Elan Sərgilər
Sərgilər
Beynəlxalq Karikatura Müsabiqəsi qaliblərin sərgisi

Aprel ayın ortalarında "Molla Nəsrəddin" jurnalın il dönümünə həsr olunan Ənənəvi Beynəlxalq Karikatura Müsabiqəsi yekunlaşacaqdır.28 aprel Rəssamlar İttifaqın sərgi salonunda ən yaxşı işlərin sərgisi və qaliblərin mükafatlandırılma mərasimi keçiriləcəkdir. Tədbirdə həmçinin Bayram Hacızadənin "Neft və karikatura" kitabın təqdimatıda yer tutacaqdır.

Alman arxeologiyasının 45 zirvə pyedestalı

Azərbaycan-Alman mərkəzi Kapellhausda "Alman arxeologiyasının 45 zirvə pyedestalı" adlı sərgi keçiriləcəkdir. Sərgi 9 may tarixinədək hər gün saat 10:00 - 18:00 davam ediləcəkdir.

Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyində Açıq Qapılar günü

18 may Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyində Beynəlxalq muzey Günü ilə əlaqədar olaraq, Açıq Qapılar günü elan olunubdur. Və yalnız bu gün muzey saat 23:00-dək fəaliyyət göstərəcəkdir.

Şuşa Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyin eksponatların sərgisi

Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyində Şuşa Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyin eksponatların sərgisi keçiriləcəkdir. Qeyd edək ki, sərgidə Şuşa işğalından bir qədər əvvəl Şuşa Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyindən daşınan eksponatlar təqdim olunur, və hər il Şuşanın işğal günü keçirilır.

Qələbəsinə həsr olunacaq sərgi

6 may İstiqlaliyyət Muzeyində 1941-1945 Qələbəsinə həsr olunacaq sərgi keçiriləcəkdir. Sərgidə müharibə zamanın və hərbi atributlar nümaiş olunacaqdır. Sərginin açılışı - saat 12:00.

Ceyhun Abdullayevin sərgisi

2010-cu il mayın 8-i saat 18:00-da “Yeni Gallery” – Bakı İncəsənət Mərkəzində rəssam Ceyhun Abdullayevin fərdi yaradıcılıq sərgisinin açılışı olacaqdır.

Qələbə günü ərəfəsi sərgisi

Qarşıdan gələn Qələbə günü ərəfəsində, 7 may tarıxındə Rüstəm Mustafayev adına Dövlət İncəsənət Muzeyində Azərbaycanın üç istedadlı rəssamları olan - Xafiz Məmmədov, Eyyub Məmmədov və Həbib Hüseynovun 40 çox əl işləri təqdim olunacaqdır.

Hərbi atributların nümaiş sərgisi

Qarşıdan gələn Qələbə günü ərəfəsində, 7 may tarıxındə Dövlət Musiqi İncəsənəti Muzeyində 1941-1945 ci illərin müharibə və hərbi atributların nümaişi, məktub və kartlar, medal və ordenlərin nümaişi, həmçinin Ü. Hacıbəyovun müharibəyə həsr olunan mahnıların ifası qeyd olunacaqdır.

Əzim Əzimzadənin karikaturların sərgisi

7 və 8 may Əzim Əzimzadənin ev-muzeyində 1941-1945-ci illərdə çəkilən 30-dan çox karikaturların sərgisi keçiriləcəkdir. Sərgidə nümaiş olunacaq karikaturlar - "Vurulmuş kartlar", "Müharibələr unudulmur", "Süngüdə faşist", "Taun", "Oğru oğrudan oğrayır" və s.

"Fransa - Azərbaycanlıların gözü ilə" sərgisi

12 may Fransız Mədəniyyəti Mərkəzində "Fransa - Azərbaycanlıların gözü ilə" sərgisi keçiriləcəkdir. Sərgidə Fransaya səyahət etmiş həmvətənlilərimizin foto-şəkilləri təqdim olunacaqdır.

«Spring Colours» sərgisi

Bakıda istedadlı rəssam Raidanın «Spring Colours» adlı sərgisi keçiriləcək. Arzulayanlar bir ay müddətində sərgini ziyarət edə bilər. Rəssamın dəfələrlə Asiya və Avropa ölkələrində sərgi keçirməsinə baxmayaraq, o, Azərbaycanda az məşhurdur.

Türk və Azərbaycanlı rəssamların sərgisi

Rəssamlar İttifaqının sərgi salonunda Türk və Azərbaycanlı rəssamların sərgisi keçiriləcək. Sərgiyə gələnlər Nurullah Aydının, Dizara Ərçivan Zənçirçinin və İlqar Əkbərovun əsərlərinə tamaşa edə biləcəklər. Sərginin açılışı 17 may 17:00-da baş tutacaq.

