Elan Teatr
Teatr
"Çimnaz xanım yüxudadır" tamaşası

Gənc Tamaşaçılar Teatrın səhnəsində Suleyman Rüstəmin artıq sevilmiş əsəri əsasında uşaqlar üçün "Çimnaz xanım yüxudadır" tamaşası səhnələşdiriləcəkdir.

"Edit Piaf. Mənim legionerim" tamaşası

27 - 28 noyabr  "Üns" Teatrın səhnəsində Roman Viktyukun tədimatında "Edit Piaf. Mənim legionerim" tamaşası səhnələşdiriləcəkdir. Tamaşada ölüm və sevginin həyatımızı dəyişə biləcək belə güvvəsindən söz açır. Rollarda: Rusiyanın əməkdar artisti Nikolay Dobrının, Fərhad Mahmudov, caz-divası Nutsa.

«Şeyx Sənan» tamaşası

Gənc Tamaşaçılar Teatrının səhnəsində Hüseyn Cavidin «Şeyx Sənan» tamaşasının təqdimatı keçiriləcək. Tamaşanın quruluşçu-rejissoru Cənnət Səlimovadır.Tamaşa saat 19:00 başlanır.

"Məkkəyə gedən yol" tamaşası

Gənc Tamaşaçılar Teatrın yaradıcı kollektivi tamaşaçılara Cəlil Məmmədquluzadənin "Danabaş kəndinin əhvalatları" povesti əsasında səhnələşdirilmiş "Məkkəyə gedən yol" tamaşası təqdim edir. Tamaşanın başlanğıcı saat 19:00-da.

“Hekayəti-xırs quldurbasan” tamaşası

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrın kollektivi Mirzə Fətəli Axundovun “Hekayəti-xırs quldurbasan” komediyası əsasında tamaşa məşqlərinə başlamışdır. 

"Cəhənnəmin kirənişinləri" tamaşası

Rus dram Teatrında dramaturq Elçinin "Cəhənnəmin kirənişinləri" adlı əsəri səhnəyə qoyulacaq. Tamaşanın quruluşçu-rejissoru - Kamran Şahmərdan. Baş rollarda: Azərbaycanın  xalq artistləri - Yuriy Balyuyev, Səfa Mirzəhəsənova və əməkdar artist Mələk Abbaszadə.

Xuraman Vəfanın yaradıcılıq gecəsinə

Əziz Bakı əhli və şəhərimizin qonaqları sizləri tanınmış şairə Xuraman Vəfanın yaradıcılıq gecəsinə dəvət edirik. Gecə şairənin 50 illiyinə həsr olunacaqdır. Gecənin xüsusi qonaqları: İlhamə Quliyeva, Nazpəri Dostaliyeva, Əminə Yusif qızı və s. Əlaqə nömrələr: (+994 12) 598 17 72, (+994 12) 598 17 74, (+994 50) 677 86 16. 

"Gecəquşu" operettası

"Üns" yaradıcılıq səhnəsində Moskva Musiqili Teatrı "Gelikon Opera" təqdimatında İogan Ştrausun şedevri olan  "Gecəquşu" operettası səhnələşdiriləcəkdir. Operettanın quruluşçu rejissoru - Dmitriy Bertman, dirijor - Yalçın Adıgözəlov.


 

"Ələddinin sehirli çırağı" tamaşası

Gənc Tamaşaçılar Teatrında "Ələddinin sehirli çırağı" adlı ərəb xalq nağılının əsasında tamaşa səhnələşdiriləcək. Tamaşaçılar Ələddin və gözəl şahzadə Budurla birlikdə romantik qəhrəmanlar və sirli hadisələrlə dolu şərq nağıllar aləminə səyahət edəcəklər.

"Əlibaba və qırx quldur" tamaşası

Gənc Tamaşaçılar Teatrının səhnəsində "Əlibaba və qırx quldur" adlı Ərəb xalq nağılının motivləri əsasında tamaşa səhnələşdiriləcək. Quldurların qızıllarını ələ keçirən və kasıblara paylayan Əlibabanın taleyinə birgə tamaşa edə bilərsiniz.

"İddialı qaraçı" tamaşası

Musiqili Komediya Teatrının səhnəsində İmre Kalmanın "İddialı qaraçı" tamaşası nümayiş etdiriləcək.Tamaşa Bakı əhalisinə və şəhərimizin qonaqlarına üç gün təqdim olunacaq. Tamaşanın musiqisi saflıq və cazibəliklə fərqlənir və əminik ki, sizlərə xoş əhval-ruhiyyə bəxş edəcək.

