Elan Konsertlər
Konsertlər
"Odlar Yurdu" kollektivin konserti

Azərbaycan Dövlət Filarmoniyasını səhnəsində "Odlar Yurdu" kollektivin konserti baş tutacaq. Biletləri şəhərin kassalarından əldə edə bilərsiz.

Yeni il Gecəsi

Mötəbər mərasimlərə ev sahibliyi edən Elite Events Hall Yeni il gecəsi üçün möhtəşəm proqram hazırlayıb. Respublikanın əməkdar artisti Tünzalə Ağayeva, “Qolos Ukraini” layihəsinin finalçısı Vaqif Nağıyev və hit mahnıları ilə tanınan Ceyhun Zeynalovun (Cin) iştirakı ilə baş tutacaq konsert proqramı Elite Events Hall-un əsrarəngiz səhnəsində baş tutacaq...

“Yeni il” konsert proqramı

20 dekabr saat 19:00 Azərbaycan Dövlət Uşaq Filarmoniyası “Yeni il” konsert proqramı ilə çıxış edəcək. Gecədə Uşaq filarmoniyasının Rəqs Ansamblı, Uşaq Xor Kapellası, “Şəms” uşaq xorunın çıxışları olacaq. Proqramda Azərbaycan xalq rəqsləri, bəstəkar mahnıları ilə yanaşı dünya ölkələrin rəqsləri və yeni ilə həsr olunmuş, dillər əzbəri olan mahnılar ifa olunacaq...

KVN liqasının finalı

18 Dekabr H.Əliyev Sarayında KVN liqasının finalı baş tutacaq. Finalda Azərbaycan, Rusiya, Gürcüstan və Kazaxstan komandaları iştirak edəcəklər. Biletləri şəhərin kassalarından əldə edə bilərsiniz.

Freestyle: RADIO VIDEO Live Concert

Sizi YARAT Mərkəzinin səhnəsində keçiriləcək RADIO VIDEO qrupunun konsertinə dəvət edirik! RADIO VIDEO qrupu 2011-ci ilin ortalarında Bakı şəhərində yaradılıb. Qrupun adı isə yaradıcılıq prosesi zamanı qoyulub və yalnız kommersiya maraqlarını güdürdü. 

Caz gecəsi

16 dekabr Bakı Jazz klub bütün jaz musiqi sevənləri Caz gecəsinə dəvət edir. Sizinlə gecə boyu Ülviyə Rəhimova və Aysel Məmmədova. Əlaqə: (+994 50) 500 54 53

Nərqiz Zəkirovanın konserti

"Səs" şou proqramın məzunu Nərqiz Zəkirovanın konserti 14 Aprel Elektra Events Hall-da keciriləcək. Tələsin, yerlər məhduddur. Əlaqə: (+994 51) 303 35 40

Port Baku Mall-da Yeni il

Dekabrın 24, 25, 30, 31 və Yanvarın 1, 2, 3, 4 Port Baku Mall-da Yeni il! Ticarət mərkəzinin 3-cü mərtəbəsində sizi opera ifaçısı, uşaq xoru, face art və Santa gözləyəcək. Siz Santaya öz arzularınızı deyə və onunla şəkil çəkdirə bilərsiniz! Hər gün saat 17:00-dan 20:00-dək, 31 dekabr tarixində isə saat 14:00-dan 17:00-dək yolunuzu gözləyirik!

MOT-Live in Baku

Aprelin 29-u saat 20:00 da Bakıda, "Electra events hall"-da  Black Star leyblinin tez parlayan ulduzu MOT-un konserti keçiriləcək. Əlaqə: (+994 51) 303 35 40. Biletləri şəhərin kassalarından əldə edə bilərsiz

Jazzeri Bandin konserti

Fevralın 16-da Heydər Əliyev Sarayında tanınmış yerli caz qrupu Jazzeri Bands ifaçılarının konsert proqramı keçiriləcək. Caz musiqisi axşamında iştirak edirlər: Əməkdar İncəsənət Xadimləri Cavan Zeynallı və Cəmil Əmirov, Əməkdar artist Akif Süleymanbəyli, Əməkdar artist Emil Əfrasiyab & Xalq artisti Ənvər Sadıqov 
və...

Niyazinin adina orkestrin Yubiley konserti

Azərbaycan Dövlət Filarmoniyasının səhnəsində, 85- ilinə həsr olunmuş, Niyazinin adına, Azərbaycan Dövlət televiziya və radio simfonik orkestrin konserti baş tutacaq.

Menim Sevgilim

Konsertdə Rpublikanın Xalq artisti İlham Namiq Kamal, Əməkdar artist Ədalət Şükürov və Sevilən müğənnilər Nazənin, Niyam Səlami, Ceyla, Vüqar Əbdülov, Könül Məmmədli, Yaşar Cəlilov, Elvin Abdullayev, Yaşar Yusub, Məryəm Şabanova, Elcan Rzayev, Kamil Cəfərov, Sadiq Məmmədov, Günay İmamverdiyeva, Sədaqət, Vüsalə Əliyevə, Sevinc Musayeva, Vüqar Qarabağlı, İlham Kərimli, Səfa Mehdi (bədii qiraət), Röya Əliyeva (rəqs) iştirak edəcəklər...

