Azərbaycanın iqtisadi həyatında vacib hadisə olan bu tədbir Azərbaycan rəhbərliyinin möhtəşəm islahat
planlarında İKT-nın əhəmiyyətini sübut edir. Azərbaycanın yüksək texnologiyalar sənayesinin yeni
perspektivləri Bakıda "Regional innovasiya zonasmın" yaradılması ilə əlaqələndirilir.
Rəssam Haşın Elchiyevin 60 illik yubileyi ilə əlaqədar olaraq, Müasir İncəsənət Mərkəzində, bir həftə ərzində rəssamın şəxsi sərgisi keçəcəkdir. Sərgidə rəssamın 40-dan çox əl işi təqdim olunacaq. əsərlərin əksəri agiplakat janrında olaraq, iqtisadi və siyasət mövzularına aid olacaq.
Bu ayın 14-ü "Şərqdən Şərqə" adında bədii sərginin açılışı baş tutub. Sərgi gələn ayın 14-nə kimi davam edəcək. Sərqi Rəssamlar İttifaqı V. Səmədov adına sərgi salonunda keçir. Sərginin iştirakçıları - Altay Hacıyev, Nüsrət Hacıyev, Arif Hüseynov, Orhan Hüseynov və Rafis Ismayılov
Ayın 28-zi Muzey Mərkəzində, Polşa Respublikasının Müstəqillik qazanmasının 90-cı il dönümünə həsr olunan, şəkil sərgisinin açılışı baş tutacaq. "Müstəqilliyə aparan yollar" adlı sərgi üç gün davam edəcək.
Müasir İncəsənət Mərkəzində məşhur azərbaycanlı heykəltəraş və qrafik Sənan Qurbanovun işlərinin sərgisi keçiriləcək. İxtisası üzrə heykəltəraş olan rəssamın heykəltəraşlıq əsərləri ilə yanaşı, gözəl rəng qrafikası da var. O, həmçinin pastellə də gözəl işləməyi bacarırdı.
"Qız Qalası" Galereyasında ayın 5-i Azərbaycanın əməkdar rəsm ustası, Əliyar Əlimirzoyevin, rəsm əsərlərinin sərgisinin açılış mərasimi baş tutacaq. Əsərlərinin əsas müvzusu - rənkarlıq və grafikadır.
Əziz bakılılar və şəhərimizin qonaqları, sizi gənc rəssamlar - Qasımlı Nəzrin və Fidan bacılarının fərdi sərgisinin açılışına dəvət edirik. Sərginin açılışı 30 noyabr 2008-ci il tarixdə saat 13.00-da, Müasir İncəsənət Mərkəzində olacaqdır.
Nəzrin və Fidan bacılarının yaradıcılıgı təsviri incəsənət ustalarında böyük maraq doğurur. Bu sərgi onların yaradıcılıq yolunda sayca artıq 2-cidir. Birinci fərdi sərgi 2008-ci ilin yanvar ayında «Abşeron» rəsm galereyasinda keçirilmişdir.
Dekabırın 5-i Bakı İncəsənət Mərkəzində Gülxan Bəydəmirin fərdi Xətt sərgisinin açılışı baş tutacaq. Qeyd edək ki , rəssam 1970-ci ildə Əzim Əzimzadə adına Dövlət Rəssamlıq Məktəbinə qəbul olmuş, 1971-1973 illərdə hərbi xidmətdə olarkən Rusiyanın Xabarovsk vilayətində (Xabarovski şəhərində) ilk sulu boya (fərdi) sərgisini açmış (1972), elə həmin il orada Xabarovski vilayət rəssamlarının rəsm sərgi və yarışmasında iştirak edərək bir akvaril mənzərəsi ilə ikinci yeri qazanmışdır.
Bakı Müasir İncəsənət mərkəzində tanınmış rəssam Ucal Haqverdiyevin xatirə gecəsi keçiriləcək. Mərasimdə rəssamın həyat və yaradıcılığından bəhs edən internet saytı təqdim olunacaq. Həmçinin onun əsərlər ekspozisiyası və onun barəsində yazılmış kitabın təqdim olunması gözlənilir.
