Elan Sərgilər
Sərgilər
"Rənglənilmə və transformasiya" sərgisi

Əziz dostlar, Barbara Gerling və Tor-Yorgen Skjelbred sizləri "Rənglənilmə və transformasiya" sərgisinin açılışına dəvət edirlər. Müəlliflər öz əl işlərini sərgidə təqdim edəcəklər: Barbara - kətan üzərində şəkillər, Tor-Yorgen - kətan üzərində foto-şəkillər. Sərgi Müasir İncəsənət Mərkəzində, martın 6-dan - 10-dək.  Açılış mərasimi - 6 mart 19:00.

Çiçək vernisajı

“Yeni Gallery” Bakı İncəsənət Mərkəzi yazıb Sizə bildirir ki, 2010-cu il martın 12-də saat 19:00-da yeniyetmə rəssam Hacıyeva Zümrüdün “Çiçək vernisajı” adlı fərdi yaradıcılıq sərgisinin açılışı olacaqdır. Sərgi 2 gün davam edəcəkdir.

Ceyhun Abdullayevin şəxsi sərgisi

6 mart "Qız Qalası" sərgi galereyasının salonunda rəssam Ceyhun Abdullayevin şəxsi sərgisinin açılış mərasiminə bütün rəsm incəsənətini sevənləri dəvət edirik. Sərgi "İçəri Şəhər"tarixi-arxeoloji İdarəetmə qoruğun təşkilatı və "Qız Qalası" sərgi galereyasının dəstəyində baş tutacaqdır.

Nərmin Quluzadənin şəxsi sərgisi

Muzey Mərkəzinin sərgi salonunda gənc rəssam Nərmin Quluzadənin şəxsi sərgisi açılacaqdır. Sərgi mart ayının 15-dən - 19-dək davam edəcəkdir. Açılış mərasimi - 15 mart, 18:00-da baş tutacaqdır.

Azərbaycan Xalqın Genosid gününə

Muzey Mərkəzinin sərgi salonunda Azərbaycan Xalqın Genosid gününə həsr olunacaq sərgi açılacaqdır. Sərgi mart ayının 30-dan - aprelın 5-dək davam edəcəkdir. Açılış mərasimi - 30 mart, 17:00-da baş tutacaqdır. Təşkilatçı - Mədəniyyət və Turizm Nazirliyinin Təsviri İncəsənət Şöbəsi.

Növruz bayramı

Bakı şəhərin Rusiya informasiya-mədəni mərkəzi, Muzey Mərkəzi ilə birgə sizləri Növruz bayramı şənliyinə 18 mart Muzey Mərkəzinin akt zalına dəvət edir.

Natiq Əlizadənin şəxsi sərgisi

Bakı incəsənət Mərkəzinin təqdimatında 18 mart "Yeni Gallery" sərgi salonunda Natiq Əlizadənin şəxsi sərgisi keçiriləcəkdir. Sərgi qarşıdan gələn Növruz Bayramına həsr olunacaqdır. Sərgidə rəssamın 30 çox əl işi təqdim olunacaqdır. Sərginin açılışı - 18 mart 18:00.

"Novruz - yeni gün" sərgi

17 mart "Bakı" rəsm qalereyasında "Novruz - yeni gün" adlı sərgi açılacaqdır. Sərgidə milli və türk sənətkar rəsm, qrafika və heykəltəraşlıq əl işləri təqdim olunacaqdır. Sərginin açılışı saat - 18:00-da baş tutacaqdır. Əlaqə üçün nömrələr: (+994 12) 492 67 44, (+994 50) 344 22 92.

16-cı Azərbaycan Beynəlxalq Qida Sənayesi Sərgisi

19-21 may tarixlərində Azərbaycanın paytaxtı Bakı şəhərində “WorldFood Azerbaijan” – 16-cı Azərbaycan Beynəlxalq Qida Sənayesi Sərgisi keçiriləcək. “Iteca Caspian LLC” və “ITE Group PLC” şirkətləri sərginin təşkilatçıları qismində çıxış edirlər.

"Türizm və səyahət" sərgisi

Aprelin 28-dən - 30-dək, Heydər Əliyev adına İdman və Konsert Kompleksində AİTFin xüsusi "Türizm və səyahət" sərgisi keçiriləcəkdir. İki pavilyonda keçiriləcək sərgi, ilin ən parlaq hadisəsinə dönəcəyini təmin edir. Sərgidə İtaliya, İsveçrə, Almaniya, Avstriya, Fransa, Rusiya, Ukrayna, Belarus, Çin, Kipr, Sloveniya, Latviya, Litva, Estoniya, Vyetnam, Kambodci, Singapur və digər ölkələrdən 100 çox şirkətlər iştirak edəcəkdir.  

