Elan Sərgilər
Sərgilər
Mahmud Mahmudzadənin sərgisi

23 avqustdan 7 sentyabra qədər Art Garden -da Mahmud Mahmudzadənin satış sərgisi keçiriləcək. Sərgidə yağlı boya ilə çəkilmiş rəsmlər və qrafika nümayiş etdiriləcək.
 

"Söz və ifadə azadlığına ictimai dəstək" sərgisi

8-9 sentyabrda Azərbaycanda ilk dəfə "Söz və ifadə azadlığına ictimai dəstək" adı altında kitab, foto və karikatura sərgisi keçiriləcək. Sərgi "Landmark" otelinin Rotunda zalında keçiriləcək.

"Vernisage" sərgisi

Park cafe 2NJOY -la birgə Vernisaj sərgisinin növbəti açılışında sizləri görməyə şad olacaq. Bu dəfə qeyri -adi və koloritli bir rəssam -Vüqar Əlini sizə təqdim edəcəyik. Qeyd edək ki, mövcud olduğumuz bir il ərzində bu, artıq altıncı sərgidir.

Fərid Rəsulovun sərgisi

22 sentyabr Kichik QalArt Gallery -də konseptual rəssam Fərid Rəsulovun "Şeylər" adlı fərdi sərgisi keçiriləcək. Sərgi 22 sentyabrdan 22 oktyabra qədər davam edəcək. Fərid Rəsulov həkim -oftolmoloqdur. Təsadüfən gənc Azərbaycan rəssamlarının əhatəsinə düşəndə o, özündə qeyri -adi kreativ potensial hiss etdi.

 

Müslüm Eldarova həsr olunmuş sərgi

17 sentyabr 2010 -cu il 19:00 -da  "Yeni Gallery" görkəmli ictimai xadim, rəssam, Bakı Mədəniyyət Mərkəzinin əsasını qoyan, Сaspian beynəlxalq jurnalının, Londonda  Humay Gallery Azərbaycan Mədəniyyət Mərkəzinin, Great Silk Road World beynəlxalq məlumat agentliyinin yaradıcısı Müslüm Eldarovun xatirəsinə həsr olunmuş sərginin açılışına dəvət edir.

Üzeyir Hacıbəyova həsr olunmuş yubiley tədbiri

18 sentyabr Üzeyir Hacıbəyovun ev -muzeyində dahi Azərbaycan bəstəkarının 125 illiyinə həsr olunmuş tədbir keçiriləcək. Tədbir çərçivəsində bəstəkara həsr olunmuş şəkil sərgisinin açılışı olacaq. Sərgidə 20 -ə yaxın əsər təqdim olunacaq. Həmçinin tədbir iştirakçıları qarşısında "Con tempo" müasir musiqi ansamlı konsert proqramı ilə çıxış edəcək.

Məryəm Ələkbərlinin sərgisi

Sentyabrın 21-dən 26-na qədər "Qız Qalası" rəsm qalereyasında gənc rəssam Məryəm Ələkbərlinin sərgisi keçiriləcək.

"Mənim Şuşam" sərgisi

Sizləri Azərbaycan muğamının sədaları altında gənc rəssam Həlimə Ələskərovanın rəsm əsərlərindən zövq almağa dəvət edirik. "Mənim Şuşam" adlı sərginin təntənəli açılışı 30 sentyabr 17:00 -da S.Bəhlulzadə adına qalereyada baş tutacaq. Sərgi 3 gün davam edəcək. Qeyd edək ki, Həlimə Ələskərova təxminən 10 il öz yaradıcılığını Qarabağ tematikasına həsr edib. "Qarabağ" Amerika fondu tərəfindən təşkil olunan sərgi yaxın günlərdə ABŞ -ın paytaxtı Vaşinqton şəhərində də keçiriləcək.

Özbəkistan gənc rəssamlarının sərgisi

Azərbaycanda Özbəkistanın gənclər günü çərçivəsində 29 sentyabr Muzey Mərkəzinin İncəsənət Qalereyasında Özbəkistan və Azərbaycanın gənc rəssamlarının sərgisi keçiriləcək. Sərgidə gənc rəssamların rəsm əsərləri, qrafika və dekorativ -tətbiqi incəsənət əsərləri təqdim olunacaq. Sərginin açılışı 16:00 -da baş tutacaq.