"Viktoriya" tamaşası

Gənc Tamaşaçılar Teatrın səhnəsində norveç yazıçısı Knut Hamsunun eyniadlı əsəri əsasında "Viktoriya" tamaşası səhnələşdiriləcəkdir.

"Yay gecəsində yuxu" tamaşası

Azərbaycan Dövlət Kukla Teatrında Vilyam Şekspirin eyni adlı əsərinin motivləri əsasında "Yay gecəsində yuxu" tamaşasının premyerası keçiriləcək. V.Şekspirin“Yay gecəsində yuxu” pyesi əsasında böyüklər üçün nəzərdə tutulan tamaşanın quruluşçu rejissoru əməkdar incəsənət xadimi Rəhman Əlizadə,quruluşçu rəssamı Lətifə Quluzadədir.Tamaşada A.Motsartın musiqisindən istifadə olunub.

"Bankir adaxlı" komediyası

Dövlət Musiqili Komediya Teatrın səhnəsində Emin Sabitoğlu və Tamara Ağayevanın "Bankır adaxlı" komediyası təqdim olunacaqdır. 

Mən, Məhəmməd Füzuli (Vəsl)

"Yuğ" teatrı yeni mövsümü dahi Azərbaycan şairi Məhəmməd Füzulinin əsərlərinin motivləri əsasında səhnələşdirilən "Mən Məhəmməd Füzuliyəm" tamaşası ilə açıb. Teatrın direktoru, tamaşanın bədii rəhbəri Vaqif İbrahimoğlunun məlumatına görə, artıq məşqlərinə başlanılan tamaşa 7 gənc rejissorun birgə əməyi nəticəsində hazırlanıb.

İtaliya "Comedy show" pantomim teatrın gastrol səfəri

İtaliya "Comedy show" pantomim teatrın aktyorları gastrol səfəri çərmivəsində Bakıda  çıxış edəcəklər. Tamaşalar 25 fevral saat 15:00-da - Xarici dillər universtetində,23 fevral 16:30`da - International Scholl of Baku və 27 fevral 18:00`da Kapelhaus məkanlarında keçiriləcəkdir

Kösanın macəraları

Əziz valideynlər və kiçik balalar, 19 və 20 mart Əl oyunları Sarayında, Baharın gəlişini əks edən Novruz bayramı günlərində "Kösanın macəraları" adlı uşaq tədbiri keçiriləcəkdir. Sizləri unudulmaz əyləncə və sürprizlər gözləyəcəkdir.

"Şeytan Əmməlləri" tamaşası

Bakıda keçirilən Milli Teatrlar Festivalı çərçivəsində, teatr Xadimləri Səhnəsində Lənkəran Dram Teatr kollektivin təqdimatında "Şeytan Əmməlləri" tamaşası səhnələşdiriləcəkdir. Tamaşanın quruluşçu-rejissorları - Zurab Kekadze və İslam Cəfər oğlu. Musisi - Laşa Zalkaliani.

"Mamoy kişinin yuxuları" tamaşası

Teatr Xadimləri İttifaqın səhnəsində Lənkəran Dram Teatrın iki hissəli Vaqif Səmədoğlunun eyni adlı əsəri əsasında "Mamoy kişinin yuxuları" tamaşası səhnələşdiriləcəkdir. Quruluşçu-rejissor - Aqil Zeynalov. Baş rollarda - Lənkəran Teatrın artistləri - Eynəli Nurullayev, Sucəddin Mirzəyev, Qızılgül Quliyeva, Miraslan Ağayev və s.

Afişa

Video

Məlumat kitabçası

1st Station
  • Mətbəx:Avropa
  • Ünvan:Z.Əliyeva küç.,25
Cafe park Chinar
  • Mətbəx:Avropa
  • Ünvan:Azadlıq pr, Heydər Əliyev Adına İstirahət Parkı
Khazar Golden Beach club
  • Mətbəx:
  • Ünvan:Mərdəkan yolunda
Open Pool, Bar & grill
  • Mətbəx:
  • Ünvan:Heydər Əliev prospekti, 2 (Hotel Excelsior)
Liadro
  • Mətbəx:
  • Ünvan:28 May küç., 7A
Beatrice
  • Mətbəx:
  • Ünvan:Azadlıq pr., 22