Elan Teatr
Teatr
"Ölüm hökümü" tamaşası

Milli Teatrlar Festivalı çərçivəsində Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrın səhnəsində Gəncə Dövlət Dram Teatrın təqdimatında Elçinin eyni adlı pyesi əsasında "Ölüm hökümü" tamaşası səhnələşdiriləcəkdir.

"Varlı qadın" tamaşası

Azərbaycan Gəncə Dövlət Dram Teatrın truppasının təqdimatında Gənc Tamaşaçılar Teatrın səhnəsində Əli Əmirlinin eyni adlı əsəri əsasında "Varlı qadın" tamaşası səhnələşdiriləcəkdir.

"Dəniz kənarı ilə qaçan, ala it" tamaşası

Azərbaycan Şuşa Dövlət Musiqili Komediya Teatrın truppasının təqdimatında Rus Dram Teatrın səhnəsində Çingiz Aytmatovun eyni adlı əsəri əsasında "Dəniz kənarı ilə qaçan, ala it" tamaşası səhnələşdiriləcəkdir. Tamaşa Milli Teatrlar Festivalı çərçivəsində qurulacaqdır.

"Ağa Məhəmməd Şah Qacar" tamaşası

Sumqayıt Dövlət Musiqili Komediya Teatrın truppasının təqdimatında Teatr Xadimlər İttifaqı səhnəsində Abdulrəhimbəy Ağaverdiyevin eyni adlı pyesi əsasında "Ağa Məhəmməd Şah Qacar" tamaşası səhnələşdiriləcəkdir. Tamaşa Milli Teatrlar Festivalı çərçivəsində qurulacaqdır.

"Lənkəran Xanlığının vəziri" tamaşası

Gənc Tamaşaçılar Teatrında Mirzə Fətəli Axundovun eyni adlı əsəri əsasında "Lənkəran Xanlığının vəziri" tamaşası səhnəyə qoyulacaq.

«Xocalı» tamaşası

Fevralın 23-də, saat 15:00-da, Şirvanşahlar sarayında «Günay» Uşaq Teatrının ifasında «Xocalı» tamaşası təqdim ediləcək.  

Mən, Məhəmməd Füzuli (Rüsva)

"Yuğ" teatrı yeni mövsümü dahi Azərbaycan şairi Məhəmməd Füzulinin əsərlərinin motivləri əsasında səhnələşdirilən "Mən Məhəmməd Füzuliyəm" tamaşası ilə açılıb. Teatrın direktoru, tamaşanın bədii rəhbəri Vaqif İbrahimoğlunun məlumatına görə, artıq məşqlərinə başlanılan tamaşa 7 gənc rejissorun birgə əməyi nəticəsində hazırlanıb.

"Körpudən mənzərə" tamaşası

Teatr Xadimləri İttifaqının səhnəsində Azərbaycan Dövlət Dram Teatrın təqdimatında Artur Millerin eyni adlı pyesi əsasında qoyulan "Körpudən mənzərə" tamaşasının təqdimatı səhnələşdiriləcəkdir. Tamaşa iki hissədən ibarətdir.

“Qapalı Qapı” tamaşası

Biz bərabər imkanlar və müxtəliflik yanaşması ilə həyata keçiridiyimiz vətəndaş cəmiyyəti sahəsində növbəti Interaktiv Teatr adlanan layihəmizi sizə təqdim etməkdən məmnunuq. Bu layihə LOTOS - Əlilliyin Dərki və Təlim mərkəzi ilə təşkil olunub. Layihənin əsas məqsədi teatr səhnəsindən istifadə edərək sağlamlıq imkanları məhdud olan insanların hüquqları barədə içtimai məlumatlılığı artırmaq və gənc Azərbaycan vətəndaşlarını layihədə tam və aktiv iştirakı üçün həvəsləndirməkdir.

"Stullar" tamaşası

13 mart, paytaxtın İbrus teatrında "Stullar" burlesk-faciəsi tamaşası səhnələşdiriləcəkdir. Tamaşada iştirak edirlər - Ejena İonesko, Veronik Daniel, Jan Pol Şentyu və başqaları. Quruluş və işıq - Alen Bonnevalın. Tamaşa Fransa Mədəniyyəti Mərkəzi tərəfindən və fransız dilində təqdim olunacaqdır.Əlaqə üçün: (+994 12) 490 81 24.

"Gəl, Novruzum" tamaşası

Teatr Xadimləri İttifaqı səhnəsində Azərbaycan Dövlət Akademik Dram teatrın kollektivi tərəfindən "Gəl, Novruzum" adlı tamaşa səhnələşdiriləcəkdir. Tamaşa yalnız bayram günlərində təqdim olunacaqdır.