Lətif Səfərova həsr olunmuş sərgi

6 oktyabr Muzey Mərkəzində Azərbaycanın əməkdar incəsənət xadimi, kinorejissor Lətif Səfərovun 90 illiyinə həsr olunmuş tədbir keçiriləcək. Tədbirdə rejissorun qohumlarının şəxsi arxivindən fotolar təqdim olunacaq. Qeyd edək ki, L. Səfərov "Leyli və Məcnun", "Bəxtiyar", "Doğma xalqıma", "Qızmar günəş altında" filmlərinin rejissorudur.

"Əsrlərin qovuşağında" sərgisi

R. Mustafayev adına İncəsənət Muzeyində "Əsrlərin qovuşağında" sərgisi keçiriləcək. Sərgidə rəsm əsərləri, qrafika, heykəltaraşlıq əsərləri təqdim olunacaq. Açılış 7 oktyabr 17:00 -da baş tutacaq. Sərgi bir həftə davam edəcək.

Xalq tətbiqi sənəti ustalarının işlərinin sərgisi

Yekun Respublika sərgisi -xalq tətbiqi sənəti ustalarının, həmçinin həvəskar rəssamların işlərinə baxış Muzey Mərkəzinin İncəsənət Qalereyasında baş tutacaq. Sərginin açılışı 12:00 -dadır.

Maral Rəhmanzadənin sərgisi

"Art Garden" sərgi salonunda Maral Rəhmanzadənin illustrasiyalar, qrafika, akvarel və rəsm əsərlərindən ibarət sərgisi keçiriləcək. Sərgi 14 oktyabra qədər davam edəcək.

Kamran Enceladus-un fotosərgisi

Fransız Mədəniyyət Mərkəzi Azərbaycan fotoqrafı Kamran Enceladus -un fotosərgisini təqdim edir. Sərgi 23 oktyabra qədər davam edəcək.

"Yeddinci mərtəbə" sərgisi

Muzey Mərkəzinin incəsənət qalereyasında gənc rəssamların "Yeddinci mərtəbə" adlı sərgisi keçiriləcək. Sərgi Mədəniyyət və Turizm Nazirliyinin təsviri incəsənət şöbəsi tərəfindən təşkil olunub. Sərginin açılışı 17:00 -da baş tutacaq və bir həftə davam edəcək.

Adil Ələkpərovun sərgisi

27 oktyabr Rəssamlar İttifaqının sərgi salonunda rəssam Adil Ələkpərovun sərgisinin açılışı olacaq. Sərgi Azərbaycanın Rəssamlar İttifaqı tərəfindən təşkil olunub vəAdil Ələkpərovun qızı Nargilə və oğlu Vladimirin təşəbbüsü ilə rəssamın xatirəsinə həsr olunub.

"Ilin Markası Müsabiqəsi -2010" mükafatlandırma mərasimi

İlin Markası Müsabiqəsi -2010, 14 Oktyabr Dövlət Gənc Tamaşaçılar Teatrında saat 19.00 da keçirildi.
Müsabiqəni AKBA yayıncılık və Media Print şirkətləri  keçirdi. Müsabiqədə xidmət səviyyəsinin ölcülməsi məqsədi ilə müxtəlif nominasiyalar üzrə mükafatlar təltif olundu. Müsabiqədə 24 (iyirmi dörd) nominant iştirak etdi. Onlardan 14 hüquqi,  10 fiziki şəxs idi. Müsabiqənin sponsorları Baksell LTD, Millennium Turizm , 1001 Komiks MMC şirkətləri idi.Sponsorlar tərəfindən nominantlara hədiyyər verildi. Qeyd edək ki, Müsabiqə hər il, ənənəvi olaraq ilin sonu kecirlməyi nəzərdə tutulur.

2010 ilin Markası Nominantları

1) Yeni Yaşam MMC
     Nominasiyası- Cox sahəli dinamik inkişaf

2) DV Tibb Mərkəzi
     Nominasiyası- Tibb sahəsindəki yüksək xidmətinə görə
     Nominasiyası-  İlin İşguzar Qadını

3) Ailə Həkimi  Tibb mərkəzi
     Nominasiyası- Universal Tibb xidmətinə görə

4) Istanbul Reklam Market   MMC
    Nominasiyası- Reklam biznesinin inkişafina görə

5) Language Services Direct  MMC
     Nominasiyası- Elm və Təhsildə korporotiv xidmətinə görə                                       
     Nominasiyası- İlin İşguzar Qadını

6) AK-Sen  Egitim və Ögretim merkezi İsletmeleri MMC
    Nominasiyası- Universal tədris Təhsil mərkəzi olduguna görə

7) Milenium Tourism Congress 
     Nominasiyası- Turizmin inkişafındakı xidmətinə görə

