Elan Sərgilər
Sərgilər
«Baku Spaces no. 5» sərgisi

Dövlət incəsənət akademiyasında alman incəsənnət xadımı Mar Şmitin «Baku Spaces no. 5» adlı sərgisinin açılışı baş tutacaqdır. Sərgidə instalyasiya haqqdında işlərin nümayişi olacaqdır. Sərgi 1 iyul tarixinə kimi saat 11:00dan 16:00dək açıq olacaqdır.

Məmmədova Təranənin sərgisi

18 iyun Rəssamlar İttifaqının sərgi salonunda Məmmədova Təranənin şəxsi sərgisi baş tutacaqdır. Sərgida rəssamın 40 çox əl işləri, grafika və rəssamlıq janrında təqdim olunacaqdır. Sərgi bir həftə ərzində davam olunacaqdır.

Tofiq Tağızadənin yubileyi

Bu gün Muzey Mərkəzinin akt zalında Azərbaycanın tanınmış kinorejissoru Tofiq Tağızadənin 90 illik yubileyinə həsr olunacaq tədbir keçiriləcəkdir. Tədbir Turizm və Mədəniyyət  Nazirliyinin və Kino Fondunun birgə təşkilatı ilə keçiriləcəkdir. Mərasimdə rejissorun həyat və yaradıcılığından söhbət açılacaqdır, həmçinin kino ustasının şəkil sərgisidə keçiriləcəkdir.

“Günəş” Rəsm Studiyasının sərgisi

İyunun 17-də, saat 16:00-da, “Abşeron” Rəsm Qalereyasında “Günəş” Rəsm Studiyasının sərgisi açılacaq. Studiyanın sərgisi Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin təşəbbüsü ilə təşkil olunub. Sərgidə14 yaşı təzəcə tamam olmuş, yeniyetmə rəssamlar - Sevda Qasımova, Fidan Babayeva, Aslan Rzayev və Mustafa Məmmədovun əl işləri nümayiş olunacaq. “Günəş” Rəsm Studiyasının sərgisi iyunun 21-dək davam edəcək.

"Rənglər hormoniyası" sərgi

İyunun 25-dən 28-dək Rəssamlar ittifaqı iste`dadlı gənc rəssam Firəngiz Hüseynovanın "Rənglər hormoniyası" adlı şəxsi sərgisini keçirəcəkdir. Açılış mərasimi 25 iyun saat 17:00 baş tutacaqdır. Sərginin xüsüsi qonağı Rossiyanın əməkdar artisti Alsu həyat yoldaşı ilə birgə olacaqdırlar.

Rəssam Samirənin şəxsi sərgisi

Əziz Bakılılar və şəhərimizin qonaqları sizləri gənc rəssam Samirənin şəxsi sərgisinə dəvət edirik. Sərgi Rəssamlar İttifaqının sərgi salonunda keçirilicəkdir.

Xəzərin rəngləri” adlı sərgini

İyunun 30-da, saat 15.00-da, “Muzey Mərkəzi”ndə Sumqayıt şəhərinin 60 illiyinə həsr olunmuş Sumqayıt rəssamlarının və tətbiqi sənət ustalarının əsərlərindən ibarət “Xəzərin rəngləri” adlı sərginin açılış mərasimi keçiriləcək.

Əliyev Məhəmmədin şəxsi sərgisi

Rəssamlar İttifaqının sərgi salonunda rəssam və heykəltəraş Əliyev Məhəmmədin şəxsi sərgisi keçiriləcəkdir. Sərgidə rəssamın ən yaxşı rəsm və heykəltərraşləq işləri təqdim olunacaqdır.

I Bakı kitab sərgi-yarmarkası

Sentyabr ayın 10-12, "Bakı - islam mədəniyyətin paytaxtı 2009"  proyekt çərçivəsində, Bakıda ilk dəfə keçirilən I Bakı kitab sərgi-yarmarkası baş tutacaqdır. Sərgi Muzey mərkəzində hər gün saat 10:00-dan 19:00-dək açıq olacaqdır. Sərgini Açılış mərasimində bir sıra dövlət təşkilatların, ölkədaxili mətbuatın 60 nəşr ustaların, həmşinin 30 ölkə nümayəndələri iştirak.

Numizmatika sərgisi

18  sentyabr, Milli musiqsi günü Azərbaycanda professional musiqinin başçısı olan Üzeir Hacıbəyovun ev-muzeyində numizmatika sərgisi keçiriləcəkdir. Sərgidə dahi xadimin təsviri ilə sikkələr təqdim olunacaqdır. Muzeydə həmçinin Ü. Hacıbəyov haqqında məktəb şagirdləri tərəfindən tamaşa səhnələşdiriləcəkdir.

Gənc rəssamların rəsgisi

Bir həftə ərzində Rəssamlar ittifaqına daxil olan gənc istedadlar şərəfinə Bakıda sərgi keçiriləcəkdir. Sərgidə rəsm incəsənətinin bütün növlərində gənc rəssamlarımızın ən yaxşı əl işləri təqdim olunacaqdır.

