Elan Sərgilər
Sərgilər
“Ənənələrin izi ilə” adlı sərgisi

Mayın 4-də Azərbaycan Xalça Muzeyində xalçaçıların “5 may – Xalçaçı günü” peşə bayramına həsr olunan “Ənənələrin izi ilə” adlı sərginin açılış mərasimi olacaq. Tədbirdə bir sıra dövlət və hökumət nümayəndələri, ictimai təşkilatların təmsilçiləri, xalçaçı rəssam və ekspertlər, ali məktəblərin müəllim-tələbə heyəti və bu sahədə çalışan mütəxəssislər iştirak edəcəklər.

Bayram Hacızadənin fərdi sərgisi

Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi Bayram Hacızadənin fərdi sərgisi rəssamın 50 illik yubileyinə həsr olunmuşdur. Sərginin təşkilatçısı Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Azərbaycan Milli İncəsənət Muzeyi və Azərbaycan Rəssamlar İttifaqıdır. Sərgidə Bayram Hacızadənin yaradıcılığının son 30 ilini əhatə edən “Kirpi” satirik jurnalında, dövri mətbuat səhifələrində dərc olunan müxtəlif mövzulu karikaturalar, rəssamın beynəlxalq müsabiqələrdə mükafat almış əsərləri, eləcə də M.Ə.Sabirin “Hophopnamə”sinə çəkdiyi illüstrasiyaları və digər mövzulu karikaturaları nümayiş olunur.

“Andeqraund. Yeni həyat” adlı sərgisi

Sizi, Beynəlxalq Muzeylər Günü çərçivəsində “Andeqraund. Yeni həyat” adlı sərgiyə dəvət edirik. Sərgidə keçən əsrin 50-80-ci illərində böyük məhdudiyyətlərlə qarşılaşan və sovet dövrünün rəsmən qəbul edilmiş ideoloji “xətti” ilə üst-üstə düşməyən Cavad Mircavadov, Tofiq Cavadov, Rasim Babayev, Kamal Əhməd, Əşrəf Muradov, Qorxmaz Əfəndiyev, Nazim Rəhmanov kimi rəssamların işləri nümayiş olunacaqdır. Təqdim olunan əsərlərin bir neçəsi ilk dəfə sərgilənəcək.

XX-XXI əsrlər Azərbaycan rəngkarlığı Muzeyi: sərgi açılışı

YARAT Müasir İncəsənət Məkanı ilk dəfə olaraq XX-XXI əsrlər Azərbaycan rəngkarlığı Muzeyində, Azərbaycanın aparıcı rəssamlarının Mikayıl Abdullayev, Rasim Babayev, Səttar Bəhlulzadə, Gennadi Brijatyuk, Nadir Əbdürrəhmanov, Kamal Əhməd, Ucal Haqverdiyev, İqor Juk, Cavad Mircavadov, Böyükağa Mirzəzadə, Əşrəf Murad, Toğrul Nərimanbəyov, Nadir Qasımov, Eldar Qurban, Maral Rəhmanzadə, Altay Sadıqzadə, Oqtay Sadıqzadə, Tahir Salahov, Xalidə Səfərova, Mahmud Tağıyev, Tağı Tağıyev, Fərhad Xəlilov və Qəyyur Yunusun əsərlərini təqdim edir.

Vədud Müəzzinin fərdi yaradıcılıq sərgisi

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Muzey Mərkəzində Güney Azərbaycandan olan tanınmış rəssam, heykəltəraş və musiqiçi soydaşımız Vədud Müəzzinin fərdi yaradıcılıq sərgisi keçiriləcəkdir. Sərginin açılışı 2018-ci il may ayının 22-də saat 18:00-da Muzey Mərkəzində təşkil olunacaqdır. Sərgiyə giriş sərbəstdir. Sərgi cari il may ayının 26-dək davam edəcəkdir.

Muzeydə gecə – "Gecəni fəth et!"

26 may tarixində YARAT bir daha sübut edəcək ki, muzey darıxdırıcı yer deyil, əksinə – maraqlı və əyləncəli məkandır. Həmin gün YARAT-ın bütün məkanları: YARAT Müasir İncəsənət Mərkəzi, XX-XXI əsrlər Azərbaycan Rənkarlığı Muzeyi və ARTIM Layihə Məkanı Muzeydə gecə – "Gecəni fəth et!" tədbirinin bayram ab-havasına qərq olacaq.