Sami Yusufun konserti

22-23 mart Heydər Əliyev adına Sarayın səhnəsində Sami Yusifin solo konserti keçiriləcək. Sami Yusif etnik azərbaycanlı Britaniya müğənnisi, bəstəkarı, instrumentalist və dini mahnıların ifaçısıdır. O, özünün son "The centre" albomuna "Sarı gəlin" xalq mahnısını daxil edib.

Gürcüstanın sehrli ritmləri

Yanvarın 27-də, Heydər Əliyev Sarayında, Gürcüstanın tanınmış rəqs kollektivləri və estrada müğənnilərinin iştirakı ilə konsert proqramı keçiriləcək. Gürcüstanın sehrli ritmləri adlı konsertdə Gürcüstanın tanınmış estrada müğənniləri Gia Nikoladze, Mariam Eliashvili, Aysel Məmmədova və beynəlxalq musabiqələrin lauriatları və qalibləri olan “Martve”, “Samefo”, “Didgori” mahnı və rəqs ansamblları iştirak edəcəklər. Rəqs kollektivlərinin ifasında folklor (etnik) rəqslər və rəngarəng çıxışlar təqdim olunacaq...

Sehrli etno-musiqi gecəsi

Les Gardiens Du Silence (“Sükutun mühafizəçiləri”) qrupu Sizi sehrli etno-musiqi gecəsinə dəvət edir. Tədbir "Nəfis obyektlər" kurator layihəsi çərçivəsində həyata keçirilir. "Nəfis obyektlər" - gender problemləri ilə bağlı dialoqa dəvət edən performanslar silsiləsidir. Bu layihə, qadının müasir cəmiyyətdə roluna ünvanlanır. Bu kurator layihəsi, kişilər və qadınlar arasında münasibətləri formalaşdıran əzəli və çağdaş vəziyyətləri araşdırır...

Azərbaycan Dövlət Simfonik Orkestr konserti

3 fevral 2017-cı il tarixində saat 19:00-da Dövlət Filarmoniyasında Valeriy Xlebnikovın rəhbərliyi ilə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri çıxış edəcək. Biletləri şəhərin kassalarından əldə edə bilərsiz!

Miri Yusifin konserti

Miri Yusifin 18 Mart bütün konsertlərindən fərqlənən şou proqramlı tədbiri olacaq. Həm də fərqli məkanda -"Elektra Events Hall"da. Əgər siz də əvəzolunmaz günü qaçırmaq istəmirsinizsə bilet almağa indidən başlayın.

Eqor Kridın konserti

Müasir gənclərin kumiri, xit paradların ən yüksək zirvəsini fəth edən istedadlı müğənni Egor Krid növbəti dəfə Bakıda mayın 31-i saat 20:00 da Elektra Events Hall-un səhnəsində solo konsert proqramı ilə çıxış edəcək. “Black star” İNC leyblinin ən məşhur artistlərindən sayılan Eqor Krid həmçinin səmimiyyəti və dinamikliyi ilə müxtəlif yaşlarda olan dinləyicilərin sevgisini qazanan “Samaya samaya”, “Moya nevesta”, “Nado li” kimi məşhur xitlərin həm bəstəkarə həm də ifaçısıdır.

Uşaq xorun konserti

2 Fevral Kamera və Orqan zalında uşaqlardam ibarət xor, konsert proqramı ilə çıxış edəcək. Konsert 19:00-da başlayır. Biletlər şəhərin kassalarında və Asan xidmətdə satılır. 

Gənc Bəstəkarlarınin konserti

Azərbaycan Dovlət Filarmoniyasının Kamera və Orqan musiqi zalında Müasir Azərbaycanın Gənc Bəstəkarlarınin konsert proqraml keçiriləcək. Biletləri şəhərin kassalarında və ASAN xidmət mərkəzlərində əldə edə bilərsiniz.

Video

Məlumat kitabçası

Circle restaurant and music hall
  • Mətbəx:Avropa
  • Ünvan:Mərdanov Qardaşları, 117C
Meating Point
  • Mətbəx:Avropa
  • Ünvan:Fəvvarələr Meydanı (Araz kafesinin yanı)
Long Island
  • Mətbəx:
  • Ünvan:Mardanov Qardaşları küç., 15
Chill Point
  • Mətbəx:
  • Ünvan:Nizami küç, 54 A
Fantasy
  • Mətbəx:
  • Ünvan:Azadlıq pr., m. 28 May, "28 Mall" Ticarət Mərkəzi (3-cü mərtəbə)
Zel Home
  • Mətbəx:
  • Ünvan:Fətəli xan Xoyskiy küc., (Ganjlik Mall)