Rəssam Arif Bağırzadənin şəxsi sərgisi

Rəssamlar İttifaqının sərgi salonunda 17 sentyabr rəssam Arif Bağırzadənin şəxsi sərgisinin açılış mərasimi keçiriləcəkdir.

SİMULYAKR proyekti

2009-cu ilin 11 sentyabr, saat 19:00-da.. ilin sonuna 111 gün qalmaq şərti ilə... YarAdAn sərgi salonu sizləri SİMULYAKR proyektinin açılışına dəvət edir. Simulyakr - latın dilindən, oxşatmaq, göstərmək kimi tərcümə edilir.  

Nobellərin Azərbaycanda 130 illiyi çərçivəsində sərgi

15 sentyabr, Muzey Mərkəzinin Sərgi salonunda Əsrin Kontraktı bağlanılmasının 15 il dönümü və Nobellərin Azərbaycanda 130 illiyi çərçivəsində sərgi açılacaqdır. Sərgi bir həftə davam edəcəkdir.

Məmmədrza Şeyxzamanovun 95 illiyinə həsr olunacaq kino-axşamı

23 sentyabr, Muzey Mərkəzində Xalq artisti Məmmədrza Şeyxzamanovun 95 illiyinə həsr olunacaq kino-axşamı keçiriləcəkdir. Məmmədrza Şeyxzamanov Gəncə dram teatrında və Azərbaycan Dövlət Akademik Dram teatrında fəaliyyət görmüş, Xosrov, İmamyar, Aydın, Hacı Həsən, İxtiyar və s. obrazlarını yaratmışdır.

Beynəlxalq İslam kulinariyası festivalı

Oktyabrın 5-dən 10-dək Bakıda Beynəlxalq İslam kulinariyası festivalı keçiriləcək. Bu tədbir "Bakı - İslam mədəniyyətinin paytaxtı - 2009" layihəsi çərçivəsində baş tutacaq. Əl Oyunları Sarayında reallaşacaq festivalda islam ölkələri ilə yanaşı, İslandiya, Serbiya və MDB ölkələrindən kulinarlar iştirak edəcək. Festival doqquz müxtəlif kulinariya növləri üzrə aparılacaq. Münsiflər heyətində isə Beynəlxalq Kulinarlar Federasiyasının sədri Yussi Qudmarson, həmçinin Xalq Yaradıcılığı Federasiyasının prezidenti Karmen Deperdio olacaq.
 

"Azərbaycanın Təsviri İncəsənətinin Musiqi obrazları" sərgisi

18 sentyabr, Beynəlxalq Musiqi Həftəsi programı çərçıvəsində İncəsənnət-sərgisi salonunda "Azərbaycanın Təsviri İncəsənətinin Musiqi obrazları" adlı sərginin açılışı keçiriləcəkdir.

Tahir Məmmədovun sərgisi

 16-21 sentyabr 2009-cu il saat 19:00-da «Yeni Gallery» (Bakı İncəsənət Mərkəzi)-də Tahir Məmmədovun fərdi yaradıcılıq sərgisi keçiriləcəkdir. Sərgidə rəngkarlıq və foto işləri nümayiş etdiriləcəkdir. Baş sponsor- «Yeni Gallery».

Aydan Salaxovanın sərgisi

18 sentyabr İşeri şəhərdə yenicə açılan "QalaArt" galereyasında Rusiya Bədii Səhnəsinin əsas figuralarından biri olan Aydan Salaxovanın sərgisi keçiriləcəkdir. Modern İncəsənnətini azərbaycanda tanıtdran və sevildirən bu gənc rəssam ən yaxşı əl işlərini sərgisində təqdim edəcəkdir.

İzzət Orucevanın 100 illik yubileyinə həsr olunacaq kino-gecəsi

Muzey Mərkəzinin Akt zalında Azərbaycanın ilk aktrisasının İzzət Orucevanın 100 illik yubileyinə həsr olunacaq kino-gecəsi keçiriləcəkdir. İzzət Oruceva ilk dəfə kinoda 1929-cu ildə Cəfər Cəbbarlının "Sevil" filmində, və 1934-cü ildə "Almaz" filmində Almaz rolunda çəkilmişdir. Sonralar İzzət xanım kino karyerasını bitirib kimya ilə məşğul olmuşdur, və az sonra akademik elmi adına layiq görünmüşdür.

Video

Məlumat kitabçası

Papparoti
  • Mətbəx:İtaliya
  • Ünvan:R.Rza küç. 11
Marani Baku
  • Mətbəx:Gürcü
  • Ünvan:Ü.Hacibəyli küç.,56
Nargile tea club
  • Mətbəx:Azərbaycan
  • Ünvan:T.Xəlilbəylə küç., 3
Capitol Baku
  • Mətbəx:Avropa
  • Ünvan:Nizami küç.,24
La Senza
  • Mətbəx:
  • Ünvan:Azadlıq pr., m. 28 May, "28 Mall" Ticarət Mərkəzi (3-cü mərtəbə)
Miss Bahar
  • Mətbəx:
  • Ünvan:Q. Qarayev pr., 74