Elan Teatr
Teatr
"Qadın və onun kişiləri" tamaşası

Opera və balet Teatrın səhnəsində Moskavanın antrepriza teatrı trupasının iştirakında "Qadın və onun kişiləri" adlı lirik dramanın quruluşu baş tutacaqdır. Rollarda: Yelena Safonova, Aleksandr Nosik, Andrey Çernışev, Andrey İlyin.

Edvard Rozdinskinin yaradıcılıq gecəsi

ÜNS Yaradıcılıq səhnəsində Rusiyanın tanınınmış dramaturg, yazıçı və televiziya verlişlərinin aparıcısı olan Edvard Rozdinskinin iştirakı ilə yaradıcılıq gecəsi baş tutacaq.

"Cudro Flamengo"

Fransanın Azərbaycandaki səfirliyi və Fransız mədəniyyət mərkəzi sizi məmnuniyyətlə "Cudro Flamengo" tamaşasına R.Behbudov adına mahnı teatrına dəvət edir. Biletləri 30mart - 2 aprel tarixində saat 15:30-dan 19:00-dək Fransız mədəniyyət mərkəzində əldə edə bilərsiz.

"Zibillik pərvanələri" tamaşası

Dövlət Pantomim Teatrında "Zibillik pərvanələri" adlı tamaşası səhnələşdiriləcəkdir. Rejissor Bəxtiyar Xanızadə bu tamaşanı Şekspirin məhəbbət sonetləri əsasında hazırlayıb. Tamaşa daha yayğın bir tərzdə hazırlanıb, yəni rəqs üzərində qurulub. Kollektiv bütün kainatın harmonik tamlığının səbəbini məhəbbətdə görür.

"Don Kixot" və "Leyli və Məcnun" baletləri

19 iyun saat 19:00-da Azərbaycan Dövlət Opera və Balet Teatrın səhnəsində Qara Qarayevin bir hissəli "Don Kixot" və "Leyli və Məcnun" baletləri nümayiş etdiriləcək.

"Şeyda" tamaşası

Musiqili komediya teatrın səhnəsində Akademik Dram teatrın təqdimatında dramaturg Hüseyn Cavidin eyni adlı pyesi əasında "Şeyda" tamaşası qoyulacaqdır. Qeyd edək ki, tamaşanı teatrın baş rejissoru, xalq artisti Mərahim Fərzəlibəyov ilk dəfə, 1922 qoyulan tamaşadan seçilərək, təzə interpretasiyada qoyacaq.

"Otello" tamaşası

"Aktyorlar evi" teatr səhnəsində V. Şekspirin eyni adlı əsəri əsasında “Otello” tamaşası qoyulacaqdır. Tamaşada sevgi-məbbət, qısqanclıq və faciyə bir birini əvəz edir.

"Şekspir" tamaşası

ÜNS Yaradıcılıq səhnəsində yazıçı Elçinin eyni adlı əsəri əsasında və bəstəkar Tofiq Quliyevin musiqisi əsasında qurulan "Şekspir" tamaşasının təqdimatı baş tutacaqdır. Tamaşanın quruluşçu rejissoru - Bəhram Osmanov, rəssamı - Nüsrət Hacıyev.

"Birincilər və sonuncular" tamaşası

H. ərəblinski adına Sumqayıt Musiqili Dram teatrın 40 iliyi münasibətilə teatrın truppası Aktyorlar Evi səhnəsində Yucin O`Nilin "Birincilər və sonuncular" tamaşası səhnələşdirəcəkdir.

"Ağ qayıq" tamaşası

Şuşa Dövlət Musiqili Dram Teatrı "Ağ qayıq" tamaşası ilə Bakıda qastrol səfərində olacaq. Səfər çərçivəsində oynanılacaq bu tamaşanın ssenari müəllifi Elnurə Abdullayeva, rejissoru Samir Qulamovdur. Tamaşa Qarabağ müharibəsindən bəhs edir.

"Ölüləri qəbristanlıqda basdırın" tamaşası

Azərbaycan Dövlət Musiqili komediya teatrın səhnəsində xalq yazıçısı İsmail Şıxlının 90 illiyi münasibəti ilə, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrın kollektivi yazıçının eyni adlı əsəri əsasında "Ölüləri qəbristanlıqda basdırın" adlı tamaşanı səhnələşdirəcəkdir.

“Tamah” baleti

Görkəmli bəstəkar Sergey Prokofyevin “Tamah” baleti Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının səhnəsində qoyulacaqdır. İki hissəli bu tamaşa sevgi-məhəbbətə, sevərkən bəzən necə də sevgili şəxsə qarşı tamahın olmasından bəhs edir.