"Kiçik bir addım"

British Council Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi ilə əməkdaşlıq çərçivəsində sizi Devid Hastingz tərəfindən qələmə alınmış və Oksford Pleyxaus (Oxford Playhouse) tərəfindən təqdim olunan KİÇİK BİR ADDIM-adlı yeni Britaniya tamaşasına baxmağa dəvət edir. Tamaşa Inqilis dilində səhnələşdiriləcək və tərcümə ilə təmin olunacaqdır. Giriş dəvətnamə ilədir. Dəvətnamə əldə etmək üçün aprel ayının 5dən etibarən British Council-a müraciət edə bilərsiniz.

"Sönmüş talelər" tamaşası

Dağıstan Respublikası Azərbaycan Dövlət Dram Teatrı yazıçı dramaturq Rafiq Rəhimlinin "Sönmüş talelər" tamaşası ilə qastrol səfərinə gəldir. Tamaşanın quruluşçu rejissoru Dağıstan RespublikasınınƏməkdar artisti Laləzar Hüseynova, quruluşçu rəssamı Naidə Əlimətova, musiqi tərtibatçısı DR-nın Əməkdar artisti Sevda Bəybalayevadır. Tamaşa 2010-cu il aprel ayının 12-də saat 16:00-da Gənc Tamaşaçılar Teatrının səhnəsində qurulacaqdır.

"Yatmış iti oyatmayın" tamaşası

Dövlət Opera və Balet Teatrının səhnəsində KKM Production "Yatmış iti oyatmayın" tamaşasını təqdim edir. Tamaşanın süjeti C.B.Pristlinin məşhur detektivinin motivləri əsasında səhnələşdirilmişdir. Səhnələşdirən və rejissor - Olga Şvedova, rəssam - Konstantin Rozanov. Rollarda - İ. Kalnınş, E. Korikova, E. Blyedans, S. Timofeyeva-Letunovsakya, T. Abramova, O. Krasko, T. Arngolts, O. Arngolts, S. İvanova, A. Çernişov, A. Xaritonov, A. Rapoport, T. Federov, İ. Jidkov, A. Grigoryev.

"Lətifə" tamaşası

A. Pənahov adına Bakı Bələdiyyə Teatrı yazıçı Anarın əsəri əsasında "Lətifə" tamaşasını təqdim edir. Tamaşanın quruluşçu-rejissoru - Rövşən Əlimuradlı. Tamaşa Teatr Xadimləri İttifaqının səhnəsində qurulacaqdır.

"Səhnədə məhəbbət" tamaşası

Dövlət Musiqili Komediya Teatrında S. Fərəcov və A. Əmirlinin "Səhnədə məhəbbət " tamaşası nümayiş etdiriləcək. Tamaşa saat 19:00-da başlanır.

"Amerikalı kürəkən"

Musiqili Komediya Teatrı yaxın günlərdə tamaşaçılarına yeni tamaşa - bəstəkarı Ramiz Mirişli, ssenari müəllifi yazıçı dramaturq Marat Haqverdiyev olan "Amerikalı kürəkən" musiqili komediyasını təqdim edəcək. Tamaşanın quruluşçu rejissori xalq artisti İlham Namiq Kamaldır. İndiyə qədər teatrda müxtəlif rolları ifa edən aktyor yenidən özünü rejissor kimi sınamaq qərarına gəlib.ı dramaturq Marat Haqverdiyev olan

“Şelkunçik” tamaşası

Gənc Tamaşaçılar Teatrının səhnəsində Hofmanın «Şelkunçik və siçanlar kralı» nağılı əsasında hazırlanmış «Şelkunçik» tamaşası baş tutacaq.

"Məlikməmməd" tamaşası

Dövlət Pantomima Teatrın səhnəsində "Məlikməmməd" tamaşası səhnələşdiriləcəkdir. Tamaşa saat 14:00-da start alacaqdır.

"İlan dərisi" tamaşası

"Yuq" teatrında Slaboden Şnayderin eyni adlı pyesinin motivləri əsasında "İlan dərisi" tamaşasının nümayişi olacaq. Tamaşada "Doğulmamış uşaq - İlan" obrazı Martanın zorakılığa məruz qalmasının təcəssümü kimi anlaşılır. Əzranın uşaq yox, "ilan doğmasını" yəqin etməsi, qış gecələrində saatlarla ilanla "söhbət", hətta onunla "rəqs" belə etməsi surətin daxili aləminin tamaşaçı beynində müxtəlif assosiasiyalarını yaradır.

Afişa

Video

Məlumat kitabçası

Matruşka
  • Mətbəx:Rus
  • Ünvan:Tərlan Əliyarbəyov küç.,13D
Maharani
  • Mətbəx:Hindistan
  • Ünvan:Şəmsi Bədalbəyli küç.,100A
Shisha Club
  • Mətbəx:Avropa
  • Ünvan:M. Qaşqay küç., 36
Mojo club
  • Mətbəx:Avropa
  • Ünvan:13, Tarlan Aliyarbekhov str.
Fantasy
  • Mətbəx:
  • Ünvan:Azadlıq pr., m. 28 May, "28 Mall" Ticarət Mərkəzi (3-cü mərtəbə)
Moreschi
  • Mətbəx:
  • Ünvan:Neftçilər prt. 89