Şah İsmayıl Əbülmüzəffər və ya I İsmayıl Səfəvi - Azərbaycanın və İranın görkəmli dövlət xadimi, Səfəvilər Dövlətinin banisi və Xətai ləqəbi altında yazan tanınmış Azərbaycan şairidir. Müasir Azərbaycanın milli dövlətçilik ənənələrini, məhz Azərbaycan dilini tarixdə ilk dəfə yeganə rəsmi dövlət dili səviyyəsinə yüksəldən Şah İsmayıldır.
Azərbaycan Dövlət Musiqili teatrın səhnəsində Yazıçı Anar və V. Adıgözalovun eyni adlı əsəri əsasında "Aldın payını, çağır dayını" adlı tamaşası qoyulacaqdır.
Dövlət pantomim teatrın səhnəsində Aqutakava Rünoskenin eyni adlı əsəri əsasında Bəxtiyar Xanızadənin rejisorluğu ilə "Kesa və Morito" adlı tamaşası qoyulacaq.
Opera ən qədim və ən canlı, real həyatın güzgüsü olaraq hələdə bizi valeh edir. Opera səhnədə gündəmdə rastlaşdığımız sevgi və qısqanclıq, sevgi üçbucağı, dəhşətli tragediyasını üzə çixardır. Payatsı operasında qısqanc ər arvadını və onun məşuqunu öldürdükdən sonra, öz həyatınada son qoyur.
Opera və balet teatrları səhnəsində "Aşıq Qərib" operasının səhnələşdirilməsi baş tutacaq. Opera müəllifi Azərbaycanın əməkdar incəsənət xadimi, Azərbaycan Musiqili Komediya Teatrının banilərindən biri olan - bəstəkar Zülfüqar Hacıbəyovdur.
3 pərdə, proloq və epiloqdan ibarət bu operanın libretto müəllifi naşir, bir sıra kitabların müəllifi və tərtibçisi Nazim Ibrahimov, şer mətnlərinin müəllifi isə Rüzgar Əfəndiyevadır. Onlar Qarabağın hakimi Mehdiqulu xanın qızı Xurşudbanu Natəvanın həyat və yaradıcılıq yolunu, XIX əsrin ikinci yarısında Qarabağda baş verən hadisələri maraqlı və əyani faktlarla əks etdirmiş və ən əsası odur ki, dramaturji xətti Azərbaycanın bu günü ilə sıx əlaqələndirmişlər.
Yanvarın 28 -i Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Polad Bülbüloğlunun “Eşq və ölüm”, yaxud “Ölümlə rəqs edən məhəbbət” baletinin tamaşası olacaq.
Abdulla Şaiqin Mənzil Muzeyi tərəfindən 22 yanvar 2009-cu ildə saat 12-də A.Şaiqin böyük qardaşı ictimai-siyasi xadim, Daxili Qoşunların yaradıcılarından biri, vətənin istiqlaliyyəti yolunda şəhid olan, sovet dönəmində adının düşmən qismində belə çəkilməsi qadağan olunmuş Yusif Ziya Talıbzadəyə və 20 yanvar Şəhidlər gününə həsr olunan "Yusif Ziya və hərbi vətənpərvərlik" mövzusunda ədəbi-bədii tədbir keçiriləcək.
24 yanvar Rəşid Behbudov adına Dövlət Mahnı Teatrının səhnəsində, Gənclər Teatrının təqdimatında Hidayət Orucovanın "Məhəbbət yaşayır hələ" adlı tamaşasının premyerası keçiriləcək.
İbrus Teatrının səhnəsində "Tartyuf Ağayeviç" əsəri göstəriləcək. Tamaşa Jan Batist Müllerin "Tartyuf" əsərinin azərbaycan variantı əsasında səhnələşdirlib. Teatrın bədii rəhbəri -Rüstəm İbrahimbəyov.
Fevral ayının 28-i "Yuğ" teatrında Slaboden Şnayderin eyni adlı pyesinin motivləri əsasında "İlan dərisi" tamaşasının nümayişi olacaqdır. Tamaşada "Doğulmamış uşaq - İlan" obrazı Martanın zorakılığa məruz qalmasının təcəssümü kimi anlaşılır. Əzranın uşaq yox, "ilan doğmasını" yəqin etməsi, qış gecələrində saatlarla ilanla "söhbət", hətta onunla "rəqs" belə etməsi surətin daxili aləminin tamaşaçı beynində müxtəlif assosiasiyalarını yaradır. İlanın qanlı köynəyinin tonqala atılması, sonda ənənəvi üçlüyün səhnəyə gəlişi ilə tamaşa başa çatır. Buradakı ilan obrazı mahiyyətcə insanın daxili şərinin ifadəsi kimi də anlaşıla bilər. İnsanın daxilində tülkülük, canavarlıq, ilanlıq kimi mənfi keyfiyyətlər var. Lakin insan təkcə bunlardan ibarət deyil. İnsanın xeyir imkanı daha çox və dərinlərdədir.
