küç.,44 (Bayıl qəs)
Passage
  • Mətbəx:Avropa
  • Ünvan:Heydər Əliyev pr. (Şəfa stadionu yaxınlığında)
Capitol Baku
  • Mətbəx:Avropa
  • Ünvan:Nizami küç.,24
Khazar Golden Beach club
  • Mətbəx:
  • Ünvan:Mərdəkan yolunda
Zel Home
  • Mətbəx:
  • Ünvan:Fətəli xan Xoyskiy küc., (Ganjlik Mall)
Ev Konsepti
  • Mətbəx:
  • Ünvan:Azadlıq pr., m. 28 May, "28 Mall" Ticarət Mərkəzi (3-cü mərtəbə)