Elan Teatr
Teatr
"Sevən Qadın" tamaşası

Akademik Milli Dram Teatrında yenidən qurulma işlərinin aparılması ilə əlaqədar olaraq, teatrın kollektivi Musiqili Komediya Teatrının səhnəsində lap yeni "Sevən Qadın" adlı tamaşanı təqdim edəcək. Tamaşanın müəllifi Əli Əmirlidir. 

«Notre Dame de Paris»

18 və 19 iyun H. Əliyev adına Sarayda Dünya şöhrətli müzikl «Notre Dame de Paris» nümayiş etdiriləcək. Nümayiş Litva-Azərbaycan mədəni əməkdaşlığı çərçivəsində həyata keçirilir. Esmiralda və Qvazimoda rollarını "UNS" teatrından tanıdığınız Nailə Zeynalova və İlham Nəzərov ifa edəcək. Məşhur estrada müğənnisi Səbinə Babayeva Flyor de Liz, "Evrovision 2008" iştirakçısı Elnur Hüseynov isə Febus rolunu ifa edəcək.

"Xeyir və Şər" tamaşası

Kukla teatrının səhnəsində Nizami Gəncəvinin eyniadlı əsərinin motivləri əsasında "Xeyir və Şər" tamaşasının premyerası olacaq.

"Oğru cənnətdə" tamaşası

Azərbaycan Akademik Milli Dram Teatrı "Oğru cənnətdə" tamaşasını təqdim edəcək. Tamaşada cəmiyyətin həyatında dərin iz qoymuş ikinci dünya müharibəsindən sonra İtalyada baş verən hadisələrdən danışılır. Vinçeso de Pretore adlı balaca oğru oğurladığı yemək və əşyaların hesabına aclıq və qorxu içində yaşayır...

"Dəli yığıncağı" tamaşası

14 iyun tarixində milli teatr festivalı çərçivəsində Naxçıvan Dövlət Musiqili Dram Teatrı "Dəli yığıncağı" tamaşasını təqdim edəcək.

"Psix" tamaşası

"Yuğ" teatrında dünya şöhrətli ispan yazıçısı Migel de Servantesin "Hiyləgər hidalqo Don Kİxot Lamançskiy" əsəri əsasında səhnələşdirilmiş "Psix" tamaşasının premyerası olacaq. Bu əsər dünyanın ən möhtəşəm romanlarındandır və tez bir zamanda yerli tamaşaçılara və şəhərimizin qonaqlarına təqdim olunacaq.

"Arşin mal alan" tamaşası

12 iyun 18:00 -da Kappelhausun səhnəsində tamaşaçılara "Arşin mal alan" tamaşası nümayiş etdiriləcək. Tamaşada iştirak edirlər: İlham Heybətov, Türkan Əlizadə, Fuad Rzayev, Nurlana Məmmədova, Bayram Kərimov, Vüsalə Baxışova və b. Tamaşa alman dilində nümayiş etdirilir.

"Salam, mən Sizin.....qaynananızam!" tamaşası

Sergey Belovun "Mamulya" pyesi əsasında qoyulmuş "Salam, mən Sizin.....qaynananızam!" tamaşası yeni mövsümdə Rus Dram Teatrının səhnəsində nümayiş olunacaq. Pyesin qəhrəmanı Nina artıq çoxdandır ki, hörmətli biznesmen Jenya ilə yaşayır və onun qanuni arvadı olmağı arzulayır. Nəhayət Jenya razılaşır, amma bir şərtlə: o gələcək qaynanası ilə tanış olmaq istəyir, necə deyərlər alma alma bağından... Nina təşvişə düşür: onun sevimli anası artıq bir ildir ki, sürgündədir...Nəisə etmək lazımdır, bəlkə bu qəhrəmanımızın son şansıdır. Nina çıxış yolu tapır: o, bir təsadüfi tanışı - aktyordan (Vladimir Dolinskiy) gələcək qaynana rolunu oynamağını xahiş edir.
Tamaşaya bilet oynanılır!

 

"Biderman və təhrikçilər" tamaşası

Azərbaycanda Gürcüstanın Mədəniyyət Günləri çərçivəsində Gənc Tamaşaçılar Teatrının səhnəsində Şote Rustaveli adına Gürcüstan Dövlət Akademik Teatrının İsveçrə yazıçısı Maks Frişin pyesi əsasında səhnələşdirdiyi "Biderman və təhrikçilər" tamaşası nümayiş etdiriləcək. Tamaşa 19:00 -da başlayır.

"Gəşəng toy" tamaşası

Populyar rus serialı "Univer"-in ulduzları H. Əliyev adına Sarayın səhnəsində "Gəşəng toy" tamaşasını təqdim edəcəklər. Tamaşada baş rolları Mariya Kojevnika (Alloçka), Vitali Qoqunskiy (Kuzya) oynayırlar. "Gəşəng toy" tamaşası bu ilin yazında səhnələşdirilib və müvəffəqiyyətlə bütün Rusiya üzrə nümayiş etdirilir
"Gəşəng toy" tamaşasına bilet qazanmaq üçün keçirilən müsabiqə başa çatdı!

"O olmasın bu olsun" tamaşası

A. Şaiq adına Azərbaycan Kukla Teatrında "O olmasın bu olsun" tamaşası nümayiş etdiriləcək. Tamaşa Üzeyir Hacıbəyovun eyni adlı əsərinin motivləri əsasında səhnəyə qoyulub. Sujetdə 1910 -cu ildə Bakıda baş verən hadisələr, həmçinin iki ürəyin -Sərvər və Gülnazın böyük və təmiz məhəbbəti təsvir olunur.