Tamaşanın qəhrəmanı tacir Əsgər ailə qurmaq üçün qızı əvvəlcədən görüb sevmək arzusu ilə yaşayır. Mühit, şərait, ən başlıcası isə adət buna yol vermir. Dostu Süleymanın məsləhəti ilə küçələri, evləri adi bir arşın malı satan kimi gəzəndə Soltan bəyin qızı Gülçöhrə ilə rastlaşır. Gənclər ilk baxışdan bir-birilərini sevirlər. Müxtəlif maneələrə, çətinliklərə baxmayaraq nəhayət onlar arzularına çatırlar.
Opera və Balet teatrın səhnəsində "Xeyir və Şər"baleti qoyulacaq. Tamaşa Nizami Gəncəvinin "Xeyir və Şər " əsərinin və Tofiq Bakıxanovun musiqisi əsasında qoyulacaq. Tamaşada susuz səhrada Xeyirin ürək genişliyi ilə xeyir iş görməsindən və buna cavab olaraq Şərin törətdiyi bədxah əməllərdən danışılır.
Neftçilərinin əməyindən bəhs edən "Xəzər balladası" baleti Azərbaycan balet sənətini zənginləşdirmişdir. Xüsusilə "Xəzər balladası" baleti müəllifinə ölkəmizdə də, onun hüdudlarından kənarda da böyük şöhrət gətirmişdir. Bu bir pərdəli balet 1968-ci ildə Azərbaycan Dövlət Opera və Balet teatrında tamaşaya qoyulmuşdur.
Pantomim teatrın səhnəsində Məhəmməd Fizulinin əsəri əsasında "Leyli və Məcnun" tamaşasının səhnə quruluşu baş tutacaq. Qeyd edək ki, Quruluşçu rejisor Bəxtiyar Xanı-zadedir. Tamaşa iki sevən gəncin ülvi məhəbbəti, onların faciəli taleyi haqqında, bütün Şərq poeziyasında yüz illərlə yaşayan, qədim rəvayət barədə zəmanəmizin poetik hekayətidir.
Dövlət Pantomim Teatrın səhnəsində görkəmli bəstəkarımız Üzeyir Hacıbəyovun “Biz nə töyür iş görürük” felyetonu əsasında hazırlanmış “Dulusçu” tamaşası qoyulacaqdır. Tamaşanın quruluşçu rejissoru, Əməkdar İncəsənət Xadimi Bəxtiyar Xanızadə, quruluşçu rəssamı Qurban Məsimov, musiqi tərtibatçısı Elman Rəfiyevdir...
“Maska” tamaşası artıq neşə zamandır ki Pantomim teatrın repertuarındadır. Məhəbbət üzərində qurulan tamaşada gənc oğlan bilmədən təmiz və ülvi məhəbbətlə əxlaqsız qıza aşiq olur. Oğlanın dostları onu qızdan ayırmağa nə qədər cəhd göstərsələr də, heç bir nəticə əldə edə bilmirlər.
Dövlət Akademik Dram Teatrının kollektivi Əli Əmirlinin “Varlı qadın” iki hissəli komediyasını səhnələşdirəcək. Səhnə əsərində pulun cəmiyyətdə rolundan bəhs edilir. Tamaşanın quruluşçu rejissoru və səhnə tərtibatçısı əməkdar incəsənət xadimi Bəhram Osmanovdur.
Dövlət Akademik Dram Teatrında Hüseynbala Mirələmovun eyniadlı “Xəcalət” tamaşasının nümayişi olacaq. Tamaşa Qarabağ müharibəsində çiyin-çiyinə vuruşan, lakin müharibədən sonra uzun müddət bir-birindən ayrı düşən iki uşaqlıq dostunun görüşündən bəhs edir. Qeyd edək ki, tamaşanın quruluşçu rejissoru Bəhram Osmanov.
13 fevral Musiqili Komediya Teatrında Oqtay Rəcəbov və Aqşin Babayevin "Əlin cibində olsun" musiqili komediyasının tamaşası baş tutacaq. Səhnə deputatlığa namizədliyini irəli sürmüş Veysəl İbadoviçin rəsmi olan dollara bürünmüşdü. Tamaşa seçki kampaniyasının şıdırğı məqamı ilə başlayır. İş adamı Veysəl İbadoğlu deputat olmaq üçün dəridən qabıqdan çıxır. O, ətrafına çoxlu adamlar yığır, onların vasitəsilə deputat olmağa can atır. Ona bu işdə Əsmər adlı bir aktrisa və jurnalist daha çox kömək edir. Onların köməyi əslində pula bağlıdır. Bu şəxslər pulla Veysəl tbadoviçi göylərə qaldırır, nə olur olsun, onun pulunu qamarlamağı qərara alırlar.
Afişa
Video
Məlumat kitabçası
- Mətbəx:İspan
- Ünvan:Xəqani küç.,42 (M.F. Axundov adına Milli Kitabxananın yanı)
- Mətbəx:Avropa
- Ünvan:Bayrağ Meydanı
- Mətbəx:Avropa
- Ünvan:Nizami küç., 34
- Mətbəx:Avropa
- Ünvan:Z. Xəlilov küç.
- Mətbəx:
- Ünvan:Azadlıq pr., m. 28 May, "28 Mall" Ticarət Mərkəzi (4-cü mərtəbə)
- Mətbəx:
- Ünvan:28 May küç., 5A