"Məhəbbət mövsümü" kitabının təqdimatı

"Məhəbbət mövsümü" kitabının təqdimat mərasimi 19 may M.F.Axundov adına milli kitabxanada keçiriləcək. Kitaba Özbəkistan, Pakistan, Qazağıstan, Misir, İraq, Türkiyə, Əfqanıstan, Türkmənistan, Qırğızıstan, Fələstin, Livan, Abxaziya, Tatarıstan və başqa müsəlman ölkələri şairlərinin əsərləri daxil edilib. 

"Azərbaycanın təbiəti" sərgisi

19-22 may tarixlərində İçəri şəhərdəki “Abşeron” Rəsm Qalereyasında “Azərbaycan təbiəti – bizim milli sərvətimizdir” mövzusunda foto sərgi keçiriləcəkdir. Foto sərgidə 14 bədii fotoqrafiya ustasının 60 kompozisiyası nümayiş etdirilir.

"Rəngli arzular" sərgisi

Müasir İncəsənət Muzeyində "Rəngli arzular " adlı foto sərgi keçiriləcək. Sərgidə siz "A" studiyasının fotoqrafları İsa Aydının, Məryəmin və Türkanın işlərini görə bilərsiniz. Sərginin açılışı 19:00-da olacaq.

"USSR Remix" sərgisi

Müasir İncəsənət Muzeyi hər kəsi "USSR Remix" sərgisinə baxmağa dəvət edir. Sərgidə Çingiz Babayevin, Səbinə Şıxlınskayanın və başqa rəssamların foto və rəsm əsərləri nümayiş etdiriləcək.

Günsəli Katonun şəkillərinin sərgisi

"Kiçik Karvansaray " memarlıq abidəsinin incəsənət Bağında "Cənnət " adlı sərgi keçiriləcək. Sərgidə Türk rəssamı Günsəli Katonun şəkilləri nümayiş etdiriləcək. O, yaradıcılığa 1983-cü ildə başlamış, Türkiyə və Yaponiyada təhsil almışdır. 12 İl ərzində o, İslam keramikası Takuo Kato üzrə mütəxəssis emalatxanasında çalışmışdır.

Rauf Əbdülhüseynoğlunun yaradıcılıq sərgisi

26 may Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyində keçə yaradıcılığı ilə məşğul olan Rauf Əbdülhüseynoğlunun fərdi yaradıcılıq sərgisi olacaq. Rauf Əbdülhüseynoğlu Azərbaycanda keçə yaradıcılığı ilə məğul olan yeganə adamdır. Bu gün onun işlərinə bir çox ölkələrdə dövlət və şəxsi kolleksiyalarda rast gəlmək olar.

Vladimir Tarasovun fərdi sərgisi

Rəssamlar İttifaqının sərgi salonunda Litva rəssamı Vladimir Tarasovun fərdi sərgisi keçiriləcək. Vladimir Tarasov - görkəmli cazz musiqiçisi və bəstəkar -minimalist, məşhur müasir rəssamdır. Sərginin açılışı 27 may tarixində 18:00-da baş tutacaq.

Beynəlxalq incəsənət festivalı

Heydər Əliyev Fondu, Dövlət tarixi-memarlıq abidələri idarəsi, Müasir İncəsənət Mərkəzi və Art Gallery (Qız Qalası)-nın təşkilatçılığı ilə may ayının 26-dan 29-na qədər İçəri şəhər (Qız Qalası) -da Beynəlxalq incəsənət festivalı keçiriləcək. Festivalın məqsədi ən qədim abidə -Qız qalasını şöhrətləndirmək və onu tanıtmaqdır. Bu layihədə 18 ölkədən 20 -dən artıq rəssam iştirak edəcək.

Video

Məlumat kitabçası

Berezka
  • Mətbəx:Rus
  • Ünvan:Izmir küç., 5
Gubernator
  • Mətbəx:Türk
  • Ünvan:M.İbrahimov küç.,1
Harbour Tap & Grill
  • Mətbəx:Balıq menyusu
  • Ünvan:Neftçilər pr.,153 (Port Baku)
Kn House
  • Mətbəx:
  • Ünvan:Salatın Askerova küç., 161
Elle
  • Mətbəx:
  • Ünvan:Neftçilər pr., "Park Bulvar" Ticarət Mərkəzi, (2-ci mərtəbə)
Miss Bahar
  • Mətbəx:
  • Ünvan:Q. Qarayev pr., 74