"Kafkadan salam"

"Yuq" teatrının səhnəsində bu mövsümdə "Kafkadan salam" tamaşasının premyerası baş tutacaq. Tamaşada şeytanın təsiri altına düşmüş bədbəxt adamlardan danışılır. Tamaşa 18:00 -da başlayır.

"Qaravəlli" tamaşası

Bakı Bələdiyyə Teatrı Teatr Xadimləri İttifaqının səhnəsində "Qaravəlli" satirik tamaşasını təqdim edəcək. Tamaşanın quruluşçu rejissoru Rövşən Əlimuradlıdır. Tamaşa 19:00 -da başlayır.

"Aureliyanın Oratoriyası" tamaşası

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin və Azərbaycan Teatr Xadimləri Birliyinin təşkilatçılığı ilə Bakıda keçiriləcək "Çexov adına İpək Yolu" festivalı çərçivəsində Rus Dram teatrında "Aureliyanın Oratoriyası" tamaşası olacaq. Tamaşanın ideyası və quruluşu -Viktoriya Tere-Çaplin.
"Aureliyanın Oratoriyası" tamaşasına bilet qazanmaq üçün keçirilən müsabiqə başa çatdı!

"Toy" tamaşası

Gənc Tamaşaçılar Teatrında Teatr İttifaqının Beynəlxalq konfederasiyası, Çexov adına Beynəlxalq Teatr festivalı, Belarusiya Respublikasının Nazirliyi və MDB olkələrinin Humanitar əməkdaşlıq fondunun dəstəyi ilə Yanka Kupala adına Milli akademik teatrının (Minsk, Belarusya) "Toy" tamaşası baş tutacaq. Tamaşa "Çexov festivalı İpək yolu" layihəsi çərçivəsində nümayiş etdiriləcək. Quruluşçu rejissor -Vladimir Pankov.
"Toy" tamaşasına bilet qazanmaq üçün keçirilən müsabiqə başa çatdı!
 

"Yağış" tamaşası

"Çexov festivalının İpək yolu" layihəsi çərçivəsində Rus Dram Teatrında Eluaz sirkinin (Monreal, Kanada) "Yağış" tamaşası nümayiş etdiriləcək. Müəllif və rejissor -Daniel Finsi Paska. Rəssam -Janno Penşo. Festival Azərbaycanın Mədəniyyət Nazirliyinin dəstəyi ilə keçirilir.
"Yağış" tamaşasına bilet qazanmaq üçün keçirilən müsabiqə başa çatdı!

"Oliver Tvistin macəraları" tamaşası

Gənc Tamaşaçılar Teatrında məşhur yazıçı Çarlz Dikkensin eyniadlı əsəri əsasında səhnələşdirilmiş "Oliver Tvistin macəraları" tamaşasının premyerası təqdim olunacaq. Quruluşçu rejissor Azərbaycanın xalq artisti Vaqif Əsədov, rejissor -Sərvər Əliyev. Tamaşada iştirak edirlər: Yasin Qarayev, Ağaxan Salmanlı, əməkdar artistlər Nofəl Vəliyev, Leyli Vəliyev, İlqar Cahangirov, Nübar Novruzova, Rafiq Seyidşah Məmmədov və başqaları. Tamaşanın premyerası 10 noyabr 17:00 -da baş tutacaq.

"Hərflərin qiyamı" tamaşası

Teatr Xadimləri İttifaqının səhnəsində əməkdar müəllim, şairə Nafilə Abuzərlinin "Hərflərin qiyamı" tamaşası təqdim olunacaq. Tamaşa İ. Əbilov adına Mədəniyyət Mərkəzinin "Mədəniyyət inciləri" Uşaq teatrının ifasında təqdim  olunacaq. Tamaşanın Ssenari müəllifi və quruluşçu rejissoru Racu Şıxlı, rəqs quruluşu -İradə Osmanova, bədii rəhbər Mirəhməd Əskərov. Tamaşada "Leyla" rəqs ansamblı çıxış edəcək.

"Diogen çəlləyi" tamaşasının premyerası

"Diogen çəlləyi" tamaşasının premyerası tamaşaçılara Azərbaycan dövlət "Yug" teatrının səhnəsində təqdim olunacaq. Tamaşa teatrın baş rejissoru Vaqif İbrahimoğlu tərəfindən səhnələşdirilib. Quruluşçu rəssam -Rəşid Şərif. Rollarda: Ruslan İsmayılov, Oktay Mehdiyev, Təranə Ocaqverdiyeva, Hikmət Rahim və başqaları.

"Don Kixot" baleti

Opera və Balet Teatrında "Don Kixot" baleti 3 hissədə nümayiş etdiriləcək. "Don Kixot" -Migel de Servantesin "Hiyləgər idalqo Don Kixot Lamançskiy" romanı əsasında balet. Servantesin romanında istənilən igidlik və xeyriyyəçiliyə hazır olan qəmgin Don Kixot süjetin əsasıdır. Baletdə Don Kixot ikinci dərəcəli personajdır, süjet isə Kitri və Bazilin sevgi əhvalatı üzərində qurulub.

Afişa

Video

Məlumat kitabçası

1st Station
  • Mətbəx:Avropa
  • Ünvan:Z.Əliyeva küç.,25
Shanti Lounge
  • Mətbəx:Avropa
  • Ünvan:Najaf Narimanov 7
Mojo club
  • Mətbəx:Avropa
  • Ünvan:13, Tarlan Aliyarbekhov str.
Harbour Tap & Grill
  • Mətbəx:Dəniz
  • Ünvan:Neftçilər pr.,153 (Port Baku)
Madame Coco
  • Mətbəx:
  • Ünvan:Fətəli xan Xoyskiy küç., "Mall Ganjlik" Ticarət Mərkəzi (1-ci mərtəbə)
The house of Villeroy & Boch
  • Mətbəx:
  • Ünvan:28 May küç., 6