Elan Teatr
Teatr
“Bayadera” tamaşası

Azərbaycan Dövlət Musiqili Komediya Teatrının rus bölməsində İmre Kalmanın “Bayadera” əsəri əsasında eyniadlı tamaşanın təqdimatı keçiriləcək. Tamaşada  Ərəb ölkələrindən birində iki gənc-Bayadera və Racinin arasında olan, müsbət sonluqla bitən ülvi məhəbbətdən söhbət gedir.

"Talelər qovuşanda" tamaşası

Azərbaycan Dövlət Musiqili Komediya Teatrının səhnəsində E. Ocaqov, F. Zöhrabov və R. Hacıyevin eyniadlı əsəri əsasında "Talelər qovuşanda"  tamaşası nümayiş etdiriləcək.

"Dələduz" əsərinin premyerası

Azərbaycan Gənc Tamaşaçılar Teatrında Nəcəf bəy Vəzirovun "Dələduz" əsərinin premyerası keçiriləcək. Teatrın baş direktoru Mübariz Həmidovun verdiyi məlumata görə, premyera fevralın 19-da Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında olacaq.

«Kişi və qadın» tamaşası

Dövlət Gənclər Teatrı Əli Əmirlinin «Kişi və qadın» əsərini tamaşaçılara təqdim edəcək. Tamaşa ailə və məişət problemindən bəhs edir. Qurluşçu rejissoru isə əməkdar incəsənət xadimi Hüseynağa Atakişiyevdir.

"Herostratı unudun!" tamaşası

Dövlət Gənclər Teatrı Qriqori Qorinin "Herostratı unudun!" əsərini tamaşaçılara təqdim edəcək. Tamaşa reallığa cəmiyyətə həsr olunmuş səhnə pritçası kimidir. Qurluşçu rejissoru isə əməkdar incəsənət xadimi Hüseynağa Atakişiyevdir.

«Dünyanın axırı» tamaşası

Gənc Tamaşaçılar Teatrı əməkdar incəsənət xadimi Rəhman Əlizadənin «Dünyanın axırı» adlı pyesini səhnələşdiriləcək. Əsərin quruluşçu rejissoru müəllif özüdür. Tamaşanın quruluşçu rəssamı Vüqar Əlidir. Səhnə əsərində görkəmli bəstəkar Qara Qarayevin musiqi əsərlərindən istifadə olunacaq.

"Əbləhlərin toyu" tamaşası

Gənc Tamaşaçılar Teatrı əməkdar incəsənət xadimi Rəhman Əlizadənin «Əbləhlərin toyu» adlı pyesini səhnələşdirib. Əsərin quruluşçu rejissoru əməkdar incəsənət xadimi Hüseynağa Atakişiyevdir. Tamaşanın quruluşçu rəssamı, xalq rəssamı, Dövlət Mükafatı laureatı Nazim Bəykişiyevdir. Səhnə əməkdar incəsənət xadimi Sərdar Fərəcovun musiqi əsərlərindən istifadə olunur.

"Diqqət şəhərdə manyak var" tamaşanın premyerası

Azərbaycan Dövlət Musiqili teatrın səhnəsində Ə. Nəsinin və S. Fərəcovun eyni adlı əsəri əsasında "Diqqət şəhərdə manyak var" adlı tamaşası nümayiş olunacaq.

"Birinci akt" tamaşası

Dövlət “Yuğ” Teatrında yeni tamaşanın məşqləri gedir. Böyük rus yazıçısı Anton Çexovun "Albalı bağı" pyesinin motivləri əsasında hazırlanan tamaşa "Birinci akt" adlanır. Tamaşaya teatrın baş rejissoru və bədii rəhbəri Vaqif İbrahimoğlu quruluş verir. Yaradıcı heyət tamaşanı mart ayının axırlarında təhvil verməyi nəzərdə tutur.

“Körpü” tamaşası

İrəvan Dövlət Dram Teatrın təqdimatında İftixar Piriyevin ssenarisi əsasında hazırlanmış “Körpü” tamaşası nümayiş olunacaq. Süjet xəttinin əsasını imperiyaya və müstəmləkəyə qarşı mübarizə təşkil edir. Tamaşada gürcü xalqının da problemləri əks olunub.

Notr Dam de Pari

ÜNS Yaradıcılıq səhnəsində martın 7-si Viktor Hyugonun "Paris Allahın anasını Kilsısi" əsərinin üzərində qurulmuş Notr Dam de Pari adlı müzikl qoyulacaq. Qeyd edək ki müziklın bəstəkarı - Rikkardo Koççante, və libretto müəllifi - Lyuk Plamondondur.

"Romeo və Culyetta" baleti

Dövlət opera və Balet teatrın səhnəsində Vilyam Şekspirin eyni adlı pyesi əsasında, Pyotr Çaykovskinin "Romeo və Culyetta" baletinin səhnə quruluşu olacaqdır.

"Rigoletto" operası

Dövlət opera və Balet teatrında Viktor Hügonun "Kral məzələnir" əsərinin motivləri əsasında, Cuzeppe Verdinin "Rigoletto" operası səhnələşdiriləcək.

"Pantomim buketi" tamaşası

Dövlət pantomim teatrın səhnəsində Bəxtiyar Xanızadənin eyni adlı əsəri əsasında və rejisorluğu altında  "Pantomim buketi" tamaşası qoyulacaq.

"Yol" tamaşası

Dövlət pantomim teatrın səhnəsində Nargilə Qəribovanın eyni adlı əsəri əsasında və rejisorluğu altında  "Yol" tamaşası qoyulacaq.

"Balaca şahzadə" tamaşası

Dövlət pantomim teatrın səhnəsində Antuan de Sent Ekzüperinin eyni adlı əsəri əsasında və Bəxtiyar Xanı-zadənin rejisorluğu altında  "Balaca şahzadə" tamaşası qoyulacaq.

"Gəl Novruzum" tamaşası

Aktyor evi teatrında, Akademik Dram Teatrın təqdimatında, "Gəl Novruzum" adlı tamaşası səhnələşdiriləcək. S. Cavadlının eyni adlı əsəri əsasında qoyulan bu tamaşanın əsas məzmunu Novruz bayramıdır.

Milli Teatrın 136-cı il dönümü

Milli Teatrın 136-cı il dönümünə həsr olunmuş gecəsi Aktyor evində qeyd olunacaq. Mərasimdə Teatr İttifaqının Xadimlərinin mükafatlandırılması keçiriləcəkdir. Həmçinin, mərasimdə "Son teatr mövsümlərinin ən yaxşı plakatları" adında teatr plakatlarının sərgisi keçiriləcəkdir.

Məmmədağa Hüseynovun 80 illiyi

Muzey Mərkəzinin akt zalında tanınmış Azərbaycan kinomatografiyanın kinorəssamının, Məmmədağa Hüseynovun 80 illiyinə həsr olunmuş gecə mərasimi baş tutacaqdır.

Afişa

Video

Məlumat kitabçası

High Boost Restaurant & Lounge
  • Mətbəx:Avropa
  • Ünvan:Babək prospekti, 8D
Circle restaurant and music hall
  • Mətbəx:Avropa
  • Ünvan:Mərdanov Qardaşları, 117C
Black Lounge
  • Mətbəx:Avropa
  • Ünvan:Abdulla Şaiq küç., 241
IN Club
  • Mətbəx:Avropa
  • Ünvan:Nizami küç., 34
Pink accessories
  • Mətbəx:
  • Ünvan:M. Rəsulzadə küç., 8
Longines
  • Mətbəx:
  • Ünvan:28 May küç. 6