“İrs. Azərbaycan Xalq Cümhuriyyəti-100” adlı sərgi

May ayının 25-də saat 18:00-da “Azərbaycan Xalq Cümhuriyyəti İli” çərçivəsində Azərbaycan Milli İncəsənət Muzeyində “İrs. Azərbaycan Xalq Cümhuriyyəti-100” adlı sərgi açılacaqdır. Sərgidə Azərbaycan Milli İncəsənət Muzeyinin, Azərbaycan Dövlət Rəsm Qalereyasının fondlarından və rəssamların şəxsi kolleksiyalarından seçilmiş incəsənət əsərlərinin, Bakı İncəsənət Mərkəzinin təqdimatında əsas etibarilə Cümhuriyyət tarixini əks etdirən arxiv foto və sənədlərinin, o cümlədən tanınmış hüquqşünas Rəşid Rzayevin şəxsi kolleksiyasından 1919-1920-ci illərə aid əskinasların və poçt markalarının nümayişi nəzərdə tutulur.

“ŞəmiŞəbistan” bədii şam sərgisi

İçəri Şəhərdə NUR Art House məkanında 20 may 2018-ci il tarixində, saat 19:00-da Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti “Rəssamlıq” fakültəsinin “Təsviri sənət”, “Dizayn və dekorativ-tətbiqi sənət” kafedraları və NUR Art House qalereyasının birlikdə təşkil edilən Universitetin “Rəssamlıq” ixtisası üzrə təhsil alan tələbələrinin əl işlərindən ibarət “Şəmi-Şəbistan” adlı bədii şam sərgisi keçirəcək. Sərgidə gənc rəssamların Azərbaycanın mədəniyyət abidələrini şam və şamdanlar, batika üzərində müxtəlif üslublarda və fərqli texnikalarda əks etdirdikləri əsərlər nümayiş olunacaqdır. Sərgi ekspozisiyasına daxil olan yaradıcılıq işlərinin hər biri “Şəmi-Şəbistan” layihəsi üçün hazırlanmış yeni nümunələrdir.

ARTIM: "Məhəllə" sərgisi

ARTIM Layihə Məkanında Bakıdakı "Sovetski" adlanan ərazinin tamamən sökülməsi ilə bağlı əsərlərin təqdim olunduğu sərgi açılır. Sərgilənən əsərlərdə tədqiq olunan mövzular belədir: nostalji, ailə tarixçəsi, əşyaların sosial tərcümeyi-halı, didərginlik, xarabalıq arxeologiyası, yaddaş və xülyalar. Bütün Yaxın Şərq, Qafqaz və Orta Asiya şəhərlərində sakinləri cəmləşdirən əsas sosial mühit məhz məhəllə olmuşdur.

"Cismani peyzajlar" qrup sərgisi

İnsan vücudu və peyzaj... hər ikisi, eyni amala qulluq edir. İncəsənət tarixi boyunca hər iki mövzu bədii məzmun üçün material qismində çıxış edərək xırdalanıb, dağıdılıb və təkrar yığılıb, həmçinin müxtəlif texnikalar və üslubların araşdırılması məqsədilə hərtərəfli təhlil edilib. Uzun müddət qadın bədəni kişi nöqteyi-nəzərinin əsas ilham pərisi kimi istifadə edilsə də, son zamanlar bu tendensiya qarşı tərəfdə də müşahidə edilir və artıq qadın nöqteyi-nəzəri də bərabər səviyyədə inkişaf edib. Artıq XX əsrin əvvəllərində, tanınmış holland rəssamı Pit Mondrian, özündə qadın (maddi) və kişi (mənəvi) elementlərini birləşdirən, qeyri-binar varlıq kimi qiymətləndirilən rəssam haqqında nəzəriyyə işləyib hazırlamışdır.

Xalq rəssamı Tağı Tağıyevin yubiley sərgisi

8 iyun 2018-ci il tarixində Azərbaycan Milli İncəsənət Muzeyində incəsənətimizin zənginləşnəsi və təbliğində böyük xidmətləri olmuş Xalq rəssamı Tağı Tağıyevin yubiley sərgisi keçiriləcəkdir. Azərbaycan klassik rəngkarlıq məktəbinin nümayəndəsi Tağı Tağıyev portret, mənzərə və natürmort janrlarında özünəməxsuz əsərlər yaratmışdır. Rəssamın yaradıcılığında Avropa və rus rəngkarlıq məktəbinin ənənələrini və milli incəsənətimizin vəhdətini müşahidə edirik.

Fərhad Əliyevin fərdi sərgisi

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Dövlət Rəsm Qalereyası, Gəncə Regional Mədəniyyət İdarəsi və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə 2018-ci il 8 iyun tarixində saat 12:00-da Xətai Sənət Mərkəzində “Azərbaycan Xalq Cümhuriyyəti İli” çərçivəsində Fərhad Əliyevin fərdi sərgisi keçiriləcəkdir.

