Elan Sərgilər
Sərgilər
Azərbaycan əl işləri sənətkarlarının satış-sərgisi

Əziz Bakılılar və şəhərimizin gonaqları! Azərbaycan əl işləri sənətkarlarının 27-cı satış-sərgisinə dəvət edirik. Sərgi "Sevgililər gününə'" həsr edilib. Sərgidə dekorativ və tətbiqi sənətin bir çox növündə əl işləri nümayiş olunacaq. Dekorativ - tətbiqi sənətə el arasında “xalq sənəti” də deyirlər. Bu sənətin xalçaçılıq, batik (kəlağayı)

«Industry/Sənaye foto sərgi»

Fevralın 13ü saat 19:00 da Art Tower qalereyada «Industry/Sənaye foto sərgi» nin açılışı olacaq. Sərgi "Arts Council Azerbaijan", İçərişəhər tarixi-arxitektur qorugu, Azərbaycan Turizm Nazirliyinin dəstəyi ilə keçirilir. Kurator Rüstəm Hüseynov. Sərgiyə giriş pulsuzdur.

«Qəlbin inciləri» adlı fərdi sərgi

Firəngiz Hüseynovanın «Qəlbin inciləri» adlı fərdi sərgisi. Tədbirin təntənəli açılışı: 6 fevral 18:30-da baş tutacaq. Təşkilatçılar: Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Təsviri və dekorativ sənət sektoru, Dövlət Rəsm Qalereyası, Muzey Mərkəzi

Fırça toxunuşları adlı fərdi sərgi

Amerikalı rəssam Ceykob Martinin Strokes - Fırça toxunuşları adlı fərdi sərgisi. Sərginin açılışı 22 fevral 19:00-da baş tutacaq. Məkan: Art Villa. Sərgiyə giriş pulsuzdur. 

Sven Marquardtın sərgisi

Sərgi, 24 fevral, Şənbə günü, Kapellhausda (28 May küçəsi, 35) başlayır və 6 Mart tarixinə qədər davam edir. Vernisaj 17:00-da başlayır və 19:00-da Sven Marquardtın müzakirəsi başlayır. (Alman dilində, Azərbaycan dilinə tərcümə ilə). Sərgi  hər gün  saat 14:00-dan 20:00 qədər davam edəcəkdir...

Hanlar Məmmədovun "Avropa" adlı fərdi sərgisi

20 fevral tarixində Art Tower qalereyasında Arts Council Azerbaijan Qeyri-Hökumət Təşkilatı, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi və Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə tanınmış rəssam Xanlar Məmmədovun “Avropa” adlı rəsm sərgisi keçiriləcəkdir.

"Xocalı 2018"

26 fevral tarixində Art Tower qalereyasında Xocalı faciəsinin 26-cı il dönümünə həsr olunmuş sərgi təşkil olunacaq. Sərgi “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, “Arts Council Azerbaijan” (Azərbaycan İncəsənət Konsulluğu) təşkilatı və Mədəniyyət və Turizm Nazirliyinin birgə təşkilatçılığı ilə təşkil olunacaq. Sərgidə Nazim Məmmədun və fransız rəssam Reno Baltzingerin əsərləri nümayiş olunacaq.

ARTIM LAB: "Buraxılış sərgisi"

YARAT Müasir İncəsənət Məkanı sizi ARTIM LAB 2017 layihəsi çərçivəsində keçiriləcək rəssamlar Şahnaz Ağayeva, Mousa Bəyzadə, İlahə Xalıqova, Aydan Mirzəyeva və Qafar Rzayevin əsərlərindən ibarət "Buraxılış sərgisi" adlı tədbirə dəvət edir.

Yapon incəsənəti Azərbaycan Milli İncəsənət Muzeyinin kolleksiyasından

2018-ci ilin 5 mart tarixində Azərbaycan Milli İncəsənət Muzeyi geniş ictimaiyyətə “Yapon incəsənəti Azərbaycan Milli İncəsənət Muzeyinin kolleksiyasından” sərgisini təqdim edir. Hazırki sərgi, muzeyin fondundan 18 minə yaxın bədii sənət əsərinin nümayiş olunacağı planlaşdırılan "Dünya incəsənəti Azərbaycan Milli İncəsənət Muzeyinin kolleksiyasından" "coğrafi" sərgi silsiləsini davam etdirir.