"Düyməcik"

Musiqili Komediya Teatrının səhnəsində H. X. Andersonun "Düyməcik" nağılının motivləri əsasında eyniadlı tamaşa səhnələşdiriləcək. Tamaşada valideynlərinin yeganə övladı olan Düyməciyi eybəcər qurbağa oğurlayır və öz çirkin oğlu ilə evləndirmək istəyir. Onların əlindən birtəhər canını qurtaran qızcığazın başına gələn sonrakı hadisələri uşaqlar həyəcan və maraqla izləyəcəklər...

Mən, Məhəmməd Füzuli (Rəhm)

"Yuğ" teatrı yeni mövsümü sentyabr ayının ortalarında dahi Azərbaycan şairi Məhəmməd Füzulinin əsərlərinin motivləri əsasında səhnələşdirilən "Mən Məhəmməd Füzuliyəm" tamaşası ilə açılıb.
Teatrın direktoru, tamaşanın bədii rəhbəri Vaqif İbrahimoğlunun məlumatına görə, artıq məşqlərinə başlanılan tamaşa 7 gənc rejissorun birgə əməyi nəticəsində hazırlanıb.

Mən, Məhəmməd Füzuli (Yar)

"Yuq" teatrının yeni mövsümü sentyabr ayının ortalarında dahi Azərbaycan şairi Məhəmməd Füzulinin əsərlərinin motivləri əsasında səhnələşdirilən "Mən Məhəmməd Füzuliyəm" tamaşası ilə açılıb.
Teatrın direktoru, tamaşanın bədii rəhbəri Vaqif İbrahimoğlunun məlumatına görə, artıq məşqlərinə başlanılmış tamaşa 7 gənc rejissorun birgə əməyi nəticəsində hazırlanıb.

"Çərçivə" tamaşası

Dövlət pantomim teatrın səhnəsində "Çərçivə" tamaşası qoyulacaq.

"Şahzadə Turandot"

Abdulla Şaiq adına Kukla teatrını səhnəsində "Şahzadə Turandot" adlı  tamaşası qoyulacaq. Tamaşa  K. Gocci  eyni adlı əsəri əsasında qoyulur.

 

"Qiz Qalası" baleti

Opera və Balet teatrının səhnəsində, Əfrasiyab Bədəlbəylinin Qiz Qalası baleti tamaşaçılara təqdim olunacaq.

Rza Əfqanlı – 110

Görkəmli teatr və kino xadimi, Xalq Artisti Rza Əfqanlının anadan olmasının 110 illiyi münasibəti ilə  Xatirə Gecəsi keçiriləcəkdir. Rza Əfqanlı «Bakılılar», «Kəndlilər», «Yeni horizont», «O olmasın, bu olsun», «Aygün», «Sevil», «Mən ki, gözəl deyildim», «Qanun naminə» və «Dağlarda döyüş» filmlərində yaratdığı obrazlar neçə nəsil tamaşaçıların rəğbətini qazanmışdır. Gecə 2009 il 20 may saat 19.00-da Musiqili Komediya Teatrının binasında keçiriləcək. Xalq Artisti Rza Əfqanlının yaradıcılığı pərəstişkarlarını Xatirə Gecəsinə dəvət edirik.

"Tolrvald və onun dostu Drago haqqında saqa" nağılı

"Didi" International Art-Centre "Dəcəl qızlar" ansamblı ilə birgə "Tolrvald və onun dostu Drago haqqında saqa" adlı nağılı təqdim edirlər. Tamaşa Rus Dram Teatrın səhnəsində qoyulacaqdır. Səhnə quruluşu skandinaviya mifləri və əfsanələri əsasında Norveç krallığın Müstəqillik günü münasibəti ilə qoyulur.
 

Afişa

Video

Məlumat kitabçası

Gubernator
  • Mətbəx:Türk
  • Ünvan:M.İbrahimov küç.,1
Yellow Door
  • Mətbəx:Avropa
  • Ünvan:28 May küç., 15A
Kn House
  • Mətbəx:
  • Ünvan:Salatın Askerova küç., 161
Capitol Baku
  • Mətbəx:Avropa
  • Ünvan:Nizami küç.,24
The Entertainer
  • Mətbəx:
  • Ünvan:Fətəli xan Xoyskiy küc., (Ganjlik Mall, 3-cü mərtəbə)
Max Mara
  • Mətbəx:
  • Ünvan:Neftçilər Pr., 151