"Uçuşu seyr edənlər" sərgisi

Müasir İncəsənət Mərkəzinin sərgi salonunda rəssamlıq, heykəltəraşlıq əsəri və qrafika əsərlərin "Uçuşu seyr edənlər" adlı sərgisi keçiriləcəkdir. Sərgidə Altay Sadıqzadə, Eldar Məmmədov, Ağa Ousseinov, Fuad Salayev, Əli İbadullayev və digərlərin əl işləri təqdim olunacaqdır.Sərgi bir ay ərzində davam ediləcəkdir.

"İncəsənət pillələri" sərgisi

Muzey Mərkəzinin İncəsənət galereyasında "İncəsənət pillələri" adlı sərgi keçiriləcək. Sərgini təşkil edir - Mədəniyyət və Turizm Nazirliyinin təsviri -incəsənət şöbəsi. Sərginin açılış mərasimi - 19 may 18:00-da baş tutacaq.

Beynəlxalq Təhsil Sərgisi- 2010

“Beynəlxalq Təhsil Sərgisi- 2010” 6 Aprel, 2010-cu il, saat 11.00-17.00-da  tarixində dünyanın nüfuzlu universitetlərində təhsil almaq istəyən hər bir gənci gözləyir. Sərginin məqsədi tələbələrin bir sıra nüfuzlu xarici universitetlərlə tanışlığı, yerli universitetlərlə əməkdaşlıq əlaqələrinin qurulması, səfərlərin təşkili və məlumatverici təqdimatların həyata keçirilməsidir.  

Yubiley sərgisi

Rəssamlar İttifaqının sərgi salonunda Qadın Yaradıcılıq İttifaqının 10 illik yubileyinə həsr olunan sərgi təqdim olunacaq. Sərginin açılış mərasimi 7 aprel, saat 17:00-da baş tutacaq.

"Almanlar Şimali Azərbaycanda" kitabın təqdimatı

07 aprel, Kapelhaus məkanında Həcər Verdinovanın "Almanlar Şimali Azərbaycanda" adlı kitabın təqdimat mərasimi keşiriləcəkdir. Tədbir saat 16:00-da başlanacaqdır.

"1945-ci ildən bəri Alman Ədəbiyyatın Nobel laureatları" sərgisi

Əziz dostlar, sizləri Axundov Kitabxanasında keçirilən "1945-ci ildən bəri Alman Ədəbiyyatın Nobel laureatları" sərgisinə dəvət edirik. Sərgi aprelin 8-dən - 17-dək davam olunur və həır gün saat 10:00-dan - 19:00-dək açıqdır.

"Belarus bu gün" fotosərgisi

Belarus-Azərbaycan dostluq və əməkdaşlıq cəmiyyəti, Belarus Respublikasının Azərbaycan Səfirliyi və Belorus Teleqraf agentliyi Muzey Mərkəzin sərgi salonunda "Belarus bu gün" fotosərgisini təqdim edir. Fotosərgi 26 may tarixindən - 2 iyun tarixinədək davam olunacaqdır.

"Avtoportret" rəsm sərgisi

Muzey Mərkəzin sərgi salonunda "Avtoportret" rəsm sərgisi keçiriləcəkdir. Sərgi Mədəniyyət və Turizm Nazirliyinin incəsənət şöbəsinin təşkilatında baş tutacaqdır.

Azərbaycanın müasir rəssamların sərgisi

8 aprel Yeni Gallery sərgi salonunda (Bakı İncəsənət Mərkəzində) Azərbaycanın müasir rəssamların sərgisi keçiriləcəkdir. Sərgidə rəssamlar - Rasim Babayev, Genadiy Brijatyuk, Kəmal Əhməd, Toğrul Nərimanbəyov, Eldar Ağamalov, İrina Eldarova, Yusif Mirzə, Fərman Qulamov, Məmməd Rəşidov, Sahib Quliyev və başqalarınrəsm, qrafika və heykəltəraşlıq əl işləri təqdim olunacaqdır.



 

Video

Məlumat kitabçası

Metropol Restaurant & Pub
  • Mətbəx:Avropa
  • Ünvan:Lətif İmanov küç.,37
Ozsut
  • Mətbəx:Beynəlmiləl
  • Ünvan:M. Rəsulzadə küç., 10
Cratos lounge club
  • Mətbəx:Avropa
  • Ünvan:Azadliq prospekti
Konti Pub
  • Mətbəx:Beynəlmiləl
  • Ünvan:Nizami küç., 117
Madame Coco
  • Mətbəx:
  • Ünvan:Fətəli xan Xoyskiy küç., "Mall Ganjlik" Ticarət Mərkəzi (1-ci mərtəbə)
La Skala
  • Mətbəx:
  • Ünvan:Neftçilər pr.,131