Elan Teatr
Teatr
"Sevən Qadın" tamaşası

Dövlət Akademik Dram tetrında yenidən qurulma işlərin davamı ilə əlaqədar olaraq, teatrın kollektivi Rus Dram Teatrın binasında lap yeni "Sevən Qadın" adlı tamaşanı təqdim edəcəkdirlər. Tamaşanın müəllifi - Əli Əmirli.

“Matəm marşı və ya gözünüz aydın” tamaşası

Azərbaycan Dövlət Musiqili Komediya Teatrında Maarif Məmmədovun “Matəm marşı və ya gözünüz aydın” pyesinin əsasında səhnələşdirilmiş iki hissəli tamaşaya ictimai baxış keçirilib. Quruluşçu rejissoru Yusif Əkbərov olan tamaşada əsas rolları xalq artistləri İlham Namiq Kamal, Arif Quliyev, Fatma Mahmudova, əməkdar artistlər Ramiz Məmmədov, Naibə Allahverdiyeva, Xanım Qafarova, Elçin Həmidov və başqaları oynayır.

Mehdi Hüseynin yubileyi

Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin təşkilatı ilə Dövlət Musiqili Komediya teatrında Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Xalq Yazıçısı Mehdi Hüseynin anadan olmasının 100 illiyinə həsr olunmuş Yubiley gecəsi baş tutacaqdır.

"İnanılmaz əhvalatlar" tamaşanın premyerası

Russ Dram Teatrında Azərbaycan Mədəniyyətinin əməkdar işçisi olan Vladimir Neverovun yubileyinə həsr olunacaq yaradıcılıq gecəsi keçiriləcəkdir. Tamaşaçılara "İnanılmaz əhvalatlar" komedik mozaikanın  premyerası təqdim olunacaqdır.

"Altı nəfərlik pijama" tamaşası

Oktyabr ayında Sankt-Peterburg şəhəri teatr mərkəzinin bakıda gastrol səfəri keçəcəkdir. Teatr kollektivi 6 və 7 oktyabr Səməd Vurğun adına Rus Dram Teatrın səhnəsində "Altı nəfərlik pijama" tamaşası təqdim edəcəkdir. Tamaşanın quruluşçu rejissoru - Semyon Spivak yazıçı Mark Kamolettinin eyni adlı pyesi əsasında tamaşanı səhnələşdirəcəkdir. Rollarda: kiril Ulyanov, İrina Polyanskaya, Yekaterina Suvorova və Aleksandr Şpınyov.

"Arşın mal alan"

Azərbaycan Dövlət Musiqili Komediya Teatrının kollektivi yeni mövsümdə tamaşaçılarımıza Üzeyir Hacıbəyovun "Arşın mal alan" tamaşasının premyerasını təqdim edəcək.

"Koroğlu" operası

18 sentyabr Opera və Balet teatrında "Türksoy" ümummilli proyekti çərçivəsində Ü. Hacıbəyovun "Koroğlu" operası olacaq. Tamaşada Azərbaycan, Türkiyə, Kazağıstan, Kırğızıstan, Başqırdıstan və Tatarıstanın opera ulduzları iştirak edəcəklər. Baş rollarda: Koroğlu - Azərbaycanın əməkdar artisti Həsən Enəmi və Nigar rolunda - Zemfira İsmayılova. Dirijor - Azərbaycanın xalq artisti, professor Rauf Abdullayev.

"Aşıq Qərib" operası

Opera və Balet teatrın səhnəsində Zülfüqar Hacıbəyovun 125 illiyən həsr olunmuş üç səhnəli "Aşıq Qərib" operası qoyulacaqdır.

Opera və Balet teatrın səhnəsində Z

«Zınqırovlu pişik» tamaşası

Dövlət Kukla teatrı balaca premyeraya hazırlaşır. Balaca tamaşaçılara təqdim ediləcək yeni əsər «Zınqırovlu pişik» adlanır. Ə.Orucun müəlifi olduğu «Zınqırovlu pişik» tamaşası rejissor Elşadın quruluşunda təqdim olunacaq.  

"Müsəlmanların vəziyyəti" tamaşası

18 sentyabr İ. Əbilov Mədəniyyət Mərkəzində "Müsəlmanların vəziyyəti" tamaşası səhnələndiriləcəkdir. Tamaşanı "mədəniyyət inciləri" Uşaq Teatrın kollektivi tərəfində qoyulacaqdır, və dahi bəstəkar Üzeir Hacıbəylinin ad gününə həsr olunacaqdır.

Murad Yagizarovun yubiley gecəsi

Rus Dram Teatrın səhnəsində Azərbaycanın xalq artisti Murad Yagizarovun "Həyat, teatr və kino barədə" adlı yubiley gecəsi keçiriləcəkdir. Aktyor həyat və yaradıcılığında 200 rolu ifa edib və Azərbaycan, Rusiya, Gürçüstanda, Çexoslovakiyada və Almaniyada 34 filmdə çəkilmişdir.

