Elan Teatr
Teatr
"Cəhənnəm sakinləri" tamaşası

1 noyabr Azərbaycan Dövlət Musiqili Komediya teatrında Rlçinin pyesi əsasında "Cəhənnəm sakinləri" tamaşası nümayiş etdiriləcək. Tamaşa Şuşa Musiqi Dram teatrının ifasında keçiriləcək. Tamaşada quruluşçu rejissor Elşən Zeynallı, rəssam Valeh Məmmədov,musiqi tərtibatçısı Firudin Bağıroğludur. Püstəxanım Zeynalova, Rauf Şahsuvarov və başqa aktyorlar.

"Metusela oteli"

British Council Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin birgə əməkdaşlığı ilə Sizi Metusela Oteli adlı müasir fantastik tamaşaya dəvət etməkdən məmnunluq duyur. Tamaşa 16-17 noyabr 2010-cu il tarixlərində saat 19:00-da Rus Dram Teatrında səhnələşdiriləcək. Tamaşa Cənub Şərqi Avropada British Council-ın Yeni Fəaliyyət, Yeni Auditoriyalar (YFYA) adlı layihəsi çərçivəsində keçirilən silsilə təbrilərdən biridir. Layihənin məqsədi yerli tərəfdaşlarla əməkdaşlıq edərək Birləşmiş Krallığın ən yaxşı yaradıcılıq və incəsənət nümunələrini mümkün qədər geniş auditoriyaya təqdim etməkdir. 

"Qadınsayağı oyunlar" tamaşası

22 və 23 dekabr Rus Dram Teatrında Moskvanın populyar teatr və kino artistlərinin inanılmaz gülməli "Qadınsayağı oyunlar" qastrolu baş tutacaq. Rejissor və ssenari müəllifi -Vladimir Jarkov. Tamaşada iştirak edirlər: Rusiyanın xalq artisti Nina Ruslanova, Rusiyanın əməkdar artisiti Vladimir Nosik, Anatoliy Juravlev, Karina Mişulina, Vladimir Jarkov, İnna Suxareva.

"Mənim ağ göyərçinim" tamaşasının premyerası

"Mənim ağ göyərçinim" tamaşasının premyerası Azərbaycan Dövlət Gənc Tamaşaçılar teatrının səhnəsində baş tutacaq. Pyesin müəllifi yazıçı-dramaturq Tamara Vəliyevadır. 1990 -cı il 20 yanvar hadisələrinin qurbanlarına həsr olunmuş bu iki pərdəli məhəbbət dramının rejissoru teatrın baş rejissoru Cənnət Səlimovadır. Baş rollarda: əməkdar artistlər Rafiq Hüseynov və Rahib Əliyev, aktyorlar İlqarə Tosova, Günel Məmmədov, Mirzə Ağa Mirzəyev, Eşqin Quliyev, Sona Babayeva və başqaları.

Teatrın yubiley gecəsi

21 dekabr Rus Dram Teatrının səhnəsində S.Vurğun adına Azərbaycan Dövlət Rus Dram teatrının 90 illiyinə həsr olunmuş Yubiley gecəsi keçiriləcək. Biletləri teatrın kassalarından və şəhərin mərkəzləşdirilimiş kassalarından əldə etmək olar.

Xanımana Əlibəylinin yubiley gecəsi

23 dekabr 18:00 -da Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Gənc tamaşaçılar teatrında əməkdar incəsənt xadimi, dövlət mükafatı laureatı Xanımana Əlibəylinin 90 illik yubileyi ilə əlaqədar olaraq yubiley tədbiri keçiriləcək. Tədbir çərçivəsində X.Əlibəylinin "Dovşanın ad günü" pyesinin 100 -cü nümayişi olacaq. Yubiley gecəsində məşhur ədəbiyyat və mədəniyyət xadimləri,ziyalılar və yazıçının qohumları iştirak edəcək.

"Şəhrizad" və "Romeo və Culiyetta" baleti

Opera və Balet Teatrının səhnəsində "Şəhrizad" baletinin premyerası olacaq. "Şəhrizad" məşhur "Min bir gecə" nağıllarının motivləri əsasında yaradılıb. Həmçinin tamaşaçılara "Romeo və Culiyetta" baleti təqdim olunacaq.

"Nağılı tap-4" tamaşası

Yeni musiqili "Nağılı tap-4" tamaşası Rus Dram Teatrında təqdim olunacaq. Bizim balaca tamaşaçılar yenidən sevimli cizgifilmlərindən olan qəhrəmanlarla görüşəcəklər: Leopald və siçanlarla, "Madaqaskar" cizgifilminin qəhrəmanları ilə, Şrek və bir çox sevimli qəhrəmanlarla.r

"Yevaya ithaf" tamaşası

21-22 may Rus Dram Teatrının səhnəsində E.Vaxtanqov adına Moskva dövlət akademik teatrının qastrolu olacaq. Bakı tamaşaçılarına Rusiyanın xalq artisti Sergey Yaşinin quruluşunda "Yevaya ithaf" tamaşası təqdim olunacaq. Tamaşada baş rolu SSR-in xalq artisti Vasili Lanov və Rusiyanın xalq artisti Yevgeniy Knyazev ifa edir.