Mişa Kubal`ın “Space-Speech Speed” işıq instalyasiyası Kapellhaus`da

Alman rəssamı Mişa Kubal, işıqla geniş şəkildə işləyir və onu şəhər strukturunda fəaliyyət göstərən effektiv bir vasitə kimi təsvir edir. Rəssamın müdaxilələri əvvəlcədən gözə dəyməyən detalları vurğulayan, adi halı qeyri-adi hala çevirən və məkanın tanınmayan bir şəkildə dəyişməsini təmin edən ışıq və qaranlığın bərabər güclü istifadəsi ilə məkanı fəth edir. Mişa Kubal`ın əsərlərində “az çoxdan yaxşıdır” və minimalizmin təsiri çox güclüdür.

ARTIM LAB: Finisaj və rəssamlarla görüş

YARAT Müasir İncəsənət Məkanı sizi ARTIM LAB layihəsi çərçivəsində rəssamlar Şahnaz Ağayeva, Mousa Bəyzadə, İlahə Xalıqova, Aydan Mirzəyeva və Qafar Rzayevin əsərlərindən ibarət "Buraxılış sərgisi"nin finisajına və rəssamlarla görüşə dəvət edir.

Aida Mahmudovanın fərdi sərgisi

Bu dəfə YARAT sizə öz təsisçisi, Azərbaycan rəssamı Aida Mahmudovanın və italyan rəssamı Mikelancelo Pistolettonun yeni və orijinal arxiv əsərlərindən ibarət fərdi sərgilər təqdim edir. Aida Mahmudova, sərgi məkanının üst mərtəbəsi boyunca büsbütün yeni yaradıcılıq konsepsiyasını ərsəyə gətirib. Öz yeni yaradıcılığında, rəssam "eksperiment üçün alət" qismində müxtəlif materialları araşdırır.

Mikelancelo Pistolettonun fərdi sərgisi

Sərginin əsas əsərlərindən biri təbiət və cəmiyyətin birgə mövcud olduğu harmonik gələcəyə rəğmən rəssamın özünəməxsus ifadə üsulu olan "Terzo Paradiso" ("Üçüncü cənnət", 2003) adlı simvoldur. "Üçüncü cənnət" – rasional, balanslaşdırılmış, sosial-məsuliyyətli dünyanın axtarılması istiqamətində "həyatın dünyaya qaytarılması məqsədilə, süni olan hər şeyin, o cümlədən elm və texnologiyaların incəsənət ilə bir araya gətirilməsi" kimi sosial məsuliyyəti bəyan edir.

Bahar Qalası

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi öz ənənəsinə sadiq qalaraq Bakı sakinlərini və şəhərimizin qonaqlarını baharın müjdəçisi, Azərbaycan xalqının milli adət-ənənələriylə zəngin Novruz bayramını İçərişəhərdə qeyd etməyə-Bahar Qalası Novruz şənliklərinə dəvət edir! Mart ayının 20-dən 26-na qədər İçərişəhərdə, 20 və 21 mart tarixlərində Qala qoruğunda təşkil olunacaq Novruz bayramı şənliklərində bir-birindən maraqlı çoxsaylı tədbirlər nəzərdə tutulub. Hər gün 12:00-dan axşam saatlarınadək davam edəcək şənliklərdə ölkəmizin tarix və mədəniyyətini əks etdirən milli-tətbiqi sənət məhsulları, yerli sənəıtkarlar tərəfindən hazırlanmış əl işi suvenirlər, açıqcalar, broşürlər, milli mətbəx nümunələrinin sərgisi təşkil olunacaq.