"Adsız" tamaşası

Dövlət Pantomima teatrının səhnəsində Nargilə Qəribovanın rejissorluğu ilə və eyni adlı əsəri əsasında "Adsız" tamaşası nümayiş olunacaq. N.Qəribova tamaşada qadın obrazını da oynayır. Onun tərəf-müqabili isə teatrın gənc aktyoru Elnur İsmayılovdur. Tamaşanın əsas mövzusu, insanların günahı kənarda deyil, öz içində axtarması ideyasına xidmət edir...

"Türk sancağı" tamaşası

Bakı bələdiyyə teatrı tarıxı drama olan "Türk sancağı" tamaşasını təqdim edir. Quruluşçu rejissor -  Azərbaycanıb xalq artisti Amalya Pənahova.

"Falabaxan və ya sevgi magiyası seansı" tamaşası

Rusiyanın tanınmış "Altı kadr" sketç-şounun aktyorları Bakıda "Falabaxan və ya sevgi magiyası seansı" adlı tamaşanı təqdim edəcəklər. Gostrol 24-26 dekabr Rus dram teatrın səhnəsində keçiriləcəkdir. Baş rollarda: Eduard Radzyukeviç, Sergey Dorogov, Andrey Kaykov, Galina Danilova, İrina Medvedyeva.

"Sevilyadan bərbər" operanın təqdimatı

Azərbaycan Dövlət Opera və Balet Teatrın səhnəsində C. Rossinin üç aktlı "Sevilyadan bərbər" adlı operasının təqdimat mərasimi keçiriləcəkdir.

"Arılar arasında" tamaşası

Dövlət Akademik Milli Dram teatrının təqdimatında, Aktyor Evi teatrın səhnəsində "Arılar arasında" tamaşasının nümayiş olunacaq. Səhnələşdirilən ikihissəli dramatik komediyanın müəllifi görkəmli incəsənnət xadimi Elçindir. Quruluşçu rejissor - Azərbaycanın əməkdar incəsənət xadimi Bəhram Osmanov, quruluşçu rəssam - Altay sadıqzadə, bəstəkar - əməkdar incəsənət xadimi Fərəc Qarayev.

"Dejavü" tamaşası

Dövlət pantomim teatrının səhnəsində "Dejavü" adlı tamaşanın premyerası keçiriləcək. Tamaşanın müəllifləri Səbinə Hacıyeva və Bəhruz Əhmədlidir.  "Dejavü" tamaşasının müəllifləri nəinki səhnə əsərini yazıblar, onlar həm tamaşaya quruluş verir, həm də rolları ifa edəcəklər. İki nəfərlik tamaşanın musiqi tərtibatçısı isə E.Rəfiyevdir. Onu da qeyd edək ki, tamaşanın əsas mövzusu kişi və qadındır.

"Qatil" tamaşası

Dövlət Akademik Milli Dram teatrının təqdimatında Rus Dram Teatrın səhnəsində "Qatil" tamaşasının nümayiş olunacaq. Səhnələşdirilən ikihissəli dramatik komediyanın müəllifi görkəmli incəsənnət xadimi Elçindir.

"Uçqun" tamaşası

Dövlət Akademik Milli Dram Teatrıda "Uçqun" tamaşasının nümayişi olacaq. Quruluşçu rejissor - Azərbaycanın əməkdar incəsənət xadimi Bəhram Osmanov, bəstəkar - Siyavuş Kərimli.

Konsert - "Mənin hələ mahnılarım var"

Dövlət Akademik Opera və Balet teatrının səhnəsində Zöhrə Abdullayevanın "Mənin hələ mahnılarım var" adlı solo konserti keçiriləcəkdir. Biletləri şəhərin bütün mərkəzləşdirilmiş kassaları və teatrın kassasından əldə etmək olar.

Afişa

Video

Məlumat kitabçası

Toro Steakhouse
  • Mətbəx:Avropa
  • Ünvan:Atatürk parkı
Hayat Lounge Club
  • Mətbəx:Azərbaycan
  • Ünvan:R.Əliyev küç.,10
Qrasiya women club
  • Mətbəx:
  • Ünvan:M.Muxtarov küç.,184
The Rock Club
  • Mətbəx:
  • Ünvan:Həzi Aslanov küç. 109
The Entertainer
  • Mətbəx:
  • Ünvan:Fətəli xan Xoyskiy küc., (Ganjlik Mall, 3-cü mərtəbə)
Luisa Spagnoli
  • Mətbəx:
  • Ünvan:Üzeyir Hacibəyli küç.,69B