8) Beynəlxalq Kipr Universitetinin nümayəndiliyi
     Nominasiyası- Elm və təhsil sahəsində etibarlı xidmətinə görə

9) Clean Pak- MMC
     Nominasiyası- Xidmət həcminin və keyfiyyətinin stabil inkişaf sürətinə görə

10) Bauer Azərbaycan Maşınları MMC
      Nominasiyası- Bazara ugurlu daxil olma strategiyasına görə

11) 1001 KOMİKS  MMC
       Nominasiyası- Gənclərin və uşaqların dostu

12) CityLife.az (informasiya agentliyi)
      Nominasiyası- Kütləvi İnformasiya vasitələrində ugurlu  strotegiyasına görə!


13) Clean Art – MMC
      Nominasiyası- Göstərdiyi Xidmətin keyfiyyəti və Məsuliyyətinə görə
      Nominasiyası- İlin İşguzar Qadını

14) Genc muhasibler İctimai birliyi (GMB)
      Nominasiyası- Elm və Təhsildə sosial məsuliyyətinə görə

15) Femina xəz dəri magaza
      Nominasiyası- İlin Brendi

16) Simanduyev Şəlmi (Proktoloq)
      Nominasiyası- Səhiyyə xidmətlərinin inkişafındakı xidmətinə görə

17) Rasima Ahnazarova (stomatoloq)
     Nominasiyası- Stomatoloji sahədə göstərdiyi etibarlı və yüksək xidmətinə görə

18) Diamond Tədris mərkəzi
      Nominasiyası- Elm və Təhsildə tələbələrin məmnuniyyətinə görə

19) Mubariz Həmidov (GTT-nin direktoru)
      Nominasiyası- İlin Tatr Xadimi

20) İmaməliyeva Ayşən (stomatoloq)
      Nominasiyası- Stomatoloji xidmətinin məsuliyyətinə görə

21) Sayqa  musiqi (Produsser)
      Nominasiyası- İlin  xanım  Prodüsseri

22) Tamerlan Bədəlov (Balksell LTD-nin satış təmsilcisi)
      Nominasiyası- Şirkətin məsuliyyətli təmsilçisi

23) Rahid Abbasov (rejissor)
      Nominasiyası-Kinomotaqrafiya sahəsində ilin gənc rejissoru

24) Elməddin İbrahimov (mugam ifacısı)
      Nominasiyaı- Xalqın sevimli yeniyetmə mugam ifacısı

"Mövzular" sərgisi

30 oktyabr 18:00 -da Müasir İncəsənət Mərkəzində Teymur və Mahmud Rüstəmovların "Mövzular" adı altında sərgisi keçiriləcək. Sərgi bir həftə davam edəcək.

"Chopard"ın yubiley kolleksiyasının sərgisi

Oktyabrın 27 -dən 29 -a qədər 28 May küç., 5 ünvanında Chopard butikində Chopard zərgərlik evinin 150 illik yubileyi münasibəti ilə yaradılmış yeni yubiley kolleksiyası -Animal World sərgisi keçiriləcək. Hər bir bəzək əşyası Chopard brendinin yaradılmasından bəri bir ilin simvoludur. Bütün zinət əşyaları ağ və çəhrayı qızıldan və qiymətli daşlardan hazırlanıb.

Seyran Cəfərlinin karikatura sərgisi

Media mərkəzində Azərbaycan karikaturaçısı, 86 beynəlxalq müsabiqənin laureatı Seyran Cəfərlinin sərgisi keçirilir. Cəfərli müxtəlif beynəlxalq müsabiqələrin juri heyətində olub. Karikaturaçının işləri əsasən ekologiya, söz azadlığı, insan münasibətlərinə həsr olunub.

Video

Məlumat kitabçası

Villa
  • Mətbəx:İtaliya
  • Ünvan:Azadlıq pr., m. 28 May, "28 Mall" Ticarət Mərkəzi (4-cü mərtəbə)
Cantinetta Antinori
  • Mətbəx:İtaliya
  • Ünvan:Neftçilər pr.,87
Kn House
  • Mətbəx:
  • Ünvan:Salatın Askerova küç., 161
Black Lounge
  • Mətbəx:Avropa
  • Ünvan:Abdulla Şaiq küç., 241
Longines
  • Mətbəx:
  • Ünvan:28 May küç. 6
La Senza
  • Mətbəx:
  • Ünvan:Fətəli xan Xoyskiy küç., (Ganjlik Mall, 2-ci mərtəbə)