"Üfun, var zənn etdiyin yoxdur aləmdə, üfün, hər nə yoxsa, vardır dünyada…" adlı qrup sərgisi

YAY Qalereyası sizi rəssamlar Şahnaz Ağayeva, Aysel Əmirova, Günay Əliyeva, Leyli Qafarova, Fəxriyyə Məmmədova, Aydan Mirzəyeva, Çinarə Məcidova, Pərvanə Persiani, Şeyla Salamzadə və Leyli Salayevanın əsərlərindən ibarət "Üfun, var zənn etdiyin yoxdur aləmdə, üfün, hər nə yoxsa, vardır dünyada…" adlı qrup sərgisinə dəvət edir.

Turizm sahəsinin nümayəndələri Bakıda!

Yadda qalan istirahət barədə düşünürsünüz? Hansı turoperatorla bunu həyata keçirmək fikirindəsiniz? Xaricdə tibbi müalicə ilə bağlı ən yaxşı təklifi necə əldə etmək istərdiniz? Bu və digər suallara cavabları 17-ci Azərbaycan Beynəlxalq Turizm və Səyahət “AITF 2018” sərgisində əldə edə bilərsiniz. Sərgi 5-7 aprel tarixlərində Bakı Ekspo Mərkəzində keçiriləcək.

Açıq səma altında Plener 18

29 aprel 2018-ci il tarixinndə Art Villa qalereyasında "Açıq səma altında Plener 18" keçiriləcək. Gənclər Şəbəkəsinin təşəbbüsü ilə, Azərbaycan İncəsənət Konsulluğunun ("Arts Council Azerbaijan"), Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə təşkil olunan plener "Azərbaycan" mövzusuna həsr edilib. Tədbir təkcə ənənəvi olaraq rəsm əsərlərinin açıq səma altında təbii işıq və şəraitdə yaradılmasını deyil, həm də açıq havada çoxsaylı rəssamların çalışmasını nəzərdə tutub.

"Mədəni Niyyət" rəssamların əsərlərinin sərgisi

İnturist otel "Mədəni Niyyət" layihəsi çərçivəsində istedadlı rəssamların əsərlərinin sərgisini təqdim edir. Bütün məhsullar əl işi olub, rəssamla pasientlərin birgə səyləri nəticəsində yaradılır. Toplanmış vəsait layihənin davam etdirilməsi üçün istifadə olunacaqdır. Sərgi aprel ayı ərzində davam edəcək.

UNESCO-ya üzvlüyünün 25 illiyinə həsr olunmuş sərgi

İçəri Şəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, Arts Council Azərbaycan Qeyri-Hökümət Təşkilatının və Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə 2018-ci il may ayının 8-də saat 19:00-da UNESCO-ya üzvlüyünün 25 illiyinə həsr olunmuş sərgi təşkil olunur.

“Əvvəldən Sona” adlı qrup sərgisi

Əziz dostlar, sizi 18 may tarixində 19:00 da “Əvvəldən Sona” adlı qrup sərgisinə dəvət edirik. Sərgidə Orxan Qarayev, Bəhruz Kəngərli və İmran Mehdiyevin əsərləri nümayiş olunacaq. Sərgi "Gallery White City" baş tutacaq və 25 maya qədər davam edəcək. Giriş sərbəstdir. Həmcinin sizi 19 may 15:00 da rəssamlarla görüş və 20 may 15:00 tarixində master-klassa dəvət edirik.

Video

Məlumat kitabçası

Malacannes
  • Mətbəx:
  • Ünvan:Rəsul Rza küç., 11
Maharani
  • Mətbəx:Hindistan
  • Ünvan:Şəmsi Bədalbəyli küç.,100A
Shisha Club
  • Mətbəx:Avropa
  • Ünvan:M. Qaşqay küç., 36
The Albion Club & Concert Hall
  • Mətbəx:Beynəlmiləl
  • Ünvan:
Moreschi
  • Mətbəx:
  • Ünvan:Neftçilər prt. 89
Gallery for kids
  • Mətbəx:
  • Ünvan:S.Vurğun küç. 62