15 dekabr, Muzey Mərkəzinin sərgi salonunda Amerikanın Türk əsilli rəssamı Tuba Öztekinin foto-sərgisi keçiriləcək. Tuba Öztekin bütün dünyada məşhur bir rəssam olaraq, ABŞ-da, Rusiyada və Meksikada da sərgilər keçirib.
Rəssamların və gözəl şəkil çəkənlərin nəzərinə! Artıq 15 gündür ki, paytaxtımızda "Baku Fencing Open 2009" Turnirinin Logotip Müsabiqəsi start götürüb. Müsabiqədə Qılıncbazlığa aid rəsm və logotiplər iştirak edə bilərlər. Müsabiqə 25 yanvar tarixinə kimi davam edəcək və mükafatlandırma 28 yanvarda baş tutacaq. Mükafat 500 AZN-dir.
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi, Rəssamlar İttifaqı və Muzey Mərkəzinin dəstəyi ilə "Qoşa qanad şairin sözü ilə, rəssamın gözü ilə" lahiyəsində iki qardaş Gündüz Ağayevin fərdi sərgisi və Müşfiq Muğanlının "Məndən sonra" kitabının təqdimat mərasimi keçiriləcək.
Azərbaycanın təbiəti adlı – Hartmut Müllerin fotosərgisini Bakıdakı Almaniya Federativ Respublikasının səfirliyi təşkil edir. Sərgi 12 fevral 2009- cu il tarixinədək davam edəcək və bazar ertəsi - cümə günləri saat 12.00-dan 18.00-dək, şənbə və bazar günləri isə saat 14.00-dan-18.00-dək fəaliyyət göstərəcək.
Rüstəm Mustafayev adına İncəsənət Muzeyində 20 Yanvar qətl gününün il dönümünə həsr olunmuş tematik sərgi keçiriləcək. Sərginin iştirakçıları - Eyyub Məmmədov və İlqar Əkbərovdur.
17 yanvar Müstəqillik Muzeyinin ekspozisiyasında T. Cəfərovun 1990-cı il 20 yanvar hadisələrinə həsr olunmuş foto-sərgisinin açılışı olacaq.
03 fevral, Müasir İncəsənət mərkəzində Moskvadan, Norvegiyadan və Gürcüstannan gələn qonaqların iştirakı ilə sərgi baş tutacaq. Sərgidə Azərbaycanın Adil Yusifin və Nazim Şahın, Gürstanlı Giya Guguşvilinin, Norvegiyadan Miri Abrahamsenin, və Rusiyadan İrina yegina və Svetlana Rutakın əl işləri təqdim olunacaqdir.
11 fevral, Muzey Mərkəzinin sərgi salonunda Öıkəmizin görkəmli incəsənət xadimi Tofiq Guliyevin həyat və yaradıcılığına həsr olunmuş sərgi baş tutacaq.
Müasir İncəsənnət mərkəzinin sərgi zalında incəsənət xadimi İlyas Alovun əl işlərinin sərgisi baş tutacaq. Sərgidə - heykəltəraşlıq, foto şəkillər və rəsm əsərləri sərgilənəcək.
Rəngkarlıq fəaliyyətinə 1990-cı ildən başlayan Cəmilə xanım Tehran şəhərində üç dəfə fərdi sərgi nümayiş etdirib. Bakı şəhərində ilk belə sərgisi isə 2006-cı cı ildə keçirilmişdir. Əsərləri Bakıda, İranda, İsveçdə, Kanadada şəxsi kolleksiyalarında saxlanılır.
Video
Məlumat kitabçası
- Mətbəx:Avropa
- Ünvan:F.Bayramov küç.,4
- Mətbəx:Avropa
- Ünvan:Həsən bəy Zərdabi küç. 20
- Mətbəx:Balıq menyusu
- Ünvan:Neftçilər pr.,153 (Port Baku)
- Mətbəx:Avropa
- Ünvan:Z. Xəlilov küç.
- Mətbəx:
- Ünvan:Neftçilər pr.,131
- Mətbəx:
- Ünvan:Azadlıq pr., m. 28 May, "28 Mall" Ticarət Mərkəzi (4-cü mərtəbə)