"Meşə" tamaşası

21 və 22 aprel tarixində Rus Dram Teatrına Həştərxan Dram Teatrının A.N. Ostrovskinin "Meşə" komediyası ilə qastrol səfəri olacaq. Dahi ustadın parlaq komediyası -artıq yaşlanmış xanım pulu hesabına özünə gənc sevgili tapmaq istəyir.

Novruza həsr olunmuş uşaq tamaşaları

Martın 19-dan 27-ə qədər Gənc Tamaşaçılar Teatrında mili bayramımız Novruza həsr olunmuş tamaşalar təqdim olunacaq. Uşaqları Valideynləri ilə birlikdə bu gözəl tamaşalara dəvət edirik!

"Əsli və Kərəm" operası

Dövlət Opera və Balet Teatrı tamaşaçılara "Əsli və Kərəm" operasını təqdim edəcək. "Əsli və Kərəm" Azərbaycanın anonim romantik dastanıdır. Dastanın motivləri əsasında Üzeyr Hacıbəyov "Əsli və Kərəm" operasını yazıb. Operaya ilk quruluş 1912-ci ildə verilib.

"Arşin Mal Alan" tamaşası

Bakıda keçirilən İkinci Beynəlxalq Muğam Festivalı çərçivəsində İncəsənət Bağında (Art Garden) Azərbaycan Dövlət Marionet Teatrının "Arşin Mal Alan" tamaşası göstəriləcək. Tamaşa 19:30-da başlayır.

"Qarabağnamə" tamaşasının premyerası

Azərbaycan Milli Dram Teatrında İlyas Əfəndiyevin "Hökümdar və qızı" əsəri əsasında səhnələşdirilmiş "Qarabağnamə" tamaşasının premyerası olacaq. Pyesin quruluşçu-rejissoru -Mərahim Fərzəlibəyov. Baş rollarda: İlham Əskərov, Məsmə Allahverdiyeva, Rafiq Əzimov, Mirzə Ağabəyov, Firəngiz Mütəllimova.

"Gözəl Bahar" tamaşası

Kukla Teatrının səhnəsində R.Əlizadənin əsəri əsasında uşaqlar üçün "Gözəl Bahar" bayram tamaşası baş tutacaq. Tamaşa Novruz bayramında və uşaqların məktəb tətili günlərində göstəriləcək.

"Buz dövrü" tamaşası

İlk dəfə Bakıda H.Əliyeva adına sarayda Moskva Kukla Teatrının truppasının ifasında uşaqlar üçün əyləncəli və rəngarəng şou keçiriləcək. Balaca tamaşaçılara "Buz dövrü -yeni macəralar" interaktiv myuziklı təqdim ediləcək. Sizləri bu unudulmaz kukla şousunda gözləyirik!

"Dəli Domrul" tamaşasının premyerası

Azərbaycan Dövlət pantomima teatrında "Kitabi Dədə Qorqud" dastanının eyni adlı boyu əsasında səhnələşdirilmiş "Dəli Domrul" tamaşasının premyerası keçiriləcək. Tamaşa Azərbaycanın əməkdar incəsənət xadimi Bəxtiyar Xanızadə tərəfindən səhnələşdirilib. Tamaşanın musiqisi Elman Rəfiyev tərəfindən hazırlanıb.

"Tıq-tıq xanım" tamaşası

Abdulla Şaiqin eyni adlı əsəri əsasında səhnələşdirilmiş "Tıq-tıq xanım" tamaşası "Yuq" teatrının səhnəsində göstəriləcək. Tamaşa 19:00-da başlayır.

"Tülkü, Tülkü, Tünbəki" tamaşası

Azərbaycan Dövlət Dram Teatrında uşaqlar üçün "Tülkü, Tülkü, Tünbəki" adlı tamaşa nümayiş olunacaq. Tamaşa 12:00-da başlayır.

"İlk insan" tamaşası

Kukla Teatrının səhnəsində Alber Kamyunun romanı əsasında səhnələşdirilən "İlk insan" mono-tamaşasının nümayişi olacaq.

Afişa

Video

Məlumat kitabçası

Beyti Kebap
  • Mətbəx:Türk
  • Ünvan:İbrəhimpaşa Dadaşov küç. 145B
Lavas
  • Mətbəx:Azərbaycan
  • Ünvan:Nobel prospekti 15, Megafun AVM 2-ci mərtəbə
Cratos lounge club
  • Mətbəx:Avropa
  • Ünvan:Azadliq prospekti
Kn House
  • Mətbəx:
  • Ünvan:Salatın Askerova küç., 161
Coincasa
  • Mətbəx:
  • Ünvan:Fətəli xan Xoyskiy küç., "Mall Ganjlik" Ticarət Mərkəzi
Max Mara
  • Mətbəx:
  • Ünvan:Neftçilər Pr., 151