“Moda məkanı” adlı sərgisi

İyunun 4-də Heydər Əliyev Mərkəzində Aleksandr Vasilyev Fondunun təqdimatında “Moda məkanı” adlı sərginin açılış mərasimi keçirilib. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva tədbirdə iştirak edib.

ARTIM LAB: "Duyulmazlıq xəritəsi"

YARAT Müasir İncəsənət Məkanı Sizi ARTIM LAB 2018 iştirakçıları Sofiya Əhədova, Yunis Novruz, Günay Əliyeva, Şəlalə Salamzadə, Nigar Təhməzova, Sultan Babazadə, Məsumə Hacıyeva, Fərid Rzayev, Aytac Hafizova, Təranə Quliyeva və Nəzrin Musayevanın əsərlərindən ibarət "Duyulmazlıq xəritəsi" adlı 24 saatlıq sərgiyə dəvət edir.

"Balaca YARAT" layihəsinin yekun sərgisi

YARAT Müasir İncəsənət Məkanı Dənizkənarı Bulvar İdarəsinin dəstəyi ilə "Balaca YARAT" layihəsinin ilk yarım illik yekun sərgisini təqdim edir.

İlahə Qəribovanın fərdi sərgisi

11 iyul tarixində Art Tower qalereyasında “YAY FESTİVALI 2018” çərçivəsində Arts Council Azerbaijan Qeyri-Hökumət Təşkilatı, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, Dövlət Rəsm Qalereyası və Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə gənc rəssam İlahə Qəribovanın “Danışan gözlər” adlı fərdi sərgisi nümayiş olunacaq.

Şilpa Quptanın fərdi sərgisi

YARAT Müasir İncəsənət Məkanı tanınmış, beynəlxalq səviyyəli Hindistan rəssamı Şilpa Quptanın fərdi sərgisini təqdim edir. Sərginin ilham mənbəyini və mərkəzi hissəsini əsrlər boyu yaradıcılığına və siyasi baxışlarına görə həbslərə məruz qalmış 100 şairə ithaf edilən, yeni və genişmiqyaslı çoxkanallı səs instalyasiyası təşkil edir. Bu instalyasiya, sərgidə nümayiş etdirilən digər yeni rəsm və heykəltəraşlıq nümunələri ilə yanaşı, bu gün insanların söz və ifadə azadlığının zəifliyi və təsirlərə məruz qalması problemlərini ön plana çəkir.

Artım: Azar. Sevgi. Təbiət

YARAT MÜASİR İNCƏSƏNƏT MƏKANI sizi YARAT rezidentləri Ozan Atalan (Türkiyə), İlkin Hüseynov və Ehtiram Jabinin (Azərbaycan) əsərlərindən ibarət “Azar. Sevgi. Təbiət.” sərgisinə dəvət edir.

Global Village

Global Village AIESEC Azərbaycan Beynəlxalq Gənclər Təşkilatı tərəfindən 2011-ci ildən bəri hər il keçirilən rəngarəng, enerjili mədəniyyət festivalıdır. Dünyanınmüxtəlif ölkələrindən olan nümayəndələr dostluq abu-havasını yaratmaq və dünyanın necə rəngarəng və unikal olduğunu göstərmək üçün bir yerə toplaşacaqlar! Tədbirin qonaqları müxtəlif ölkələrin musiqisi, rəqsləri, incəsənət və adət-ənənələrindən zövq ala bilərlər, çünki yalnız mədəni anlaşma və tolerant münasibət vasitəsilə dünyada birlik və harmoniya əldə edə bilərik.

Miniatür sənətində miras və müasirlik

Miniatür, Azərbaycan milli mədəniyyətində onu sadə təsviri sənət çərçivəsindən çıxaran xüsusi rola malikdir. O, ədəbiyyat və incəsənəti bir-birinə toxuyan "qırmızı teldir".

Video

Məlumat kitabçası

Semayhf Restaurant
  • Mətbəx:Avropa
  • Ünvan:R.Behbodov küç.,31А
Royal Garden
  • Mətbəx:Azərbaycan
  • Ünvan:Kichik Qala., 114
Billionaire club
  • Mətbəx:Avropa
  • Ünvan:Süleyman Rüstəm küç.,47
Qrasiya women club
  • Mətbəx:
  • Ünvan:M.Muxtarov küç.,184
Ambiance
  • Mətbəx:
  • Ünvan:28 May küç., 5A
Yves Delorme
  • Mətbəx:
  • Ünvan: