Elan Sərgilər
Sərgilər
Bakı Ekspo - Yeni Sərgi və Toplantı Mərkəzinin açılışı

İlk açılışını qeyd edən yeni “Baku Expo Centre” Sərgi Mərkəzində, regionun neft və qaz sahəsinin aparıcı tədbiri olan “Xəzər Neft və Qaz” sərgisi keçiriləcəkdir. Tədbir Azərbaycanın paytaxtında 1-4 iyun 2010-cu il tarixlərində keçiriləcəkdir.“Bakı Ekspo Mərkəzi” beynəlxalq standartlara uyğun tikilmiş tədbirlər məkanı olaraq, konfrans, iclas, seminar və təqdimatların keçirilməsi üçün 30 000 kvadrat metrdən yuxarı olan ekspozisiya sahəsini iştirakçılara təqdim edir...

 

Qayur Yunusun sərgisi

Mərkəzi Sərgi Salonunda Qayur Yunusun sərgisi keçiriləcək. Sərgidə rəssamın rəsm əsərləri nümayiş etdiriləcək. Sərgi 7 iyun  18:00 -da açılacaq və 5 gün davam edəcək.

Peter Follerin sərgisi

AFR -nın Azərbaycandakı səfirliyi  "Qız Qalası" qalereyası ilə birgə sizi alman rəssamı Peter Follerin sərgisinə baxmağa dəvət edir. Sərgidə onun rəsm əsərləri, sulu boya ilə çəkilmiş şəkilləri və qrafik işləri təqdim olunacaq. Sərginin açılışı 9 iyun 18:30 -da baş tutacaq.

Kamil Xanlarovun sərgisi

8 iyun Azərbaycan Dövlət İncəsənət Muzeyində Kamil Xanlarovun 95 illiyinə həsr olunmuş sərgi keçiriləcək. Sərginin təşkilatçısı Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyidir.

Fuad Qafarovun sərgisi

11 iyun 2010 tarixində 19:00 -da "Yeni Gallery"-də (Bakı İncəsənət Mərkəzi) Fuad Qafarovun sərgisinin açılışı baş tutacaq. 

Cəmilə Həşimovanın fərdi sərgisi

Cəmilə Həşimovanın fərdi sərgisi Art Garden-da baş tutacaq. Sərgi 11:00-dan 19:00-a qədər açıqdır və iyulun 15-ə qədər davam edəcək. Giriş sərbəstdir.

Beynəlxalq xəz və dəri sərgisi

Baku Business Center -də beynəlxalq Dəb - xəz və dəri  "Le show Baku" sərgisi keçiriləcək. Sərgi iyulun 20 -dən 22 -ə qədər davam edəcək.

Tarixi şəkillərdən ibarət foto sərgi

Fransız Mədəniyyət Mərkəzində Fransa və Almaniya əməkdaşlığına həsr olunmuş foto sərgi keçiriləcək. Sərgidə tarixi fotolar nümayiş etdiriləcək.

Qarabağa həsr edilmiş sərgi

Azərbaycan Dövlət Tarix Muzeyində "Qarabağ - Azərbaycanın qədim ocağı" adlı sərgi açılıb. Sərgidə qədim zamanlardan indiyə qədər Qarabağa aid eksponatlar təqdim edilib.
 

"Qızmar günəş altında" sərgisi

22 iyun 19:00 -da Kapelhousda "Qızmar günəş altında" müasir rəsm əsərləri sərgisinin açılış mərasimi baş tutacaq. Sərgidə Törəxanım Ağabəyova, Babək Ağayev, Rəşad Ələkbərov, Orxan Hüseynov, Fərid Rəsulov, Emin Sultanov, Nailə Zülfüqarovanın işləri təqdim ediləcək. Sərgi 3 gün davam edəcək.

Rusudan Petviaşvilinin sərgisi

Azərbaycanda Gürcüstanın mədəniyyət günləri çərçivəsində Səttar Bəhlulzadə adına Mərkəzi Sərgi Salonunda  gürcü rəssamı Rusudan Petviaşvilinin sərgisi keçiriləcək. Sərgi 22 iyun 18:00 -da açılacaq.

Afa Axundzadənin sərgisi

Park Cafe bakılıları və şəhərimizin qonaqlarını rəssam Afa Axundzadənin işlərindən ibarət "Özünü dərk et" adlı sərgiyə dəvət edir. Sərgi bir ay davam edəcək.

Fəxriyyə Məmmədovanın ilk şəxsi sərgisi

Əziz dostlar! Bu isti günlərdə Sizi Fəxriyyə Məmmədovanın Müvəqqəti...! adlı ilk şəxsi sərgisinə dəvət edirik. Açılış 21 iyul 19:00 -da Kiçik QalArt incəsənət mərkəzində baş tutacaq. Sərgi 2010 -cu il 21 iyuldan 21 sentyabra qədər davam edəcək. Qalereyanın iş vaxtları: çərşənbə axşamı - bazar günü 15:00 -21:00. Əlaqə telefonları: (+994 50) 731 96 69, (+994 50) 323 02 44.

Yay sərgisi

Muzey Mərkəzində "Yay sərgisi" keçiriləcək. Sərgidə rəsm əsərləri, heykəltaraşlıq əsərləri təqdim olunacaq. 100 -ə yaxın iş sərgilənəcək. Sərgi iyulun axrına qədər davam edəcək.

"Bakıda yay" foto -müsabiqəsi və sərgisi

Bakıda gənc fotoqrafların iştirak edə biləcəyi "Bakıda yay" foto -müsabiqəsi keçiriləcək. Müsabiqə üzvləri gənc fotoqraflar olan Azərbaycan foto klub-u tərəfindən elan edilib. İşlərin qəbulu 25 iyula qədər davam edəcək, 27 iyulda isə artıq sərgi keçiriləcək və sərgidə qaliblərin adları elan olunacaq. Sərgi  Park Cafe -də keçiriləcək və bir ay davam edəcək.

"Ağdam -Qafqaz Xirosiması və Ruhlar Şəhəri" foto -sərgisi

23 iyuldan 30 iyula qədər Azərbaycan Rəssamlar Birliyinin sərgi salonunda "Ağdam -Qafqaz Xirosiması və Ruhlar Şəhəri" foto -sərgisi keçiriləcək. Sərgi "İnam" Plüralizm Mərkəzi və Azərbaycan Respublikası Prezidenti yanında Qeyri -Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurası tərəfindən təşkil edilib. Sərgidə Ağdamın işğalına həsr olunmuş 60 -dan çox iş və Ağdam haqqında 8 dəqiqəlik qısametrajlı film təqdim olunacaq.

Şopenin həyat və yaradıcılığı şəkillərdə

Niyazinin ev muzeyində məşhur bəstəkar və pianoçu Fridrix Şopenin yubileyinə həsr olunmuş tədbir keçiriləcək. Gecədə bəstəkarın əsərlərindən hazırlanmış "Şopenin həyat və yaradıcılığı şəkillərdə" adlanan konsertdən savayı, həm də Şopenin həyatından fraqmentlərdən ibarət slayd -şou nümayiş olunacaq. Həmçinin muzey kolleksiyasının nadir eksponatlarından ibarət sərgi...

"Azərbaycan rəssamlarının avtoportretləri" sərgisi

21 sentyabrdan 25 sentyabra qədər Muzey mərkəzində "Azərbaycan rəssamlarının avtoportretləri" sərgisi keçiriləcək. Sərgidə Dövlət rəsm qalereyasından, Azərbaycan dövlət incəsənət muzeyindən əsərlər və müasir rəssamların əsərləri nümayiş etdiriləcək.

«ART Bazaar»

"Art Bazar" təsviri incəsənətin müxtəlif janrlarında əsərlər yaratmış gənc və perspektivli müəlliflərin işlərinin yığılması üçün təşkil olunub. Janrlar: fotoqrafiya, qrafika, rəsm və video -art. Belə tədbirlər və qeyri -formal sərgilər şəhərimiz üçün az təsadüf edilən hadisədir. Sərbəst şərait və andeqraund atmosfer təqdim olunan işlərin və onların müəlliflərinin qeyri -adiliklərini bir daha nəzərə çarpdırır.

Rəsm əsərləri sərgisi

Rəssamlar İttifaqının sərgi salonunda İlqar Əkpərov və Nəvai Məmmədoğlunun şəxsi sərgisi keçiriləcək. Bir həftə davam edəcək sərgidə rəsm əsərləri nümayiş etdiriləcək. Açılış -3 sentyabr 17:00.

Video

Məlumat kitabçası

Beer Station
  • Mətbəx:Avropa
  • Ünvan:Təbriz Xəlilbəyli küç
Atlantis Restaurant & Terrace
  • Mətbəx:Avropa
  • Ünvan:Həsən bəy Zərdabi küç. 20
Garage lounge
  • Mətbəx:Avropa
  • Ünvan:Z. Xəlilov küç.
Game Club
  • Mətbəx:
  • Ünvan:S. Rüstəmov küç., 11
Gallery For Kids
  • Mətbəx:
  • Ünvan:Neftçilər prospekti (Park Bulvar)
Imaginarium
  • Mətbəx:
  • Ünvan:Fətəli xan Xoyskiy küc., (Ganjlik Mall, 3-cü mərtəbə)